Yaponiya gimnastları Asiya Oyunlarında zədə təhlükəsi ilə üzləşiblər
İdman 10 Sentyabr 2026, 09:54
392
Yaponiyanın kişilərdən ibarət gimnastika komandası Asiya Oyunları ərəfəsində zədə problemi ilə üzləşib.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Paris-2024 Olimpiadasının üçqat qızıl medalçısı Şinnosuke Oka belindən aldığı zədəyə görə tam gücü ilə məşq edə bilmir. Komandanın digər üzvü Tomoharu Tsunoqay isə ayaq biləyindən ciddi zədə alıb. Şoma Tsukiyamanın da bel ağrılarından əziyyət çəkməsi beş nəfərlik heyətin üç üzvünün zədəli vəziyyətdə olduğunu göstərir.
Buna baxmayaraq, Oka sentyabrın 19-da Naqoyada başlayacaq Asiya Oyunlarında iştirak etmək niyyətində olduğunu bildirib. Baş məşqçi Kensuke Murata komandanın vəziyyətini qiymətləndirərək sentyabrın 16-dək heyətdə dəyişikliklərlə bağlı qərar verəcək.
Həmçinin oxuyun
Yaponiya 2024-cü il Paris Olimpiadasında komanda yarışının qalibi olub. Asiya Oyunlarında isə komandanın əsas rəqiblərindən biri 2023-cü ildə çempion olan Çindir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Sabah" tarixi oyun ərəfəsində Mançesterdən paylaşım etdi -
"Sabah" futbol klubu sentyabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.Citypost.az xəbər verir ki, təmsilçimiz ilk oyununda İngiltərənin "Mançester Yunayted" klubunun qonağı olacaq.Tarixİ oyun ərəfəsində klub sosial şəbəkədə Mançester şəhərinin görüntüləri əks olunan paylaşım edib.
10 Sentyabr 2026, 09:20
AFFA xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradır
AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb.Bu barədə Citypost.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.Məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir.Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır....
09 Sentyabr 2026, 20:15
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub
17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.Bu barədə Citypost.az-a AFFA-dan məlumat verilib.Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək....
09 Sentyabr 2026, 19:03
Yelizaveta Ruban "Turan"a transfer olunub
Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "Turan" kollektivinə transfer olunub.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən məlumat verilib.Təcrübəli hücumçu yeni mövsümdə Tovuz təmsilçisinin heyətində həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında mübarizə aparacaq.Karyerası ərzində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və Rumıniya klublarında çıxış edən Yelizaveta Ruban bir sıra mühüm uğurlara imza atıb.Qeyd edək ki, 31 yaşlı voleybolçu son olaraq Rusiyanın "Leninqradka" kollektivində çıxış edib....
09 Sentyabr 2026, 17:22
Azərbaycanın güləş hakimləri Samil Fəttayev və Nihad Muradov kateqoriyalarını yüksəldiblər
Azərbaycanın güləş hakimləri Samil Fəttayev və Nihad Muradov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.Bu barədə Citypost.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.Mayın 20-24-də təşkil olunan yarışda ədaləti qoruyan və buna qədər milli kateqoriyada daxili görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb.Bununla da Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb....
09 Sentyabr 2026, 14:47
Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib
Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunu almaq barədə prinsipial razılığa gəlib."Report" xəbər verir ki, bu barədə "Marca" qəzeti mənbəyə istinadən məlumat yayıb.Nəşrin məlumatına görə, "İnter Mayami"nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə davam etdirmək istəyi ilə bağlıdır.İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən klub Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.Qeyd edək ki, aprel ayında 39 yaşlı Messinin Kataloniyada yerləşən "Kornelya" klubunun sahibi olduğu məlum olub....
09 Sentyabr 2026, 09:20