Zakir Fərəcov növbəti dəfə səyyar qəbul keçirdi
Cəmiyyət 11 Sentyabr 2026, 18:38
247
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 10-cu mikrorayon ərazisində növbəti səyyar qəbul-görüş keçirib.
Citypost.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri, kommunal və xidmət sahələrinin nümayəndələri, habelə sakinlər iştirak ediblər.
Səyyar görüş çərçivəsində vətəndaşların gündəlik həyatında qarşılaşdıqları məsələlər, ərazinin sosial və kommunal problemləri, eləcə də müxtəlif xarakterli müraciət və təkliflər müzakirə olunub. Sakinlər onları narahat edən məsələləri birbaşa şəhər rəhbərinə çatdıraraq, həllinə dair gözləntilərini bildiriblər.
Zakir Fərəcov vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin hər biri ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bildirilib ki, səsləndirilən problemlər müəyyən edilmiş qaydada araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq onların həlli istiqamətində zəruri tədbirlər görülməlidir. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə öz həllini tapıb.
Həmçinin oxuyun
Görüş zamanı şəhərin ayrı-ayrı ərazilərində həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, sosial məsələlər, məşğulluq və digər sahələrlə bağlı mövzular da diqqət mərkəzində olub.
Vurğulanıb ki, vətəndaşların problemlərinin yerində öyrənilməsi, onların operativ şəkildə aidiyyəti qurumlara yönləndirilməsi və görülən işlərin nəticələrinin izlənilməsi bundan sonra da davam etdiriləcək.
Sakinlər göstərilən diqqətə və müraciətlərinin yerində dinlənilməsinə görə minnətdarlıqlarını ifadə ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Norveç şahzadəsi Astrid qardaşının dəfnindən iki gün sonra vəfat edib
Norveçin mərhum kralı V Haraldın böyük bacısı, Norveç şahzadəsi Astrid vəfat edib."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə kral sarayının bəyanatında bildirilib.Şahzadə Astrid 94 yaşında vəfat edib.Xatırladaq ki, kral Harald 35 ildən çox davam edən hakimiyyətindən sonra ötən ay 89 yaşında vəfat edib və şahzadə Astrid sonuncu dəfə çərşənbə günü onun dəfn mərasimində ictimaiyyət qarşısında görünüb.Kral V Haraldın ölümündən sonra onun oğlu VIII Hakon Norveçin yeni monarxı olub....
11 Sentyabr 2026, 18:51
Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar.Citypost.az xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib.Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.
11 Sentyabr 2026, 18:30
Arzu Nağıyev Tovuzda seçiciləri ilə görüşdü
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib.Citypost.az xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə qəbullar davam edəcək. Növbəti qəbullar haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləmək mümkündür....
11 Sentyabr 2026, 18:22
Xankəndidə avtobus marşrutları üzrə müsabiqə qalibləri müəyyənləşib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz şəhərlərarası, həmçinin Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Məlumata əsasən, Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC; Bakı-Xaçmaz marşrutu üzrə fiziki şəxs Əkbərova Mehriban Telman qızı; Xankəndi şəhərində 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – şəhər mərkəzi) marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı...
11 Sentyabr 2026, 18:06
Səfir: Slovakiya Qarabağda yeni layihələr planlaşdırır
Slovakiya Qarabağda yeni layihələr həyata keçirməyi planlaşdırır.Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.Onun sözlərinə görə, hazırda Slovakiya Ağdamda "Ağıllı kənd" layihəsini həyata keçirir."Biz növbəti layihə olan Forest Park layihəsini də Ağdamda həyata keçirməyi planlaşdırırıq. Bu, daha çox sosial yönümlü bir proqram olacaq", - diplomat qeyd edib.O əlavə edib ki, Slovakiya Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıqda da maraqlıdır."Bizi məhz Qarabağda kənd təsərrüfatı sahəsində müxtəlif proqramlar maraqlandırır. Biz öz şirkətlərimiz vasitəsilə iştirak etmək və bu sahədə öz təcrübəmizi bölüşmək istərdik", - E.Qasımov bildirib....
11 Sentyabr 2026, 18:00
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər.Bu barədə Citypost.az xəbər verir.Qeyd edək ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib. “Sadıqcanın evi” ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.
11 Sentyabr 2026, 17:53