Bizə yazın

Baku

-°C

USD

-

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

Cəmiyyət 14 Sentyabr 2026, 18:20

311

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə dəyişkən iş qrafiki tətbiq olunacaq.

Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu qrafik sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə təşkil olunur.

"Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək. Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mario Çavesə AZAL-da vəzifə verildi

Azərbaycan Hava Yollarının alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.Bu barədə Citypost.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.  Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən etibarən “TAP Air Portugal” aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl “Portugalia Airlines” şirkətində baş icraçı direktor, “Grupo SATA” şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, “Cabo Verde Airlines” şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb,...

14 Sentyabr 2026, 18:28

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.Citypost.az  xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi. Bir müddət əvvəl Qəbələdə Məqsəd Bağırova hücum edildiyi bildirilib....

14 Sentyabr 2026, 18:07

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

Mətbuat Şurasında Əməkdar jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla müsahibələrinin yer aldığı “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib.Citypost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yeni çapdan çıxmış nəşrdə Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla həm ANS TV-də, həm də Real TV-dəki müsahibələrinin, həmçinin Yutubdakı səs yazılarının mətni toplanıb.O bildirib ki, bütün bu işlər AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli tərəfindən başa çatdırılıb, müsahibələri Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə edib.Rəşad Məcid onu da bildirib ki,...

14 Sentyabr 2026, 18:06

Trampın oğlu Qafqaza gəlir - 70 mərtəbəli bina tikəcək 

ABŞ Prezidenti Donald Trampın oğlu, The Trump Organization şirkətinin icraçı vitse-prezidenti Erik Tramp gələn həftə Gürcüstana səfər edəcək.Citypost.az  Gürcüstan mediasına istinadən xəbər verir ki, Erik Tramp Tbilisidə “Trump Tower Tbilisi” layihəsinin rəsmi təqdimatında iştirak edəcək.Məlumata əsasən, “Trump Tower” Tbilisinin keçmiş ippodrom ərazisində inşa olunacaq The Downtown Tbilisi kompleksinin mərkəzi qülləsi olacaq. Kompleks ümumilikdə altı göydələndən ibarət olacaq.“Trump Tower”in hündürlüyünün təxminən 259 metr, mərtəbələrinin sayının isə 70-ə qədər olacağı bildirilir. Kompleksə ümumi investisiyanın təxminən 2 milyard dollar təşkil edəcəyi, yalnız “Trump Tower”in tikintisinə birbaşa xərclərin isə 200 milyon dollardan çox olacağı qeyd edilir.Mənzillərin satış qiymətlərinin ilkin mərhələdə hər kvadratmetr üçün 7-10...

14 Sentyabr 2026, 18:00

Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ŞOK DETAL: Oğlu və kürəkəni...

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.Citypost.az  gününsəsi.info-ya istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq....

14 Sentyabr 2026, 17:54

Xırdalanda quruyan ağacların yerinə yeniləri əkilib 

Abşeron rayonu Xırdalan şəhərində quruyan ağaclar götürülərək yerinə yeniləri əkilib.Bu barədə Citypost.az-a  Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentlinə müraciət olunub, sözügedən ərazidə ağacların quruma səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilib və araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib. Belə ki, Xırdalan şəhərindəki...

14 Sentyabr 2026, 17:38