Bizə yazın

Baku

-°C

USD

-

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Cəmiyyət 14 Sentyabr 2026, 17:03

324

Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Report" "Welt"ə istinadən xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb.

Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.

Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan-Türkiyə arasında media əməkdaşlığı müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyətini qəbul edib."Anadolu" xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə, həmçinin regional proseslər və Cənubi Qafqazda davamlı sülh və...

14 Sentyabr 2026, 17:14

Emin Əmrullayev Qarabağ Universitetinə qəbul olunanlarla bağlı rəqəmləri açıqladı

2026/2027-ci tədris ili üzrə Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub, onların təxminən yarısı 500-dən yuxarı bal toplayıb.Citypost.az  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.Nazir bildirib ki, onlardan 603 nəfər 500 və daha yüksək, 196 nəfər isə 600 və daha yüksək bal toplayıb.O qeyd edib ki, Qarabağ Universitetinə qəbul olunan tələbələrin 60 faizi qızlardır....

14 Sentyabr 2026, 16:23

Müəllimlər üçün geyim qaydaları dəyişir – Nazir açıqladı

Müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər olub, yaxın günlərdə yeni qaydalar açıqlanacaq.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.Nazir bildirib ki, burada söhbət müəllimlər üçün vahid geyimdən deyil, geyim tələblərindən gedir: "Müəllim müəyyən qaydalara riayət etməlidir".E.Əmrullayev qeyd edib ki, bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

14 Sentyabr 2026, 16:16

Az şagirdli kənd məktəbləri bağlana bilər – Nazir açıqladı

"Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur. Ona görə də biz həmin məktəblərin bağlanması məsələsinə baxırıq".Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.Nazir bildirib ki, kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir:“Kənd məktəbində bir şagirdə, məsələnŞ 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox olduqca, bir şagirdə düşən xərcin miqdarı azalır”....

14 Sentyabr 2026, 16:14

Ramin Məmmədov: Türk dünyasını yad ideoloji təsirlərdən qorumalıyıq

Türk dünyasının minilliklərə söykənən zəngin tarixi, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir.Citypost.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.O qeyd edib ki, müasir dövrün mürəkkəb geostrateji reallıqları, artan islamofobiya, ksenofobiya, dini radikalizm halları və TDT coğrafiyasının qarşılaşdığı yad ideoloji müdaxilələr kimi yeni təhdidlər dövlətlərin qarşısında vahid mövqedən çıxış etmək tələbini qoyur:"Bu gün əsas məqsədimiz xüsusilə əhalisinin 40 faizindən...

14 Sentyabr 2026, 16:10

Məhəmməd Əbdülsalam: İlham Əliyev müsəlman alimlərinin irsinə dəyər verir

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman alimlərinin irsinə diqqətini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş birinci beynəlxalq elmi-praktiki konfransda danışıb.Baş katib bildirib ki, dinin münaqişələrin, məzhəb və təriqət qarşıdurmalarının qızışdırılmasında istifadəsi ciddi narahatlıq doğurur:"Müsəlman Ağsaqqalları Şurası dialoqa xüsusi əhəmiyyət verir. Dialoq özlüyündə məqsəd deyil, qarşılıqlı tanıma, əməkdaşlıq və sülhün qurulmasına aparan yoldur. Xüsusilə gənclərə xitab edən dini çıxışda insani dəyərlər ön plana çıxarılmalıdır. Dini və mədəni irs yeni...

14 Sentyabr 2026, 16:09