Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan-Türkiyə arasında media əməkdaşlığı müzakirə edildi

Cəmiyyət 14 Sentyabr 2026, 17:14

313

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyətini qəbul edib.

"Anadolu" xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin regional proseslər və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Türkiyə və Azərbaycan arasında güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “İki dövlət, bir millət” şüarı və Şuşa Bəyannaməsi ilə müəyyənləşdirilən müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün də iştirak edib. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların və birgə fəaliyyətlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri, professor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəv

əti çatdırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda "Beer & Food Festival 2026" keçiriləcək 

2, 3 və 4 oktyabr 2026-cı il tarixlərində Bakıda, "The Farm" ərazisində ənənəvi qastronomiya və əyləncə tədbiri - "Autumn & Food Festival 2026" keçiriləcək.Citypost.az xəbər verir ki, üç gün davam edəcək festival qastronomiya, musiqi və əyləncəni bir məkanda birləşdirərək paytaxt sakinləri və şəhərin qonaqlarına fərqli mədəni-əyləncəli təcrübə təqdim edəcək.Layihə Avropanın məşhur açıq hava və qastronomiya festivallarının ənənələrindən ilhamlanaraq, eyni zamanda Bakı auditoriyası üçün müasir və ailəvi istirahət formatında hazırlanmış genişmiqyaslı tədbirdir.Festivalın keçirilməsi üçün seçilmiş "The Farm" məkanı tədbirin ümumi konsepsiyasına xüsusi ab-hava qatacaq. Yaşıl açıq ərazi, uzun festival masaları, tematik dekorasiyalar, musiqi və müxtəlif əyləncə zonaları qonaqlara əsl payız festivalı...

14 Sentyabr 2026, 17:30

Bakıda avtobusların sayı 2500-ü keçdi – REKORD

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir. Nəticədə sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-ə çatdırılır.AYNA-dan Citypost.az verilən məlumata görə, qeyd olunan göstərici son illərin ən yüksək göstəricisidir.Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.Bildirilib ki, bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı...

14 Sentyabr 2026, 17:26

Bakı toylarında “qara dəb” – Aygün Muradxanlıdan TƏNQİD

Dünənki dəbdəbəli toy gündəmdəykən son 2-3 ildə Bakının şadlıq saraylarının gözümə batan ortaq özəlliyindən yazmaq istəyirəm - qara rəng ağırlığından. Dünən yüzminlər xərclənən toyun da ana rəngi qaraydı.Salona girirsən, səhnə başdan-başa qara atlasla qapanıb, masalar qara şüşə, tavan işıqlandırması qara, bəy-gəlin salona gəlir işıqlar söndürülür, qaralıq, qaramat… Bəzi yeni salonlarda yer qara-ağ metlax… Bir neçəsinə qara pərdə asıblar… Heyrət…Niyə???Qara şadlıq rəngidir məgər? Tam tərsi bilirdim… 2 gəncin ən xoş günündə bu qara toy “çadırlarını” kim gətirib dəb salıb Bakıya? Bir neçə şadlıq sarayı sahibi ilə danışmışam. Deyirlər, guya bu, işıq effeklərinin daha cazib görünməsi üçündür. Göy atlasın, məxmərin üzərinə işıq effekti...

14 Sentyabr 2026, 17:22

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb."Report" "Welt"ə istinadən xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb.Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

14 Sentyabr 2026, 17:03

Emin Əmrullayev Qarabağ Universitetinə qəbul olunanlarla bağlı rəqəmləri açıqladı

2026/2027-ci tədris ili üzrə Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub, onların təxminən yarısı 500-dən yuxarı bal toplayıb.Citypost.az  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.Nazir bildirib ki, onlardan 603 nəfər 500 və daha yüksək, 196 nəfər isə 600 və daha yüksək bal toplayıb.O qeyd edib ki, Qarabağ Universitetinə qəbul olunan tələbələrin 60 faizi qızlardır....

14 Sentyabr 2026, 16:23

Müəllimlər üçün geyim qaydaları dəyişir – Nazir açıqladı

Müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər olub, yaxın günlərdə yeni qaydalar açıqlanacaq.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.Nazir bildirib ki, burada söhbət müəllimlər üçün vahid geyimdən deyil, geyim tələblərindən gedir: "Müəllim müəyyən qaydalara riayət etməlidir".E.Əmrullayev qeyd edib ki, bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

14 Sentyabr 2026, 16:16