Bizə yazın

Baku

-°C

USD

-

Spiker BMT-də Şərqi Avropa ölkələrinin nümayəndələri ilə görüşüb 

Cəmiyyət 09 Sentyabr 2026, 11:42

396

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatındakı Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.

Citypost.az xəbər verir ki, görüş sentyabrın 8-də Nyu-York şəhərində keçirilib.

Sahibə Qafarova çıxışında beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən, parlamentlərarası əməkdaşlığın genişləndirilməsindən və beynəlxalq parlament təşkilatlarının fəaliyyətindən danışıb.

Spiker bildirib ki, belə platformalarda səmərəli fəaliyyət üçün bütün tərəflərin mövqeləri dinlənilməli, ədalətli və şəffaf prosedurlara riayət olunmalı, ümumi maraq doğuran məsələlər üzrə ortaq fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir.

Milli Məclisin sədri Azərbaycanın beynəlxalq əməkdaşlığın və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə də toxunub. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb.

Sahibə Qafarova, həmçinin BMT-nin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığının qlobal çağırışların həllinə və qəbul olunan qərarların milli səviyyədə icrasına töhfə verə biləcəyini qeyd edib.

Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir 

Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimi keçirilir.Citypost.az xəbər verir ki, açılış mərasimində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə ediləcək.Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, COP31-in icraçı direktoru Fatma Varank və digər rəsmi şəxslər çıxış edəcək....

09 Sentyabr 2026, 11:45

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıb 

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, eləcə də xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar. Həmin şəxslərdən 4 ədəd müvafiq sənədləri olmayan ov silahı...

09 Sentyabr 2026, 11:38

Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn ediləcək 

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi 9 sentyabr saat 14:30-da Rus Dram Teatrında keçiriləcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Dəfn mərasimi isə İkinci Fəxri Xiyabanda baş tutacaq.

09 Sentyabr 2026, 10:45

İslam və əxlaq barədə - Fazil Mustafa yazır… 

İslam və əxlaq münasibəti yalnız ibadət və inanc çərçivəsində deyil, insanın gündəlik davranışı, məsuliyyəti və cəmiyyət qarşısındakı mövqeyi kontekstində də düşünülməlidir.Milli Məclisin deputatı Fazil Mustafa bu yazısında əxlaqın dindən əvvəl mövcud olan, insanın mahiyyəti ilə bağlı universal bir dəyər sistemi olduğunu vurğulayır.Müəllif İslamın əxlaq anlayışına, xüsusilə dürüstlük, halal ticarət, məsuliyyət, ədalət və başqasının haqqına hörmət prinsiplərinə diqqət çəkərək ibadətlə əxlaqlılığın eyni anlayış olmadığını ortaya qoyur.Yazıda həmçinin Maks Weberin “inanc əxlaqı” və “məsuliyyət əxlaqı” bölgüsündən, Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsərində irəli sürdüyü Şərq-Qərb müqayisəsindən və İslam dünyasının müasir problemlərindən bəhs edilir.Fazil Mustafa İslamın siyasi ideologiyaya çevrilməsi ilə insanın mənəvi və əxlaqi...

09 Sentyabr 2026, 10:36

Ədalət Muradov: Universitetlərin missiyası yalnız iqtisadi nəticələrlə məhdudlaşmır

Universitetlərə getdikcə daha çox yalnız iqtisadi dəyər yaradan institutlar kimi baxılır. Halbuki universitetlərin missiyası iqtisadi nəticələrlə məhdudlaşmır. Citypost.az xəbər verir ki, bu sözləri UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində paylaşım edərkən bildirib.Rektor daha sonra əlavə edib ki, Onların cəmiyyətin sosial, mədəni və intellektual inkişafındakı rolu da eyni dərəcədə fundamental əhəmiyyət daşıyır.Uğurlar! Hər şey daha da yaxşı olacaq!Əli

09 Sentyabr 2026, 10:30

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.Citypost.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.Qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda iki tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub. Bu dəyişiklik idarəetmənin daha yığcam və çevik təşkilinə, təkrarlanan funksiyaların aradan qaldırılmasına...

09 Sentyabr 2026, 10:27