Sabiq direktorlara cinayət işi açıldı
Cəmiyyət 09 Sentyabr 2026, 14:15
386
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
Citypost.az“Qafqazinfoa istinadən xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.
Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.
Sail Ağasəlim
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.
09 Sentyabr 2026, 14:24
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.Citypost.az xəbər verir ki, Akademik Rus Dram Teatrında baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media nümayəndələr iştirak edirlər.Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.Qeyd edək ki, Aleksandr Şarovski bu gün səhər saatlarında 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
09 Sentyabr 2026, 14:22
BAŞDAŞIN - VƏTƏNDƏ VƏTƏNDAŞ OLDU!
Türk dünyasının dahi şairi, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, Hüseyn Cavidin həmişə əziz olan xatirəsinə ithaf edirəm....Sovetlər Birliyində - totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.Biri: Satqın - dedi, pantürkist - dedi,Biri: Bu millətə ağır yük - dedi,Biri də: "Kimdi ki, bu çürük" - dedi,Özün -...
09 Sentyabr 2026, 13:24
Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri - Mir Bəşir Qasımov
Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri də o idi - Mir Bəşir Qasımov. Taleyin ironiyasına bir bax: cümhuriyyətin devrilməsində canla-başla iştirak edəsən, xalqın azadlığına qənim kəsilən, millətini azad, dövlətini müstəqil görmək istəyənlərə divan tutasan... Və bütün bu fəaliyyətlərinin sonunda Fəxri xiyabanda dəfn olunasan. Hansı ki, həmin yerdə xalqın Üzeyir bəy kimi, Mirzə Cəlil, Xəlil Rza Ulutürk kimi şəxsiyyətləri dəfn olunub... Hər bir kəsə yaxşı məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yalnız 1920-ci il aprelin 28-də Bakıya daxil olan XI Qırmızı Ordunun işi deyildi. Bu işğalın ölkə daxilində siyasi dayaqları, daha dəqiq desək, işğaldan öncə atılmış möhkəm təməlləri vardı. Həmin...
09 Sentyabr 2026, 13:22
XİN başçısı: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb
Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb.City xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, həmin layihədə iştirak etmək istəyən beynəlxalq partnyorlar da maraq göstərir.
09 Sentyabr 2026, 13:21
TDT ölkələri dayanıqlı maliyyələşdirmədə əməkdaşlığı genişləndirəcək
Türk Yaşıl Maliyyə Şurasının iştirakçıları onun fəaliyyətinin genişləndirilməsi barədə razılığa gəliblər - indi o, təkcə "yaşıl maliyyə"ni deyil, həm də dayanıqlı maliyyələşdirmənin təşviqi ilə bağlı daha geniş məsələləri əhatə edəcək."Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu qərar sentyabrın 9-da Astanada Şuranın iclasının yekunlarına əsasən qəbul edilib.Görüşün yekunlarına görə iştirakçılar birgə kommünike imzalayıblar. Eyni zamanda, görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, həmçinin TDT ölkələrinin maliyyə tənzimləyicilərinin, iqtisadi qurumlarının, inkişaf institutlarının və fond birjalarının nümayəndələri iştirak ediblər.Tərəflər "yaşıl" və dayanıqlı maliyyələşdirmənin, karbon bazarlarının, aşağı karbonlu texnologiyaların və şəriət prinsiplərinə əsaslanan maliyyə mexanizmlərinin inkişafını müzakirə ediblər."Türk Yaşıl Maliyyə Şurası siyasi məqsədləri...
09 Sentyabr 2026, 12:51