Bizə yazın

Baku

-°C

USD

-

Cəlil Xəlilov veteranlarla “Türk şəhidliyi”ni ziyarət etdi

Cəmiyyət 14 Sentyabr 2026, 19:14

337

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Citypost.az  xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. 

Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb.

Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib.

Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib.

Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan-Türkiyə media əməkdaşlığı müzakirə olundu

Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Media və Yayım Şurasından məlumat verilib.Bildirilib ki, görüşdə Ə.İsmayılov Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.F.Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib. Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin...

14 Sentyabr 2026, 19:23

Azər Xəlilzadə katib təyin edildi

“Azergold” QSC-də korporativ katib vəzifəsinə təyinat olub.Citypost.az xəbər verir ki, bu vəzifə Kənan Xəlilzadəyə həvalə olunub.K.Xəlilzadə eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin Hüquq direktoru təyin edilib.Qeyd edək ki, K.Xəlilzadə bundan öncə (2025-2026-cı illər) Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin rəhbəri olub. O, 2023-2025-ci illərdə “Azərlotoreya” ASC-də, 2021-2023-cü illərdə isə, “Veysəloğlu Şirkətlər Qrupu”nda müxtəlif vəzifələrdə çalışıb.Məlumat üçün deyək ki, "AzerGold" 2016-cı ildə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindədir. Şirkətin Müşahidə Şurasının sədri Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin sədri Mətin Eynullayev, İdarə heyətinin sədri isə, Zakir İbrahimovdur. "Azergold"un nizamnamə kapitalı 278 300 000 manatdır.\\plat.az...

14 Sentyabr 2026, 19:00

Azərbaycanın Serbiyadakı səfiri Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.Citypost.az  xəbər verir ki, Serbiyaya yeni təyin olunmuş səfir bu ölkənin Prezidenti Aleksandar Vuçiçə etimadnaməsini təqdim etdikdən sonra Taşmaydan parkında yerləşən Heydər Əliyevin abidəsini hərbi attaşe Elməddin Həsənov və səfirlik əməkdaşları ilə birlikdə ziyarət edib.Səfir Tahir Tağızadə, Azərbaycanın Serbiyadakı hərbi attaşesi Elməddin Həsənov və səfirliyin əməkdaşları ziyarət çərçivəsində abidənin önünə güllər düzüblər.Daha sonra həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsi ziyarət edilib, hər iki abidənin önünə güllər...

14 Sentyabr 2026, 18:33

Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.Citypost.az xəbər verir ki, mərasimdə “Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə “Abu Dhabi Future Energy Company” - “Masdar” və “AGEC” arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan İnvestisiya Holdinqi ilə "L’IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi” imzalanıb.Eyni zamanda, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək...

14 Sentyabr 2026, 18:30

Mario Çavesə AZAL-da vəzifə verildi

Azərbaycan Hava Yollarının alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.Bu barədə Citypost.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.  Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən etibarən “TAP Air Portugal” aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl “Portugalia Airlines” şirkətində baş icraçı direktor, “Grupo SATA” şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, “Cabo Verde Airlines” şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb,...

14 Sentyabr 2026, 18:28

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulandı.Əməkdaşlıqla...

14 Sentyabr 2026, 18:25