Azərbaycan mədəniyyətinin İlham Rəhimli sütunu...
Cəmiyyət 07 Sentyabr 2026, 11:53
210
...Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmır, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir.
Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşünmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...
Deyir ki:- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də, dedilər, əvvəlcə rəssamlıq məktəbini bitir, sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. Teatrşünaslıq barədə elə ordakılardan soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə, sənədlərimi verdim və qəbul olundum. Amma zamanla teatr mühitinə alışsam da, teatrşünas olacağıma, bu sahədə uğur qazanacağıma elə də inamım yox idi...”
Haqqında söhbət açdığım İlham Rəhimli 1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. 1989-cu ildən əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb...
Düzə düz, əyriyə əyri deməyi bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə də müasir yazarların yaradıcılığına subyektiv deyil, obyektiv yanaşma tərzi var..
“Elçinin, Əli Əmirlinin əsərləri teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək səriştəsi çox zəifləyib. Səməd Vurğunun qələmindən dürr tökülürdü, amma "Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığının da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə. Səməd Vurğun "Fərhad və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm tutmağı öyrədib.
Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla Səməd Vurğunun işlədiyi variantı Tofiq Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun adını inamla çəkə bilərəm ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə səylə işlədi və onlar oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi itib. Bu gün çox yazan dramaturqlardan biri Əli Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq asıb.
Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma "Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”, "Varlı qadın” maraqlı əsərlərdir. "Messenat”ı bəyənməmişəm.”- söyləyir...
Sürətlə işləmək qabiliyyəti onu vunderkində çevirib. Yüzdən çox kitabın müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı, yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir, mütaliəsi o qədər güclüdür ki, hər bir söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir. İçi dolu, niyyəti saf, məzmunlu adamdır. Məram və məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək, insanları maarifləndirmək, xalqa, millətə xidmət etmək onun həyat kredosudur. Nöqsanlara göz yummağı bacarmır. Bir teatrşünas kimi ürək ağrısı ilə onları dilə gətirir...
Deyir ki:- “Doğrudur, son illər Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə "nəfəs alan” teatrlarımız da var...”
Teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimlinin sentyabrın 8-i 76 yaşı tamam olur. Onu bu münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tərtərdə 52 yaşlı kişi güllələnib
Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.Faktla bağlı araşdırma aparılır.
07 Sentyabr 2026, 12:11
Fəxri Uğurlu və Aqşin Yeniseyin doğum günü
Dahi ispan filosofu Xose Orteqa Qasset deyirdi: “Keçmiş tamamilə indidə büllurlaşır; mövcud olmuş heç bir şey yoxa çıxmır; vəfat etmişlərin damarları ona görə boşdur ki, onların qanı indi bizim gənc damarlarımızı doldurur”. Bu bədii obraz insan haqqında düşündürücü təsəvvür yaradır; bu təsəvvürə görə zaman keçdikcə formalaşan fərqləndirici cəhətlər bəşər “nəsli”ndə deyil, ayrı-ayrı fərdlərdə təcəssüm olunurlar. İnsan həyatının konkret hadisələrinin müəyyən etdiyi varlıq kimi insan ideyası sonralar qüvvətləndirildi və böyük filosofun sonrakı antropoloji fikrinin leytmotivlərindən birinə çevrildi. İnsan üçün yaşamaq ətraf aləmlə, coğrafi, siyasi və sosial mühitlə qarşılıqlı əlaqədə olmaq deməkdir. Bu dünya təkcə insanlardan deyil, ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu...
07 Sentyabr 2026, 12:01
Xudayarın anası: Hamısını məhkəməyə verib təzminat alacam
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialara cavab verib.Citypost.az xəbər verir ki, Modern.az-a danışan şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında bu barədə yayılan iddiaları təkzib edib. O həmin şəxsləri məhkəməyə verəcəyini dilə gətirib.“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.Həmçinin, Rada Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini bildirib. "O yazını...
07 Sentyabr 2026, 11:33
Çingiz Qənizadə: “Qarabağın hər daşı və qayası müqəddəsdir”
Son vaxtlar Qarabağa səfər edən bəzi vətəndaşların ərazilərdəki qayalıqlara, daşlara və ağacların gövdələrinə müxtəlif yazılar yazmasının şahidi oluruq.Citypost.az xəbər verir ki, bu sözləriDemokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.Sabiq deputat qeyd edib ki, 3 minə yaxın şəhidimizin qanı hesabına azad edilən Qarabağın hər daşı, qayası, meşəsi və torpağı xüsusi dəyərə malikdir.“Bu insanlar başa düşməlidirlər ki, 3 min şəhidimizin qanı hesabına azad edilmiş Vətənimizin hər daşı, qayası, meşəsi və torpağı müqəddəsdir. Onu incitmək, korlamaq, ərazini zibilləmək həm qanunla cəzalandırılır, həm də şəhidlərimizin ruhunu incidir. Təəssüf ki, bunu uşaqlar yox, böyüklər edir. Belə şəxslərin...
07 Sentyabr 2026, 10:27
Cəbrayılda kəndlərarası avtobus marşrutu açıldı - FOTO
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda sakinlərin məskunlaşdığı üç yaşayış məntəqəsi arasında avtobus marşrutu açılıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, Horovlu kəndi - Cəbrayıl şəhəri - Şükürbəyli kəndi arasında avtobus ötən həfətəsonundan istifadəyə verilib. Gediş haqqı 60 qəpik olacaq.Verilən məlumata görə, tezliklə Horadiz - Cəbrayıl arasında da müntəzəm avtobus reyslərinə başlanılacaq.Xatırladaq ki, indiyədək Cəbrayıl rayonunda üç yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib: Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri.Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin aşçılışı 2024-cü il oktyabrın 4-də olub.Horovlu kəndinin açılışı 2025-ci il oktyabrın 28-də baş tutub.Şükürbəyli kəndinin açılışı isə 2026-cı il mayın 9-da gerçəkləşib.Hər üç yaşayış məntəqəsinin açılış mərasimində Prezident İlham...
07 Sentyabr 2026, 10:25
DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb.Bu barədə Citypost.az-a Fonddan məlumat verilib.Bildirilib ki, müraciətlərdən 116 880-i pensiya, 78 485-i müavinət, 12 719-u Prezident təqaüdü, 48 422-si ünvanlı dövlət sosial yardımı, 10 520-si fərdi uçot və sosial sığorta, 849-u dövlət icbari şəxsi sığorta, 35 312-si isə digər istiqamətlərlə bağlı olub....
07 Sentyabr 2026, 10:24