Həmzətova şillə vuran, Bağırovdan qorxmayan yeganə yazıçı – Cavidin qızına görə ömürlük subay qaldı
Cəmiyyət 10 Sentyabr 2026, 10:29
247
Mircəfər Bağırovdan qorxmayan yeganə yazıçı 1937-ci ildə, hər gün yazıçı, şair öldürüldüyü bir ildə Səməd Vurğun onun haqqında tənqidi məqalə yazdı. Dəfələrlə Bağırovla söz güləşdirdiyi üçün ağır cəzalandırlırb. Möcüzə səbəbindən, bəlkə də möcüzəvi istedadı səbəbindən sağ qalmağı bacarıb. Bu adam nəsrimizin atası, bakir atası, bu gün çox da yada salınmayan, amma bütün yazıçılarımızın illah da nəsə götürdüyü Ənvər Məmmədxanlıdır. Ənvər Məmmədxanlı 1913-cü ildə Göyçayda anadan olub. Orta məktəbi Göyçayda bitirən yazıçı Bakıda Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb. Azərbaycan Neft Akademiyasına daxil olsa da ali təhsilini yarımçıq qoyub. İxtisasca mühəndis olan Ənvər Məmmədxanlının mühəndisliyi buraxıb yazıçılığın dalınca getməsi ailələrində söz-söhbətə səbəb olub. Atası ali məktəbi yarımçıq qoyub yazıçılığı seçməsinə görə ömür boyu ondan narazı qalıb. Xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olublar. “Babək” romanının qələmə alsa da romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı və “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib. Babək filmi də məhz bu romanın motivləri əsasında çəkilib. Deyilənə görə, Ənvər Məmmədxanlı Hüseyn Cavidin qızı Turanla bir-birini seviblər, amma qovuşa bilməyiblər. Hüseyn Cavid repressiya olunandan sonra dırnaqarası “xalq düşməninin qızı” ilə evlənə bilməzdi. Buna görə Turan xanımla evlənmir, amma özünü də bağışlamır və həyatı boyu ailə qurmur. Turan xanım da bunu bildiyi üçün o da ailə qurmur və ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqə olur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nazir: Azərbaycanın yardım siyasəti milli prioritetlərə söykənəcək
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 15 illik yubileyi qeyd olunur. Bu əlamətdar gün AIDA-nın ötən dövr ərzində əldə etdiyi nailiyyətlərə nəzər salmaqla yanaşı, Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı sahəsində keçdiyi inkişaf yolunu və bu sahəyə getdikcə daha fəal töhfə verən ölkə kimi rolunu dəyərləndirmək üçün də mühüm fürsətdir.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.Nazir qeyd edib ki, bu inkişaf yolunun təməlində həmrəylik və xeyriyyəçilik ənənələri dayanır: "Azərbaycan inkişaf etdikcə və dövlət...
10 Sentyabr 2026, 10:44
Nazir: 200-ə yaxın əcnəbi tələbə Azərbaycanda təhsil alıb
"Təhsilə qoyulan investisiyanın faydaları yalnız təhsil sistemi ilə məhdudlaşmır".Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir və bu yanaşmanı tərəfdaş ölkələrdən olan gənclər üçün konkret imkanlara çevirməyə ardıcıl şəkildə çalışır.“Bu baxımdan ən mühüm mexanizmlərdən biri beynəlxalq təhsil qrantı proqramlarımızdır.2018–2023-cü tədris illəri ərzində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş xüsusi təhsil qrantı proqramları 200-ə yaxın əcnəbi...
10 Sentyabr 2026, 10:42
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
2026-cı il avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1781,1 min nəfər olub, onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Dövlət Statistika Komitəsindən Citypost.az-a verilən məlumata görə, muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər...
10 Sentyabr 2026, 10:40
Ceyhun Bayramov: Azərbaycan donor ölkəyə çevrilib
Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.Nazir qeyd edib ki, 2000-ci illərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli iqtisadi inkişafı beynəlxalq yardım siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün zəruri iqtisadi və institusional əsaslar yaradıb və Azərbaycanı yardım alan ölkədən donor ölkəyə çevirib: “Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Onların sırasında Afrikanın bütün 54 dövləti, Qoşulmama...
10 Sentyabr 2026, 10:35
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.Bu barədə APA-ya DİM-dən məlumat verilib.İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər....
10 Sentyabr 2026, 09:50
Şəkidə istirahət mərkəzində 2 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin...
10 Sentyabr 2026, 09:44