Bizə yazın

Baku

-°C

USD

-

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanılıb 

Cəmiyyət 09 Sentyabr 2026, 12:47

277

Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Citypost.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini H.Şükürov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TDT ölkələri dayanıqlı maliyyələşdirmədə əməkdaşlığı genişləndirəcək 

Türk Yaşıl Maliyyə Şurasının iştirakçıları onun fəaliyyətinin genişləndirilməsi barədə razılığa gəliblər - indi o, təkcə "yaşıl maliyyə"ni deyil, həm də dayanıqlı maliyyələşdirmənin təşviqi ilə bağlı daha geniş məsələləri əhatə edəcək."Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu qərar sentyabrın 9-da Astanada Şuranın iclasının yekunlarına əsasən qəbul edilib.Görüşün yekunlarına görə iştirakçılar birgə kommünike imzalayıblar. Eyni zamanda, görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, həmçinin TDT ölkələrinin maliyyə tənzimləyicilərinin, iqtisadi qurumlarının, inkişaf institutlarının və fond birjalarının nümayəndələri iştirak ediblər.Tərəflər "yaşıl" və dayanıqlı maliyyələşdirmənin, karbon bazarlarının, aşağı karbonlu texnologiyaların və şəriət prinsiplərinə əsaslanan maliyyə mexanizmlərinin inkişafını müzakirə ediblər."Türk Yaşıl Maliyyə Şurası siyasi məqsədləri...

09 Sentyabr 2026, 12:51

Sabah Bakıda yağış yağacaq 

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gcə 70-80%, gündüz 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın...

09 Sentyabr 2026, 12:20

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib 

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Emoməli Şərifoviç,Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının...

09 Sentyabr 2026, 12:04

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Bu gün saat 05:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

09 Sentyabr 2026, 12:01

Ceyhun Bayramov: Azərbaycan “yaşıl” enerjiyə keçidi sürətləndirir

“Artıq iqlim dəyişikliyinin təsirləri açıq şəkildə görünür və bu, danılmaz bir reallığa çevrilib. Bizim regionumuzda da bunun təsirlərini aydın şəkildə müşahidə etmək mümkündür”.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimindəki çıxışında deyib.Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin azalması da bunun nümunələrindən biridir.“İqlim dəyişikliyi iqtisadiyyatlara və dövlətlərə ciddi təsir göstərir. Bu reallıq iqtisadiyyatın şaxələndirilməsini və enerji dayanıqlılığının təmin edilməsini daha da aktuallaşdırır”, - Ceyhun Bayramov bildirib.O, Azərbaycanın iqlim gündəliyi üzrə əldə etdiyi uğurları davam etdirməkdə əzmli...

09 Sentyabr 2026, 11:59

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir 

Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimi keçirilir.Citypost.az xəbər verir ki, açılış mərasimində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə ediləcək.Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, COP31-in icraçı direktoru Fatma Varank və digər rəsmi şəxslər çıxış edəcək....

09 Sentyabr 2026, 11:45