BAŞDAŞIN - VƏTƏNDƏ VƏTƏNDAŞ OLDU!
Cəmiyyət 09 Sentyabr 2026, 13:24
314
Türk dünyasının dahi şairi, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, Hüseyn Cavidin həmişə əziz olan xatirəsinə ithaf edirəm.
...Sovetlər Birliyində - totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.
Biri: Satqın - dedi, pantürkist - dedi,
Biri: Bu millətə ağır yük - dedi,
Biri də: "Kimdi ki, bu çürük" - dedi,
Özün - alçaldıldın, sözün - Baş oldu...
Turanın nur saçdı ala - toranda,
Ərtoğrul bərkidi qarda - boranda...
Mişkinaz xanımı yollar yoranda
İnamı - gözündə qızılquş oldu!..
Tanrı şairinə, tanrı sözünə,
Bütün yer üzünü görən gözünə,
Türkün yazarına, türkün özünə,
Mənəvı ruzi tək söz də nuş oldu!
Ruhu mələk kimi yeriyən Cavid,
Haqq səsi aləmi bürüyən Cavid,
Sümüyü Sibirdə gömülən Cavid,
Başdaşın - Vətəndə vətəndaş oldu!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri - Mir Bəşir Qasımov
Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri də o idi - Mir Bəşir Qasımov. Taleyin ironiyasına bir bax: cümhuriyyətin devrilməsində canla-başla iştirak edəsən, xalqın azadlığına qənim kəsilən, millətini azad, dövlətini müstəqil görmək istəyənlərə divan tutasan... Və bütün bu fəaliyyətlərinin sonunda Fəxri xiyabanda dəfn olunasan. Hansı ki, həmin yerdə xalqın Üzeyir bəy kimi, Mirzə Cəlil, Xəlil Rza Ulutürk kimi şəxsiyyətləri dəfn olunub... Hər bir kəsə yaxşı məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yalnız 1920-ci il aprelin 28-də Bakıya daxil olan XI Qırmızı Ordunun işi deyildi. Bu işğalın ölkə daxilində siyasi dayaqları, daha dəqiq desək, işğaldan öncə atılmış möhkəm təməlləri vardı. Həmin...
09 Sentyabr 2026, 13:22
XİN başçısı: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb
Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb.City xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, həmin layihədə iştirak etmək istəyən beynəlxalq partnyorlar da maraq göstərir.
09 Sentyabr 2026, 13:21
TDT ölkələri dayanıqlı maliyyələşdirmədə əməkdaşlığı genişləndirəcək
Türk Yaşıl Maliyyə Şurasının iştirakçıları onun fəaliyyətinin genişləndirilməsi barədə razılığa gəliblər - indi o, təkcə "yaşıl maliyyə"ni deyil, həm də dayanıqlı maliyyələşdirmənin təşviqi ilə bağlı daha geniş məsələləri əhatə edəcək."Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu qərar sentyabrın 9-da Astanada Şuranın iclasının yekunlarına əsasən qəbul edilib.Görüşün yekunlarına görə iştirakçılar birgə kommünike imzalayıblar. Eyni zamanda, görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, həmçinin TDT ölkələrinin maliyyə tənzimləyicilərinin, iqtisadi qurumlarının, inkişaf institutlarının və fond birjalarının nümayəndələri iştirak ediblər.Tərəflər "yaşıl" və dayanıqlı maliyyələşdirmənin, karbon bazarlarının, aşağı karbonlu texnologiyaların və şəriət prinsiplərinə əsaslanan maliyyə mexanizmlərinin inkişafını müzakirə ediblər."Türk Yaşıl Maliyyə Şurası siyasi məqsədləri...
09 Sentyabr 2026, 12:51
Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanılıb
Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.Citypost.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini H.Şükürov tərəfindən törədildiyi məlum olub.Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
09 Sentyabr 2026, 12:47
Sabah Bakıda yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gcə 70-80%, gündüz 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın...
09 Sentyabr 2026, 12:20
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Emoməli Şərifoviç,Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının...
09 Sentyabr 2026, 12:04