Nikah pozulmayıb, amma ər-arvad ayrı yaşayır: Bu halda alınan əmlak bölünürmü?
Hüquq 10 Sentyabr 2026, 10:00
239
Ər-arvad arasında rəsmi nikah hələ pozulmayıb, lakin tərəflər uzun müddətdir ayrı yaşayır, ailə təsərrüfatı faktiki olaraq ayrılıb. Belə vəziyyətdə tərəflərdən birinin nikah davam etdiyi müddətdə öz adına mənzil, ev, avtomobil və ya digər əmlak alması həmin əmlakın boşanma zamanı mütləq şəkildə bölünməsi deməkdirmi?
Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyində ümumi qayda ondan ibarətdir ki, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak, əgər nikah müqaviləsində və ya tərəflər arasında başqa razılaşmada fərqli qayda müəyyən edilməyibsə, onların ümumi birgə mülkiyyəti hesab olunur. Əmlakın yalnız ər və ya arvadın adına rəsmiləşdirilməsi də onu avtomatik olaraq həmin şəxsin şəxsi mülkiyyətinə çevirmir. Lakin qanunvericilikdə ayrıca mühüm istisna da nəzərdə tutulub. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin ayrıca mülkiyyəti hesab edə bilər. Yəni tərəflər rəsmi olaraq boşanmasalar belə, faktiki olaraq ailə münasibətlərini bitirib ayrı yaşayır və bu müddət ərzində onlardan biri öz vəsaiti hesabına əmlak əldə edirsə, həmin əmlakın bölünməyən şəxsi əmlak kimi tanınması mümkündür.
Burada əsas məsələ sadəcə tərəflərin ayrı ünvanda yaşaması deyil. Məhkəmə ailə münasibətlərinin faktiki olaraq sona çatıb-çatmadığını, tərəflərin ümumi təsərrüfat aparıb-aparmadığını, əmlakın hansı vəsait hesabına əldə edildiyini və digər halları araşdıra bilər. Ali Məhkəmənin mövqeyinə görə də nikah dövründə əldə edilmiş əmlakın ümumi vəsait hesabına əldə olunması ümumi qayda kimi qəbul edilir, lakin konkret iş üzrə bunun əksi sübut edilə bilər.Məsələn, ər və arvad uzun müddətdir ayrı yaşayır, birgə təsərrüfat aparmır, ailə münasibətlərinə faktiki olaraq xitam verilib. Bu müddət ərzində ər öz gəlirləri hesabına mənzil alır və mənzil onun adına dövlət qeydiyyatına alınır. Boşanmadan sonra həmin əmlakın bölünməsi ilə bağlı mübahisə yaranarsa, məhkəmə tərəflərin faktiki olaraq ayrı yaşadığı dövrü və əmlakın hansı vəsaitlə əldə edildiyini nəzərə alaraq həmin mənzili ərin ayrıca mülkiyyəti hesab edə bilər.
Həmçinin oxuyun
Ona görə də “nikah pozulmayıbsa, nikah dövründə alınan hər bir əmlak mütləq bölünür” fikri tam doğru deyil. Eyni zamanda, “əmlak mənim adıma çıxarışla rəsmiləşdirilibsə, qarşı tərəf heç bir halda iddia qaldıra bilməz” demək də düzgün olmaz. Əmlakın şəxsi mülkiyyət hesab edilməsi üçün faktiki ayrı yaşama və ailə münasibətlərinə xitam verilməsi ilə yanaşı, əmlakın əldə edilmə şəraiti də məhkəmədə qiymətləndirilir. Deməli, rəsmi nikahın davam etdiyi halda belə, ər-arvadın faktiki olaraq ayrı yaşadığı və ailə təsərrüfatını dayandırdığı dövrdə əldə edilən əmlakın bölünüb-bölünməməsi konkret vəziyyətdən asılıdır. Məhkəmə həmin dövrü, tərəflərin münasibətlərini, əmlakın alınmasına sərf olunan vəsaitin mənbəyini və digər sübutları araşdıraraq qərar verir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vəkil Azər Hüseynli: “Mediasiyada tərəflərin azadlığı mütləq deyil”
Mediasiya könüllülük və sərbəstlik prinsipləri üzərində qurulsa da, tərəflərin azadlığı mütləq deyil və qanunla müəyyən edilmiş çərçivələrlə məhdudlaşır.Citypost.az xəbər verir ki, Vəkil Azər Hüseynli bu sahədə mediator və vəkillərin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib.Onun sözlərinə görə, barışıq sazişi qanuni olmalı, tərəflər razılaşmaya istədikləri hər hansı şərti daxil edə bilməməlidirlər. Sazişin şərtləri imperativ qanun normalarına zidd olmamalı, ictimai qaydaya və mənəviyyata zidd fəaliyyətləri ehtiva etməməli, üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozmamalıdır.Vəkil qeyd edib ki, mediator yalnız tərəfləri dinləyən şəxs deyil, həm də prosesin qanuniliyinin qorunmasına cavabdeh olan tərəfdir. Mediator tərəflərin razılaşdığı şərtlərin qanuna uyğun və icra edilə bilən olub-olmadığını qiymətləndirməli,...
10 Sentyabr 2026, 09:38
Ərinin pensiyası tənha həyat yoldaşına qala bilərmi? – Hüquqi AÇIQLAMA
Həyat yoldaşını itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri mərhum ər və ya arvadın pensiyasından yararlanmağın mümkün olub-olmamasıdır. Qanunvericilikdə bu məsələ “ailə başçısını itirməyə görə əmək pensiyası” anlayışı ilə tənzimlənir. Lakin həyat yoldaşının vəfat etməsi avtomatik olaraq onun pensiyasının digər həyat yoldaşına keçməsi demək deyil. Bunun üçün qanunda müəyyən edilmiş şərtlər mövcud olmalıdır.Citypost.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin əri və ya arvadı müəyyən hallarda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə hüquq ər və ya arvad pensiya yaşına çatdıqda, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən...
10 Sentyabr 2026, 09:00
Mərhumun bank borcu qalıbsa, ölüm pulunu alan övlad borclu sayılır? – Hüquqşünaslar açıqlayır
Vətəndaşları maraqlandıran hüquqi məsələlərdən biri də yaxınını itirmiş şəxsin bank borcu olduğu halda ailə üzvlərinin mərhumun ölümü ilə əlaqədar nəzərdə tutulan ödənişi almasının hansı hüquqi nəticə doğurmasıdır.Bəzən ailə üzvləri mərhumun bank qarşısında borcu olduğunu bildikdə, ölümə görə nəzərdə tutulan ödənişi almaqdan çəkinirlər. Onların əsas narahatlığı bundan ibarətdir ki, həmin vəsaiti qəbul etdikdən sonra bank onları mərhumun vərəsəsi hesab edə və kredit borcunun ödənilməsini tələb edə bilər.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, burada ilk növbədə “ölüm pulu”nun hansı hüquqi əsasla ödənildiyini müəyyənləşdirmək lazımdır. Çünki şəxsin ölümü ilə əlaqədar ailə üzvünə və ya digər şəxsə ödənilən vəsaitlə mərhumun mirasına daxil olan...
09 Sentyabr 2026, 11:15
15 il əvvəl köçüb: Keçmiş qeydiyyat necə silinir?
Vətəndaşlardan daxil olan hüquqi suallardan biri də ailə üzvlərinin uzun illər əvvəl başqa ünvana köçməsinə baxmayaraq əvvəlki yaşayış yerində qeydiyyatda qalması ilə bağlıdır.Məsələn, bir ata yazır: “Qızım 15 il əvvəl ailə qurub, ərinin yanına köçüb və həmin vaxtdan bizim evdə yaşamır. Hazırda başqa ünvanda yaşayır. Onu mənzildən qeydiyyatdan necə çıxara bilərəm?”Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu məsələdə ilk növbədə qeydiyyatla yaşayış sahəsindən istifadə hüququnu bir-birindən fərqləndirmək lazımdır. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması avtomatik olaraq həmin mənzil üzərində mülkiyyət hüququnun yaranması demək deyil. Eyni zamanda, konkret şəxsin həmin mənzildən istifadə hüququnun olub-olmaması da ayrıca hüquqi məsələdir.Əgər söhbət şəxsin faktiki...
09 Sentyabr 2026, 10:20
Torpağın sənədi var, evin yoxdursa, vərəsələrə necə keçir?
Torpaq sahəsinin çıxarışı olduğu halda həmin torpağın üzərində yerləşən evin ayrıca sənədi yoxdursa, əmlak sahibinin vəfatından sonra vərəsələr arasında bölgü zamanı müəyyən hüquqi çətinliklər yarana bilər. Belə vəziyyətdə vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri budur: torpaq sənədlidirsə, lakin ev qeydiyyatdan keçməyibsə, həmin ev də vərəsələr arasında bölünə bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, belə hallarda ilk növbədə vərəsəlik işi açılmalıdır. Əmlak sahibinin vəfatından sonra onun əmlakının kimlərə keçməsi məsələsi qanunvericilikdə müəyyən edilmiş vərəsəlik qaydalarına uyğun həll olunur. Lakin evin sənədi ümumiyyətlə yoxdursa, həmin tikilinin də mərhumun əmlakı olduğunu hüquqi baxımdan rəsmiləşdirmək lazım gəlir.Əgər torpağın sənədi varsa, lakin evin ayrıca...
08 Sentyabr 2026, 10:54
Evin 5 metrliyində avtoyuma: Bağlatdırmaq mümkündür?
Yaşayış evlərinin yaxınlığında müxtəlif obyektlərin, xüsusilə avtoyuma məntəqələrinin fəaliyyət göstərməsi bəzi hallarda sakinlərin ciddi narazılığına səbəb olur. Avtoyuma zamanı yaranan səs-küy, avtomobillərin hərəkəti, su və digər təsirlər insanların rahatlığına mane ola bilər. Bəzən vətəndaşlar belə obyektlərin evlərinə çox yaxın məsafədə fəaliyyət göstərməsindən şikayət edərək onların bağlanmasının mümkün olub-olmadığını soruşurlar. Lakin mütəxəssislər bildirirlər ki, belə məsələlərə yalnız obyektlə yaşayış evi arasındakı məsafəyə əsasən qiymət vermək düzgün deyil.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, vətəndaşın qonşuluq münasibətlərindən irəli gələn hüquqları mövcuddur. Mülkiyyətçinin öz əmlakından istifadə hüququ olsa da, bu hüquq qonşuların və digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə...
08 Sentyabr 2026, 09:51