Bizə yazın

Baku

-°C

USD

-

Məktəblərdə sinif otaqları kirayə verilir – SƏRT TƏNQİD  

Cəmiyyət 10 Sentyabr 2026, 17:48

348

“İbtidai sinif şagirdi də bilir ki, Azərbaycan təhsilində “Qara bazar”ın yaradıcısı “Yaşıl bazar”ın yanında yerləşən nazirlikdə oturan Emin Əmrullayevdir. Repetitorluğun geniş şəbəkələşməsinin baiskarı odur və bu hərakatı var gücü ilə genişlənməsinə şərait yaradır. Bu yaxınlarda keçirdiyi mətbuat konfransında o, repetitorluğu açıq-aşkar dəstəklədi. Dövlət İmtahan Mərkəzinin bu işdə marağının olmamasını hamı bilir”.

Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili Etibar Əliyev çıxış edib.

O, bildirib ki, DİM bu xidmətdən istifadə edənlərin və etməyənlərin biliklərini qiymətləndirir: pizza sifarişi

“Repetitorluq valideyinlərin büdcəsini dağıdır, insanları yoxsulluğa sürükləyir. Əmrullayev isə yoxsul və varlıların övladlarının təhsil göstəricilərini müqayisə edir. Orta məktəblər bilik və tərbiyə etmək funksiyasını itirdiyinə görə valideyinlər uşaqlarının geyimindən, qidalanmasından, istirahətindən kəsib Əmrullayevin “qara bazara” yönəldirlər.

Orta məktəblərdə sinif otaqlarını repetitorluq üçün icarəyə Məleykə Abbaszadə verir? Bəlkə belədir, biz bilmirik?

“Qara bazar”ın mərkəzi isə Təhsil institutudur. Milyonlarla manatlıq tenderlər və qrant layihələri dostluq, tanışlılq, qohumluq əlaqələri olanlara peşkəş edilir. Bazar olsun!

Bəs bazar adamlarını təhsil sistemində yüksək vəzifələrə kim gətirib?

Emin Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.

Bu harasıdır…

Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. İndi Dövlət Peşə Agentliyinin rəhbəridir. Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.

Bunların sayəsində 15 yaşlı Azərbaycan məktəbliləri PISA 2025: Elm üzrə sıralamada 67-ci yerdə, Riyaziyyat üzrə sıralamada 70-ci yerdə, Oxuyub - anlama üzrə sıralamda 69-cu yerdə qərarlaşıb”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Bantik”lə bağlı qalmaqal: “Pul vermədi, pəncərələri də sildirirdi“ 

2024-cü ildə “Bantik” mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib.Citypost.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətində gündə 12 saat işləməli olduğunu bildirib. O, həmçinin satıcı vəzifəsinə aid olmadığını düşündüyü təmizlik işlərinin də ona və digər əməkdaşlara tapşırıldığını deyib.Gənc qadın işdən ayrılmaq istədikdə isə işlədiyi günlərin əməkhaqqının ödənilmədiyini iddia edib. Şirkət isə yayılan məlumatların mövcud vəziyyəti və fəaliyyətini düzgün əks etdirmədiyini bildirərək, əmək qanunvericiliyinə ciddi riayət etdiyini vurğulayıb. Şirkətin rəhbəri Leyla Əliyeva məsələ ilə bağlı sosial şəbəkədə yayılan iddiaya...

10 Sentyabr 2026, 18:00

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib 

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.Citypost.az  xəbər verir ki, bu barədə qafqazinfo-ya onun ailəsindən məlumat verilib.Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.Qeyd edək ki, Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.

10 Sentyabr 2026, 17:56

Qroznı–Bakı reysləri bərpa olunmayacaq - RƏSMİ 

Qroznı–Bakı marşrutu üzrə birbaşa aviareyslərin oktyabrın sonundan bərpası planlaşdırılmır.Citypost.az  xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.“Hazırda hava limanının qış mövsümü üçün təsdiqlənmiş uçuş cədvəlində Qroznı–Bakı istiqaməti üzrə birbaşa reyslər nəzərdə tutulmayıb”, – məlumatda bildirilib.Qeyd edək ki, daha əvvəl Qroznı Beynəlxalq Aeroportu “Utair” aviaşirkətinin oktyabrın 27-dən etibarən Qroznı–Bakı marşrutu üzrə müntəzəm birbaşa reysləri bərpa edəcəyini açıqlamışdı.

10 Sentyabr 2026, 17:33

Ceyhun Bayramov Maqdalena Qrono ilə görüşüb

10 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.Yüksək səviyyəli qarşılıqlı səfər və təmasların Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi və müxtəlif sahələr üzrə genişləndirilməsi baxımından önəminə toxunulub.Azərbaycan-Aİ münasibətlərinin institusional və hüquqi çərçivəsinin daha da inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.Görüş zamanı Cənubi Qafqazda sülh...

10 Sentyabr 2026, 17:00

2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb 

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları Azərbaycan və rus dillərində təqdim edib.Citypost.az  xəbər verir ki, 2027-ci il qəbul imtahanlarında 2026-cı ildəki imtahan modeli tətbiq olunacaq.Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla Azərbaycan və rus bölmələri üzrə DİM-in təqdim etdiyi keçidlər vasitəsilə tanış olmaq mümkündür.Belə ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən, seçim, hesablama və uyğunluğu müəyyən etmək) tipli, həmçinin I ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənlərindən 3 açıq tipli cavabı yazı ilə ifadə olunan sərbəst tapşırıq daxil ediləcək. Riyaziyyat fənnindən 1 tapşırıq...

10 Sentyabr 2026, 16:30

Nazir özünə yeni müşavir təyin etdi 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib.Citypost.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazir bununla bağlı müvafiq Əmr imzalayıb.Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədri, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvüdür.R.Əzməmmədov həm də “Grand-Agro İnvitro” MMC-nin rəhbəridir....

10 Sentyabr 2026, 16:20