Tərtərdə 52 yaşlı kişi güllələnib
Cəmiyyət 07 Sentyabr 2026, 12:11
251
Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fəxri Uğurlu və Aqşin Yeniseyin doğum günü
Dahi ispan filosofu Xose Orteqa Qasset deyirdi: “Keçmiş tamamilə indidə büllurlaşır; mövcud olmuş heç bir şey yoxa çıxmır; vəfat etmişlərin damarları ona görə boşdur ki, onların qanı indi bizim gənc damarlarımızı doldurur”. Bu bədii obraz insan haqqında düşündürücü təsəvvür yaradır; bu təsəvvürə görə zaman keçdikcə formalaşan fərqləndirici cəhətlər bəşər “nəsli”ndə deyil, ayrı-ayrı fərdlərdə təcəssüm olunurlar. İnsan həyatının konkret hadisələrinin müəyyən etdiyi varlıq kimi insan ideyası sonralar qüvvətləndirildi və böyük filosofun sonrakı antropoloji fikrinin leytmotivlərindən birinə çevrildi. İnsan üçün yaşamaq ətraf aləmlə, coğrafi, siyasi və sosial mühitlə qarşılıqlı əlaqədə olmaq deməkdir. Bu dünya təkcə insanlardan deyil, ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu...
07 Sentyabr 2026, 12:01
Azərbaycan mədəniyyətinin İlham Rəhimli sütunu...
...Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmır, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir. Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşünmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...Deyir ki:- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən...
07 Sentyabr 2026, 11:53
Xudayarın anası: Hamısını məhkəməyə verib təzminat alacam
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialara cavab verib.Citypost.az xəbər verir ki, Modern.az-a danışan şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında bu barədə yayılan iddiaları təkzib edib. O həmin şəxsləri məhkəməyə verəcəyini dilə gətirib.“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.Həmçinin, Rada Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini bildirib. "O yazını...
07 Sentyabr 2026, 11:33
Çingiz Qənizadə: “Qarabağın hər daşı və qayası müqəddəsdir”
Son vaxtlar Qarabağa səfər edən bəzi vətəndaşların ərazilərdəki qayalıqlara, daşlara və ağacların gövdələrinə müxtəlif yazılar yazmasının şahidi oluruq.Citypost.az xəbər verir ki, bu sözləriDemokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.Sabiq deputat qeyd edib ki, 3 minə yaxın şəhidimizin qanı hesabına azad edilən Qarabağın hər daşı, qayası, meşəsi və torpağı xüsusi dəyərə malikdir.“Bu insanlar başa düşməlidirlər ki, 3 min şəhidimizin qanı hesabına azad edilmiş Vətənimizin hər daşı, qayası, meşəsi və torpağı müqəddəsdir. Onu incitmək, korlamaq, ərazini zibilləmək həm qanunla cəzalandırılır, həm də şəhidlərimizin ruhunu incidir. Təəssüf ki, bunu uşaqlar yox, böyüklər edir. Belə şəxslərin...
07 Sentyabr 2026, 10:27
Cəbrayılda kəndlərarası avtobus marşrutu açıldı - FOTO
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda sakinlərin məskunlaşdığı üç yaşayış məntəqəsi arasında avtobus marşrutu açılıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, Horovlu kəndi - Cəbrayıl şəhəri - Şükürbəyli kəndi arasında avtobus ötən həfətəsonundan istifadəyə verilib. Gediş haqqı 60 qəpik olacaq.Verilən məlumata görə, tezliklə Horadiz - Cəbrayıl arasında da müntəzəm avtobus reyslərinə başlanılacaq.Xatırladaq ki, indiyədək Cəbrayıl rayonunda üç yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib: Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri.Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin aşçılışı 2024-cü il oktyabrın 4-də olub.Horovlu kəndinin açılışı 2025-ci il oktyabrın 28-də baş tutub.Şükürbəyli kəndinin açılışı isə 2026-cı il mayın 9-da gerçəkləşib.Hər üç yaşayış məntəqəsinin açılış mərasimində Prezident İlham...
07 Sentyabr 2026, 10:25
DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb.Bu barədə Citypost.az-a Fonddan məlumat verilib.Bildirilib ki, müraciətlərdən 116 880-i pensiya, 78 485-i müavinət, 12 719-u Prezident təqaüdü, 48 422-si ünvanlı dövlət sosial yardımı, 10 520-si fərdi uçot və sosial sığorta, 849-u dövlət icbari şəxsi sığorta, 35 312-si isə digər istiqamətlərlə bağlı olub....
07 Sentyabr 2026, 10:24