Şeyxülislamdan İslamdaxili dialoqla bağlı ÇAĞIRIŞ
Cəmiyyət 14 Sentyabr 2026, 15:58
322
Müasir dünyada terrorizm, separatçılıq, radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən amillərin, ksenofobiya, islamofobiya təzahürlərinin, dindən sui-istifadə hallarının artdığı dönəmdə dini-mənəvi sabitliyə və məzhəblərarası anlaşmaya xidmət edən, islamdaxili dialoq səciyyəli beynəlxalq tədbirlər olduqca aktual və zəruridir.
Citypost.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.
A.Paşazadə vurğulayıb ki, qardaşlıq, bəşəri həmrəylik diyarı Azərbaycan dünyada ən çox ehtiyac duyulan mötədil dəyərlər mərkəzi, aparıcı mənəvi-humanitar platforma kimi çıxış edir:
Həmçinin oxuyun
"Bu möhtəşəm tədbirin ərsəyə gəlməsində dəyərli səylərinə görə bütün həmtəşkilatçılara dərin təşəkkürümüzü ifadə edirik.
Müsəlman Şərqində, Türk dünyasında və Qafqaz bölgəsində sufi fəlsəfəsinin geniş yayıldığını nəzərə alsaq, geniş coğrafiya üçün önəm kəsb edən, Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan və Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanış olmaq fürsəti verən Birinci beynəlxalq konfransda fəaliyyətləriniz və elmi yaradıcılığınızda yeni nailiyyətlər arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramin Məmmədov: Türk dünyasını yad ideoloji təsirlərdən qorumalıyıq
Türk dünyasının minilliklərə söykənən zəngin tarixi, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir.Citypost.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.O qeyd edib ki, müasir dövrün mürəkkəb geostrateji reallıqları, artan islamofobiya, ksenofobiya, dini radikalizm halları və TDT coğrafiyasının qarşılaşdığı yad ideoloji müdaxilələr kimi yeni təhdidlər dövlətlərin qarşısında vahid mövqedən çıxış etmək tələbini qoyur:"Bu gün əsas məqsədimiz xüsusilə əhalisinin 40 faizindən...
14 Sentyabr 2026, 16:10
Məhəmməd Əbdülsalam: İlham Əliyev müsəlman alimlərinin irsinə dəyər verir
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman alimlərinin irsinə diqqətini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş birinci beynəlxalq elmi-praktiki konfransda danışıb.Baş katib bildirib ki, dinin münaqişələrin, məzhəb və təriqət qarşıdurmalarının qızışdırılmasında istifadəsi ciddi narahatlıq doğurur:"Müsəlman Ağsaqqalları Şurası dialoqa xüsusi əhəmiyyət verir. Dialoq özlüyündə məqsəd deyil, qarşılıqlı tanıma, əməkdaşlıq və sülhün qurulmasına aparan yoldur. Xüsusilə gənclərə xitab edən dini çıxışda insani dəyərlər ön plana çıxarılmalıdır. Dini və mədəni irs yeni...
14 Sentyabr 2026, 16:09
Peşə təhsilində YENİLİK: 21 yeni müəssisə tikiləcək
Azərbaycanda 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi tikiləcək.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə 2 dəfə artıb:"2021–2025/2026-cı illər ərzində peşə təhsilinə qəbul olan tələbələrin sayında 70 faiz artım qeydə alınıb. Peşə təhsilinə cəlb olunan qadınların payı isə 39 faiz təşkil edir. 2026–2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur".Nazir həmçinin bildirib ki, 2026–2027-ci tədris ilindən peşə təhsilində 4 yeni ixtisasın tətbiqinə başlanılacaq:"Bunlar istixana operatoru, satınalmaların təşkili, geodeziya və kartoqrafiya, qida emalı texnologiyaları...
14 Sentyabr 2026, 16:05
Vüsal Nəsirli vətəndaşları qəbul edəcək
Sentyabrın 25-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az-a Agentlikdən məlumat verilib.Bildirilib ki, vətəndaşlar sentyabrın 14-dən 18-nə qədər qəbula yazılmaq üçün AAYDA-ya rəsmi müraciət edə bilərlər."Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq", - məlumatda qeyd olunub....
14 Sentyabr 2026, 15:30
Azərbaycanda 2026/2027-ci tədris ilində 2,2 milyon təhsil alan olacaq
Azərbaycanda 2026/2027 ci tədris ilində 2,2 milyon təhsil alan olacaq.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, cari tədris ilində 124 min şagird 1-ci sinifdə təhsilə başlayacaq.Nazir əlavə edib ki, azad edilmiş ərazilərdə yeni tədris ilində daha 11 yeni məktəbəqədər təhsil müəssisəsi, həmçinin 4 yeni ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək....
14 Sentyabr 2026, 15:23
Azərbaycanda 675 nəfər narkotikə görə müalicə alır
Hazırda Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə (Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 675 xəstə müalicə alır.Bu barədə Citypost.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 62 227 nəfər istiqamətləndirilib.Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4397 nəfərdən 2173 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib....
14 Sentyabr 2026, 15:15