Bizə yazın

Baku

-°C

USD

-

Emin Əmrullayev Qarabağ Universitetinə qəbul olunanlarla bağlı rəqəmləri açıqladı

Cəmiyyət 14 Sentyabr 2026, 16:23

414

2026/2027-ci tədris ili üzrə Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub, onların təxminən yarısı 500-dən yuxarı bal toplayıb.

Citypost.az  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 603 nəfər 500 və daha yüksək, 196 nəfər isə 600 və daha yüksək bal toplayıb.

O qeyd edib ki, Qarabağ Universitetinə qəbul olunan tələbələrin 60 faizi qızlardır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müəllimlər üçün geyim qaydaları dəyişir – Nazir açıqladı

Müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər olub, yaxın günlərdə yeni qaydalar açıqlanacaq.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.Nazir bildirib ki, burada söhbət müəllimlər üçün vahid geyimdən deyil, geyim tələblərindən gedir: "Müəllim müəyyən qaydalara riayət etməlidir".E.Əmrullayev qeyd edib ki, bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

14 Sentyabr 2026, 16:16

Az şagirdli kənd məktəbləri bağlana bilər – Nazir açıqladı

"Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur. Ona görə də biz həmin məktəblərin bağlanması məsələsinə baxırıq".Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.Nazir bildirib ki, kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir:“Kənd məktəbində bir şagirdə, məsələnŞ 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox olduqca, bir şagirdə düşən xərcin miqdarı azalır”....

14 Sentyabr 2026, 16:14

Ramin Məmmədov: Türk dünyasını yad ideoloji təsirlərdən qorumalıyıq

Türk dünyasının minilliklərə söykənən zəngin tarixi, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir.Citypost.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.O qeyd edib ki, müasir dövrün mürəkkəb geostrateji reallıqları, artan islamofobiya, ksenofobiya, dini radikalizm halları və TDT coğrafiyasının qarşılaşdığı yad ideoloji müdaxilələr kimi yeni təhdidlər dövlətlərin qarşısında vahid mövqedən çıxış etmək tələbini qoyur:"Bu gün əsas məqsədimiz xüsusilə əhalisinin 40 faizindən...

14 Sentyabr 2026, 16:10

Məhəmməd Əbdülsalam: İlham Əliyev müsəlman alimlərinin irsinə dəyər verir

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman alimlərinin irsinə diqqətini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş birinci beynəlxalq elmi-praktiki konfransda danışıb.Baş katib bildirib ki, dinin münaqişələrin, məzhəb və təriqət qarşıdurmalarının qızışdırılmasında istifadəsi ciddi narahatlıq doğurur:"Müsəlman Ağsaqqalları Şurası dialoqa xüsusi əhəmiyyət verir. Dialoq özlüyündə məqsəd deyil, qarşılıqlı tanıma, əməkdaşlıq və sülhün qurulmasına aparan yoldur. Xüsusilə gənclərə xitab edən dini çıxışda insani dəyərlər ön plana çıxarılmalıdır. Dini və mədəni irs yeni...

14 Sentyabr 2026, 16:09

Peşə təhsilində YENİLİK: 21 yeni müəssisə tikiləcək

Azərbaycanda 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi tikiləcək.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə 2 dəfə artıb:"2021–2025/2026-cı illər ərzində peşə təhsilinə qəbul olan tələbələrin sayında 70 faiz artım qeydə alınıb. Peşə təhsilinə cəlb olunan qadınların payı isə 39 faiz təşkil edir. 2026–2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur".Nazir həmçinin bildirib ki, 2026–2027-ci tədris ilindən peşə təhsilində 4 yeni ixtisasın tətbiqinə başlanılacaq:"Bunlar istixana operatoru, satınalmaların təşkili, geodeziya və kartoqrafiya, qida emalı texnologiyaları...

14 Sentyabr 2026, 16:05

Şeyxülislamdan İslamdaxili dialoqla bağlı ÇAĞIRIŞ

Müasir dünyada terrorizm, separatçılıq, radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən amillərin, ksenofobiya, islamofobiya təzahürlərinin, dindən sui-istifadə hallarının artdığı dönəmdə dini-mənəvi sabitliyə və məzhəblərarası anlaşmaya xidmət edən, islamdaxili dialoq səciyyəli beynəlxalq tədbirlər olduqca aktual və zəruridir.Citypost.az  xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.A.Paşazadə vurğulayıb ki, qardaşlıq, bəşəri həmrəylik diyarı Azərbaycan dünyada ən çox ehtiyac duyulan mötədil dəyərlər mərkəzi, aparıcı mənəvi-humanitar platforma kimi çıxış edir:"Bu möhtəşəm tədbirin...

14 Sentyabr 2026, 15:58