Bizə yazın

Baku

-°C

USD

-

İrəvan “Azərbaycana görə” Lukaşenkodan üzr tələb etdi 

Dünya 14 Sentyabr 2026, 16:34

303

“Daxili işlər nazirinin müavini məsələ ilə bağlı məruzə edir, bu kontekstdə “Güclü Ermənistan” fraksiyasının rəhbərlərindən biri ona sual verir ki, Belarusdakı Ermənistan səfirini məsləhətləşmələr üçün geri çağırmısınız, bunlar nə qədər davam edəcək? Müxalifət deputatlarının məsələyə yanaşması çox təəccüblüdür”.

Citypost.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyan parlamentin iclasında deyib.

Spiker “Minskdəki Ermənistan səfirinin məsləhətləşmələr üçün geri çağırılmasının səbəbi” barədə danışarkən iddia edib ki, bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 44 günlük müharibədə Azərbaycanı dəstəkləməsi ilə əlaqəlidir:

“Belarus həm də KTMT üzvü olan ölkədir. Buna cavab olaraq Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Məsləhətləşmələr izahat və ya üzr istənilənədək davam edəcək.

“Güclü Ermənistan” fraksiyasının liderlərindən biri həmçinin deyir ki, Ermənistan KTMT qarşısındakı öhdəliklərini yerinə yetirmir. Ciddisiniz? Bura gəlirsiniz və Ermənistan uğrunda həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirsiniz. Həmin vaxt KTMT-nin nə ilə məşğul olduğunu bilirsinizmi? (44 günlük müharibə zamanı Ermənistana yardım üçün) Onlara müraciət etdik, amma heç nə etmədilər” (Teleqraf)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qəbiristanlığın içində bina tikib satırlar - ŞOK HADİSƏ 

Türkiyədə qeydə alınan görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki,  videoda qəbiristanlıq ərazisində tikilmiş çoxmərtəbəli binaların görüntüləri əks olunub. Tikililərin məzarlığın içində yerləşməsi diqqət çəkib.Görüntüləri paylaşan istifadəçilərdən bəziləri vəziyyəti zarafatla "insanlara mənzil yox, qəbiristanlıq satırlar" sözləri ilə şərh edib. Bəzi sosial şəbəkə istifadəçiləri isə binaların qəbiristanlıq ərazisində inşa edildiyinə təəccübləndiklərini bildiriblər.Kadrlarda binanın ətradakı məzarların yaxın olması görüntünün daha çox diqqət çəkməsinə səbəb olub....

14 Sentyabr 2026, 15:33

Cənubi Koreya yaşlıları rəqəmsal dünyaya uyğunlaşdırmaq üçün təlimlərə başlayıb  

Cənubi Koreyada yaşlı insanların rəqəmsal xidmətlərdən istifadəsini asanlaşdırmaq məqsədilə ölkə üzrə xüsusi təlimlər keçirilir.Citypost.az AFP-ə istinadən xəbər verir ki, ölkədə rəqəmsal uçurum xüsusilə yaşlı nəsil arasında genişdir. Dövlət sorğusuna əsasən, 60 yaşdan yuxarı Cənubi Koreyalıların təxminən 60 faizi rəqəmsal bacarıqlarının kifayət qədər olmaması səbəbindən dövlət və kommersiya xidmətlərindən istifadə etməkdə çətinlik çəkir.Yaşlı insanlar taksi sifarişindən tutmuş bilet almağa, xəstəxana ödənişlərinə və müxtəlif elektron xidmətlərə qədər bir çox sahədə problemlərlə üzləşirlər. Məsələn, 60 yaşdan yuxarı şəxslərin 80 faizindən çoxunun taksi çağırmaq üçün mobil tətbiqlərdən deyil, ənənəvi üsuldan istifadə etdiyi bildirilir.Bu problemin qarşısını almaq üçün hökumət yaşlılar üçün mobil telefon, tətbiqlər və...

14 Sentyabr 2026, 09:53

Asiya Oyunları öncəsi Yaponiyada yaşayış yeri böhranı yaşanır

Yaponiyada keçiriləcək Asiya Oyunları öncəsi Naqoya və Aiçi bölgəsində yaşayış yerlərinin ciddi çatışmazlığı yaranıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyanın Olimpiya Komitəsi bölgədə həm öz nümayəndə heyəti, həm də digər ölkələrdən gələn idmançılar və rəsmilər üçün yaşayış yeri tapmaqda çətinlik olduğunu açıqlayıb. Filippin Olimpiya Komitəsinin rəhbəri isə bəzi məşqçilərin və rəsmilərin fərqli otellərə, hətta Airbnb evlərinə yerləşdirildiyini bildirib.Oyunlarda 17 mindən çox idmançı və rəsmi şəxsin iştirakı gözlənilir. Xüsusi idmançı kəndinin olmadığı yarışlarda iştirakçıların bir hissəsi otellərdə, digərləri isə müvəqqəti taxta konteynerlərdə və kruiz gəmisində yerləşdiriləcək.Təşkilatçılar İtaliyanın “Costa Serena” kruiz gəmisini də icarəyə götürüblər. Gəminin təxminən 4-5 min idmançıya...

14 Sentyabr 2026, 09:50

Avstraliyada köpəkbalığı sörfçüyə hücum edib

Qərbi Avstraliyada 50 yaşlarında olan sörfçü köpəkbalığı hücumuna məruz qalıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  hadisə Pert şəhərindən təxminən 400 kilometr şimalda yerləşən Glenfield Beach-də baş verib. Səlahiyyətlilər səhər saat 09:45 radələrində çimərlikdə “köpəkbalığı hadisəsi” barədə məlumat alıblar.Yerli səhiyyə orqanları kişinin vəziyyətinin ciddi, lakin stabil olduğunu bildiriblər. Sakinlərə çimərlik ərazisində ehtiyatlı olmaları tövsiyə edilib.Məlumata görə, 1791-ci ildən bəri Avstraliyada təxminən 1300 köpəkbalığı hadisəsi qeydə alınıb və onlardan 260-dan çoxu ölümlə nəticələnib.Əli...

14 Sentyabr 2026, 09:48

Qadın təyyarədə uşaq dünyaya gətirdi

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Novıy Urenqoy şəhərində yaşayan 30 yaşlı qadın tətildən qayıdarkən təyyarədə uşaq dünyaya gətirib.Citypost.az “Moskovskiy Komsomolets”ə istinadən xəbər verir ki, doğuş sancıları təyyarə enişə hazırlaşarkən başlayıb. İlk dəqiqələrdə qadına stüardessalar yardım göstərib, ekipaj isə təyinat hava limanı ilə əlaqə saxlayaraq təcili tibbi yardım çağırıb.Lakin sancılar gücləndiyindən həkimlər körpəni təyyarənin göyərtəsində dünyaya gətirməli olublar.Nəticədə oğlan uşağı dünyaya gəlib. Yeni doğulan körpəni və anasını evdə üç və beş yaşlı digər iki övladı gözləyir.Əli...

14 Sentyabr 2026, 09:44

Neolit insanlarının 25 tonluq daşları 18 kilometr uzaqdan gətirdiyi üzə çıxdı

Alimlər Böyük Britaniyanın Yorkşir bölgəsində yerləşən və tarixəqədərki dövrə aid “Şeytanın Oxları” abidəsi ilə bağlı yeni araşdırma aparıblar.Citypost.az “Daily Mail”ə istinadən xəbər verir ki, tədqiqat nəticəsində abidədəki nəhəng daşların təxminən 18 kilometr məsafədə yerləşən Bramham Qayalarından gətirildiyi müəyyənləşib. Hündürlüyü 7 metrə çatan monolitlərin hər birinin çəkisinin 25 tondan çox olduğu bildirilir.Əvvəllər daşların buzlaqlar tərəfindən əraziyə daşındığı, yaxud daha yaxın məsafədəki Plumpton Qayalarından gətirildiyi ehtimal edilirdi. Mineraloji analiz isə onların məhz Bramham Qayaları ilə uyğunluğunu ortaya çıxarıb.Tədqiqatçılar hesab edirlər ki, bu daşların Neolit dövründə 18 kilometr məsafədən daşınması ciddi planlaşdırma, koordinasiya və texniki bacarıq tələb edib. Bu isə həmin ərazinin qədim...

14 Sentyabr 2026, 09:41