Bizə yazın

Baku

-°C

USD

-

AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır

Cəmiyyət 10 Sentyabr 2026, 18:48

235

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə, Zərdab-Gəncə şəhərlərarası, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar (avtovağzal), Düztahir kəndi – Qusar (avtovağzal) və Əniğoba kəndi – Qusar (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 oktyabr 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar və Bakı-Quba istiqamətlərində 6 lot üzrə oktyabrın 16-da, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax və Yevlax-Gəncə istiqamətlərində 6 lot üzrə oktyabrın 20-də, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə və Zərdab-Gəncə istiqamətlərində 7 lot üzrə oktyabrın 23-də, paytaxtın 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərətrafı marşrutu, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal) istiqamətləri üzrə 5 lotda oktyabrın 27-də, Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar (avtovağzal), Düztahir kəndi – Qusar (avtovağzal) və Əniğoba kəndi – Qusar (avtovağzal) istiqamətləri üzrə isə 5 lotda oktyabrın 30-da baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirləri ilə görüş keçirib.Citypost.az  “Akorda”ya istinadla xəbər verir ki, bu, təşkilata üzv ölkələrin daxili işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan görüşü çərçivəsində reallaşıb.Kasım-Jomart Tokayev ilə görüşdə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, Özbəkistanın daxili işlər naziri Əziz Taşpulatov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov iştirak ediblər.Qazaxıstanın dövlət başçısı bildirib ki, türk dövlətlərini tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirdiyindən onlar arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir:“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə...

10 Sentyabr 2026, 19:21

Tanınmış jurnalist xərçəngə tutulub

Tanınmış jurnalist, İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu xərçəng xəstəliyinə tutulub.Citypost.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə A.Yusifoğlunun özü bildirib."Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir. O, qapını döymədən gəlir. İcazə istəmir. Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır......Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür", - deyə jurnalist bildirib....

10 Sentyabr 2026, 19:00

Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Sentyabrın 6-da cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirilən buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.İmtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər....

10 Sentyabr 2026, 18:33

“Bantik”lə bağlı qalmaqal: “Pul vermədi, pəncərələri də sildirirdi“ 

2024-cü ildə “Bantik” mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib.Citypost.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətində gündə 12 saat işləməli olduğunu bildirib. O, həmçinin satıcı vəzifəsinə aid olmadığını düşündüyü təmizlik işlərinin də ona və digər əməkdaşlara tapşırıldığını deyib.Gənc qadın işdən ayrılmaq istədikdə isə işlədiyi günlərin əməkhaqqının ödənilmədiyini iddia edib. Şirkət isə yayılan məlumatların mövcud vəziyyəti və fəaliyyətini düzgün əks etdirmədiyini bildirərək, əmək qanunvericiliyinə ciddi riayət etdiyini vurğulayıb. Şirkətin rəhbəri Leyla Əliyeva məsələ ilə bağlı sosial şəbəkədə yayılan iddiaya...

10 Sentyabr 2026, 18:00

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib 

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.Citypost.az  xəbər verir ki, bu barədə qafqazinfo-ya onun ailəsindən məlumat verilib.Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.Qeyd edək ki, Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.

10 Sentyabr 2026, 17:56

Məktəblərdə sinif otaqları kirayə verilir – SƏRT TƏNQİD  

“İbtidai sinif şagirdi də bilir ki, Azərbaycan təhsilində “Qara bazar”ın yaradıcısı “Yaşıl bazar”ın yanında yerləşən nazirlikdə oturan Emin Əmrullayevdir. Repetitorluğun geniş şəbəkələşməsinin baiskarı odur və bu hərakatı var gücü ilə genişlənməsinə şərait yaradır. Bu yaxınlarda keçirdiyi mətbuat konfransında o, repetitorluğu açıq-aşkar dəstəklədi. Dövlət İmtahan Mərkəzinin bu işdə marağının olmamasını hamı bilir”.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili Etibar Əliyev çıxış edib.O, bildirib ki, DİM bu xidmətdən istifadə edənlərin və etməyənlərin biliklərini qiymətləndirir: pizza sifarişi“Repetitorluq valideyinlərin büdcəsini dağıdır, insanları yoxsulluğa sürükləyir. Əmrullayev isə yoxsul və varlıların övladlarının təhsil göstəricilərini müqayisə edir. Orta məktəblər bilik və...

10 Sentyabr 2026, 17:48