Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri - Mir Bəşir Qasımov
Cəmiyyət 09 Sentyabr 2026, 13:22
334
Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri də o idi - Mir Bəşir Qasımov. Taleyin ironiyasına bir bax: cümhuriyyətin devrilməsində canla-başla iştirak edəsən, xalqın azadlığına qənim kəsilən, millətini azad, dövlətini müstəqil görmək istəyənlərə divan tutasan... Və bütün bu fəaliyyətlərinin sonunda Fəxri xiyabanda dəfn olunasan. Hansı ki, həmin yerdə xalqın Üzeyir bəy kimi, Mirzə Cəlil, Xəlil Rza Ulutürk kimi şəxsiyyətləri dəfn olunub...
Hər bir kəsə yaxşı məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yalnız 1920-ci il aprelin 28-də Bakıya daxil olan XI Qırmızı Ordunun işi deyildi. Bu işğalın ölkə daxilində siyasi dayaqları, daha dəqiq desək, işğaldan öncə atılmış möhkəm təməlləri vardı. Həmin dayaqların başında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və onun rəhbərliyində dayanan şəxslər gəlirdi. Qəzənfər Musabəyov, Həbib Sultanov, Teymur Əliyev, Həbib Cəbiyev, Əliheydər Qarayev... Mir Bəşir Qasımov da onların sırasında idi.
Qasımov 1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının I qurultayında Mərkəzi Komitəyə seçilmişdi. Həmin partiyanın əsas siyasi xətti Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hökumətini zor yolu ilə devirmək və sovet hakimiyyəti qurmaq idi. Azərbaycan Prezidentinin Kitabxanasının materiallarında partiyanın I qurultayının ADR hökumətinin zorla devrilməsi siyasətini qəbul etdiyi açıq şəkildə qeyd olunur.
Bu fakt Qasımovun tarixdəki rolunu və mövqeyini anlamaq üçün, məncə əsas açardır. O, Cümhuriyyətin son aylarında bu mübarizənin kənarında duran sıravi kommunist deyildi; Azərbaycan bolşeviklərinin Mərkəzi Komitəsində təmsil olunan rəhbər şəxslərdən biri idi.
...1920-ci ilin aprelində vəziyyət son həddə çatdı. Aprelin 26–27-nə keçən gecə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi adından Moskvaya hərbi yardım xahişi göndərildi. Eyni vaxtda XI Qırmızı Ordu Azərbaycanın sərhədini keçdi. Aprelin 27-də isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və digər bolşevik strukturları tərəfindən Azərbaycan parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum təqdim edildi. Parlament həmin gecə, Qırmızı Ordunun hərbi təzyiqi altında, hakimiyyəti İnqilab Komitəsinə verməyə məcbur oldu.
Faktlar onu göstərir ki, haqqında danışdığımız Mir Bəşir Qasımov Müsavat hökumətinə qarşı üsyanın təşkilatçılarından və 28 aprel sovetləşməsinin əsas yerli simalarından biri idi. Ümumiyyətlə, dövrün mənzərəsini göz önünə gətirəndə aydın olur ki, cümhuriyyəti devirmək və Azərbaycanı işğal etmək, bir az əvvəl də qeyd etdiyimiz kimi, təkcə ordunun hücumu ilə baş verəcək hal deyildi. Əsas məsələ işğalçılara qarşı çıxacaq kütləni susdurmaq və yeni siyasi rejimin təməllərini ölkə daxilində gücləndirmək idi. Başqa sözlə desək, XI Qırmızı Ordu Azərbaycana hərbi güc gətirdi, amma onun qarşısında siyasi yolu açan qüvvələr də vardı. Qasımov və onun kimilər həmin daxili siyasi qüvvənin rəhbərliyində dayanırdı.
Həmçinin oxuyun
* * * * * *
Aprelin 28-də Cümhuriyyət süqutu ilə Azərbaycan Sovet hakimiyyətinin altına keçdi. Maraqlıdır ki, Qasımovun siyasi yüksəlişi də məhz bundan sonra başladı. Dəqiq mənbələrdə onun Sovet hakimiyyətinin qurulmasından cəmi bir gün sonra onun Bakı İnqilab Komitəsinin üzvü olduğu göstərilir. Mir Bəşir Qasımov 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. O, 1949-cu ildə vəfat edib və Bağırovun tapşırığı əsasında Fəxri xiyabanda dəfn olunub.
1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdu. Sonrakı illərdə bu biyabırçılıq aradan qaldırıldı. Hətta mən bildiyim qədərilə Sabunçu rayonunda da Mir Bəşir Qasımovun adını daşıyan küçə var idi...
Haqqında araşdırma apararkən "Təhsil365" saytında gedən bir yazı diqqətimi çəkdi. Saytın adı, mövzu və haqqında söhbət açdıqları şəxsiyyət tamamilə ziddiyət təşkil edirdi. Təhsil hara, bolşeviklər hara... Müəllifi Əfşanə Cümşüdzadə olan yazının son cümləsinə baxmaq hələ də xalqın sovet boyunduruğundan çıxa bilmədiyini açıq şəkildə göstərir. Zurnalist xanımımız yazır: "Görkəmli dövlət xadimi 1949-cu il aprelin 23-də Bakıda vəfat edib. Onun zəngin siyasi irsi Azərbaycan tarixində özünəməxsus yer tutur."
Bu sözləri oxuyanda istədim həmin xanımı tapıb deyəm ki, Vətən xaininin zəngin siyasi irsi olmur, ay xanımı-möhtərəm!
Məcid Rəşadətoğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BAŞDAŞIN - VƏTƏNDƏ VƏTƏNDAŞ OLDU!
Türk dünyasının dahi şairi, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, Hüseyn Cavidin həmişə əziz olan xatirəsinə ithaf edirəm....Sovetlər Birliyində - totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.Biri: Satqın - dedi, pantürkist - dedi,Biri: Bu millətə ağır yük - dedi,Biri də: "Kimdi ki, bu çürük" - dedi,Özün -...
09 Sentyabr 2026, 13:24
XİN başçısı: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb
Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb.City xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, həmin layihədə iştirak etmək istəyən beynəlxalq partnyorlar da maraq göstərir.
09 Sentyabr 2026, 13:21
TDT ölkələri dayanıqlı maliyyələşdirmədə əməkdaşlığı genişləndirəcək
Türk Yaşıl Maliyyə Şurasının iştirakçıları onun fəaliyyətinin genişləndirilməsi barədə razılığa gəliblər - indi o, təkcə "yaşıl maliyyə"ni deyil, həm də dayanıqlı maliyyələşdirmənin təşviqi ilə bağlı daha geniş məsələləri əhatə edəcək."Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu qərar sentyabrın 9-da Astanada Şuranın iclasının yekunlarına əsasən qəbul edilib.Görüşün yekunlarına görə iştirakçılar birgə kommünike imzalayıblar. Eyni zamanda, görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, həmçinin TDT ölkələrinin maliyyə tənzimləyicilərinin, iqtisadi qurumlarının, inkişaf institutlarının və fond birjalarının nümayəndələri iştirak ediblər.Tərəflər "yaşıl" və dayanıqlı maliyyələşdirmənin, karbon bazarlarının, aşağı karbonlu texnologiyaların və şəriət prinsiplərinə əsaslanan maliyyə mexanizmlərinin inkişafını müzakirə ediblər."Türk Yaşıl Maliyyə Şurası siyasi məqsədləri...
09 Sentyabr 2026, 12:51
Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanılıb
Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.Citypost.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini H.Şükürov tərəfindən törədildiyi məlum olub.Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
09 Sentyabr 2026, 12:47
Sabah Bakıda yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gcə 70-80%, gündüz 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın...
09 Sentyabr 2026, 12:20
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Emoməli Şərifoviç,Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının...
09 Sentyabr 2026, 12:04