Bizə yazın

Baku

-°C

USD

-

Qulu Məhərrəmli: “Kinomuz ölməyib, amma yaşamır da…”

Cəmiyyət 11 Sentyabr 2026, 21:22

374

Professor Qulu Məhərrəmli Azərbaycan kinosunun hazırkı vəziyyəti və Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən sədr seçkisi ilə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, professor sosial şəbəkə hesabında Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsinin bir sıra gənc və kino ictimaiyyətinin nümayəndələri tərəfindən məyusluqla qarşılandığını bildirib.

Qulu Məhərrəmli yazıçı-ssenarist Eldəniz Quliyevin “Azərbaycan milli kinosu rəhmətə getdi” fikrinə də toxunaraq, bu mövqeyi bölüşənlərlə yanaşı, onunla razılaşmayanların da olduğunu qeyd edib.

“Mən şəxsən bu fikirdəyəm ki, kinomuz ölməyib, amma yaşamır da… Yaşamağına ümid də azdır”, – deyə professor yazıb.

Qulu Məhərrəmli seçki prosesini də qiymətləndirərək qeyd edib ki, konfransda sədr seçkisinə kifayət qədər ciddi hazırlıq görülüb. Onun sözlərinə görə, ən dramatik məqamlardan biri rejissor Vaqif Azəriyarın sədrliyə alternativ namizəd irəli sürmək istəməsi və buna verilən reaksiyalar olub.

Professor bildirib ki, bir gün əvvəl Xalq artisti, professor Həmidə Ömərovanın namizəd kimi göstərilməsi və onun üçün imzaların toplanması da müəyyən narahatlıq yaradıb. Bununla belə, Qulu Məhərrəmli hesab edir ki, alternativ namizəd olsaydı belə, nəticənin dəyişəcəyinə ehtimal az idi.

“Bunu dəqiq demək olar ki, bütün hallarda bu seçki heç nəyi dəyişməyəcək, çünki mübarizə kino uğrunda, onu dirçəldib bu sahəyə yeni nəfəs vermək uğrunda deyil, vəzifə uğrundadır”, – deyə o bildirib.

Qulu Məhərrəmli yeniliyi təmsil edən Əlisa Cabbarovun kino sahəsində nələrsə edə biləcəyinə ümid bəslədiyini də vurğulayıb. Lakin professor 10-15 il əvvəl “Kino Mərkəzi və Kino Akademiyası” yaratmaq təşəbbüsü ilə çıxış edən və bu istiqamətdə mübarizə aparan mərhum kinorejissor Rüstəm İbrahimbəyova münasibəti də xatırladıb.

“10-15 il əvvəl ‘Kino Mərkəzi və Kino Akademiyası’ yaratmaq üçün o dövrdə məmurlarla döyüşən kino nəhəngi, Oskar mükafatçısı Rüstəm İbrahimbəyova arxa çevirənlərə heç inanmıram”, – deyə Qulu Məhərrəmli qeyd edib.

Professor sonda kino sahəsində baş verən proseslərin kifayət qədər mürəkkəb olduğunu vurğulayıb: “Həqiqətən, bu kino və burada ayrılan rolu oynamaq çox qəliz məsələdir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib

Meksikanın Azərbaycandakı Səfirliyi Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə qəbul təşkil edib.Citypost.az xəbər verir ki, tədbirdə Şuşada səfərdə olan diplomatik korpus nümayəndələri iştirak ediblər.Tədbir zamanı Azərbaycan və Meksika nümayəndələri çıxış ediblər.Bildirilib ki, Şuşada müxtəlif ölkələrin milli günlərinə və mühüm tarixlərinə həsr olunmuş tədbirlərin keçirilməsi, şəhərin Azərbaycanın diplomatik mərkəzlərindən birinə çevrildiyindən xəbər verir.Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.Diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi daxil olub....

11 Sentyabr 2026, 20:57

ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib

ABŞ-nin Azərbaycandakı Səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.Citypost.a xəbər verir ki, bu barədə ABŞ-nin diplomatik nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.Səfirliyin kollektivi hücum qurbanlarını və onların ailələrini, ağlasığmaz təhlükənin qarşısına cəsarətlə çıxan ilk müdaxilə edənləri, eləcə də həmin faciəli gündən sonra həyatı həmişəlik dəyişən hər kəsi yad etmək üçün toplaşıb.Həmçinin hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin ABŞ-yə nümayiş etdirdiyi həmrəylik xatırladılıb."ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə...

11 Sentyabr 2026, 20:45

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.Bu barədə "Report"a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.Belə ki, gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.O.Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib. Onbun sözlərinə görə, hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı üzrə istintaq aparılır:"Azərbaycan vətəndaşları şübhəli...

11 Sentyabr 2026, 19:58

"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi

Aparıcı Elgiz Əkbər yutubdakı canlı yayım zamanı bəzi izləyicilərinə irad bildirib.Citypost.az xəbər verir ki, aparıcı qeyri-etik və təhqiramiz ifadələr yazan şəxslərdən şikayət edəcəyini deyib. Elgiz hətta bir neçə izləyici ilə bağlı artıq polisə müraciət etdiyini bildirib."Hünəriniz var, yazın. Sizi süründürüm, görün. İçərisində yaşlı adamlar da var. Onun başına oyun açın. Mən bir yana, burada yaşlı insanlar, analar var. Nə ixtiyarınız var belə söyüş yazasınız? Tənqid lazımdır, vacibdir. Amma təhqir başqadır. Bizi polislə birgə çalışırıq ki, bu cür tərbiyəsiz insanlar sosial şəbəkədə yığışdırılsın" deyə, Elgiz bildirib./Axşam.az...

11 Sentyabr 2026, 19:51

Azərbaycanda faəliyyət başlayan heyvan bazarlarının sayı 20-yə çatıb

Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib.Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Qeyd edilib ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb.Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa...

11 Sentyabr 2026, 19:00

Norveç şahzadəsi Astrid qardaşının dəfnindən iki gün sonra vəfat edib

Norveçin mərhum kralı V Haraldın böyük bacısı, Norveç şahzadəsi Astrid vəfat edib."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə kral sarayının bəyanatında bildirilib.Şahzadə Astrid 94 yaşında vəfat edib.Xatırladaq ki, kral Harald 35 ildən çox davam edən hakimiyyətindən sonra ötən ay 89 yaşında vəfat edib və şahzadə Astrid sonuncu dəfə çərşənbə günü onun dəfn mərasimində ictimaiyyət qarşısında görünüb.Kral V Haraldın ölümündən sonra onun oğlu VIII Hakon Norveçin yeni monarxı olub....

11 Sentyabr 2026, 18:51