Ukrayna və Azərbaycan minalardan təmizləmə sahəsində BMT ilə birgə əməkdaşlığı müzakirə edir
Cəmiyyət 10 Sentyabr 2026, 19:51
254
Ukrayna şəhər mühiti şəraitində humanitar minatəmizləmə və minalardan azad edilmiş ərazilərin sonrakı bərpaya hazırlanması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlıdır.
"Report" Ukraynanın İqtisadiyyat və Ətraf Mühit Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Ukrayna İqtisadiyyat Nazirliyi yanında Humanitar Minatəmizləmə Məsələləri İdarəsinin rəhbəri Dmitri Panşin ilə görüşü zamanı müzakirə olunub.
Görüş sentyabrın 2-3-də Bakıda keçirilən Minatəmizləmə fəaliyyəti üzrə IV Beynəlxalq Konfrans çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər birgə layihələrin genişləndirilməsini və praktiki təcrübə mübadiləsini müzakirə ediblər.
Xüsusilə, Ukrayna tərəfi şəhər ərazilərinin humanitar minatəmizlənməsi və onların sonrakı bərpaya hazırlanması üzrə Azərbaycan təcrübəsinə maraq göstərdiyini bildirib. Bundan əlavə, tərəflər Ukrayna–Azərbaycan–BMT formatında üçtərəfli qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Həmçinin oxuyun
Ukrayna tərəfi, həmçinin ANAMA-nı noyabrın ortalarında Brüsseldə keçiriləcək Ukraynada Minatəmizləmə fəaliyyəti üzrə Konfransda (UMAC 2026) iştirak etməyə dəvət edib.
Bundan əlavə, Bakı konfransı zamanı Ukrayna mina çirklənməsi problemindən əziyyət çəkən digər dövlətlərin minatəmizləmə fəaliyyəti üzrə milli orqanlarının nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirib. Beynəlxalq mexanizmlərin, təlim proqramlarının və minatəmizləmə fəaliyyəti sahəsində yardıma yanaşmaların formalaşdırılmasında onların praktiki təcrübəsindən daha geniş istifadə olunması müzakirə edilib.
"Ukrayna eyni zamanda mina çirklənməsi ilə üzləşmiş ölkələrlə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Minatəmizləmə fəaliyyəti sahəsində əsas yanaşmaları məhz belə ölkələrin ehtiyacları, prioritetləri və praktiki təcrübəsinin müəyyən etməsi, beynəlxalq tərəfdaşların və donorların isə onların həyata keçirilməsini dəstəkləməsi vacibdir", - Dmitri Panşin qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirləri ilə görüş keçirib.Citypost.az “Akorda”ya istinadla xəbər verir ki, bu, təşkilata üzv ölkələrin daxili işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan görüşü çərçivəsində reallaşıb.Kasım-Jomart Tokayev ilə görüşdə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, Özbəkistanın daxili işlər naziri Əziz Taşpulatov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov iştirak ediblər.Qazaxıstanın dövlət başçısı bildirib ki, türk dövlətlərini tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirdiyindən onlar arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir:“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə...
10 Sentyabr 2026, 19:21
Tanınmış jurnalist xərçəngə tutulub
Tanınmış jurnalist, İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu xərçəng xəstəliyinə tutulub.Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə A.Yusifoğlunun özü bildirib."Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir. O, qapını döymədən gəlir. İcazə istəmir. Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır......Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür", - deyə jurnalist bildirib....
10 Sentyabr 2026, 19:00
AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə, Zərdab-Gəncə şəhərlərarası, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar...
10 Sentyabr 2026, 18:48
Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Sentyabrın 6-da cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirilən buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.İmtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər....
10 Sentyabr 2026, 18:33
“Bantik”lə bağlı qalmaqal: “Pul vermədi, pəncərələri də sildirirdi“
2024-cü ildə “Bantik” mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib.Citypost.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətində gündə 12 saat işləməli olduğunu bildirib. O, həmçinin satıcı vəzifəsinə aid olmadığını düşündüyü təmizlik işlərinin də ona və digər əməkdaşlara tapşırıldığını deyib.Gənc qadın işdən ayrılmaq istədikdə isə işlədiyi günlərin əməkhaqqının ödənilmədiyini iddia edib. Şirkət isə yayılan məlumatların mövcud vəziyyəti və fəaliyyətini düzgün əks etdirmədiyini bildirərək, əmək qanunvericiliyinə ciddi riayət etdiyini vurğulayıb. Şirkətin rəhbəri Leyla Əliyeva məsələ ilə bağlı sosial şəbəkədə yayılan iddiaya...
10 Sentyabr 2026, 18:00
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.Citypost.az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun ailəsindən məlumat verilib.Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.Qeyd edək ki, Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
10 Sentyabr 2026, 17:56