Bizə yazın

Baku

-°C

USD

-

Əmir Pəhləvan : DİL SİYASƏTİ ƏBƏDİ VARLIĞIMIZDIR!

Cəmiyyət 15 Sentyabr 2026, 11:03

414

Bu günlərdə “Elm və Təhsil” nəşriyyatında  çapdan çıxan “Azərbaycan Respublikasının dil siyasəti” kitabını dilimiz haqqında yazılan fundamental elmi əsərlərin və tədqiqatların davamı kimi qiymətləndirmək olar. Kitabın müəllifi Azərbaycan Dillər Universitetinin professoru, fövqəladə və səlahiyyətli səfir Qaley Allahverdiyevdir. Müəllif “Azərbaycan Respublikasının dil siyasəti” kitabında Azərbaycan dili və dilçiliyinin tarixi köklərə malik olması, dilimizin qrammatik quruluşu, dialektləri, tarixi və leksikası xüsusiyyətlərinə qısa səyahət etməklə müasir Azərbaycanın dil siyasətini ön plana çəkmişdir. 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan bu kitab müstəqil Azərbayçanın elm, ədəbiyyat və dil siyasəti milli kimliyinin qorunmasına, azərbaycançılıq məfkurəsinin təşviqinə, elmi potensialın modernləşdirilməsinə və ana dilinin inkişafına xidmət edən strateji dövlət siyasətinin ana  xəttini təşkil edir.Təsadüfi deyildir ki, qisa bir zaman kəsiyində nəşr olunan “Azərbaycan Respublikasının dil siyasəti” əsəri yerli və xarici şərqşünas alimlərin nəzər diqqətini özünə cəlb etmişdir. Türkdilli auiditoriya, o cümlədən, elmi-tədqiqat insititutları kitab haqqında aparılan müzakirələrə ev sahibliyi etməklə ana dilimizə olan hörmət və ehtiramlarını nümayiş etdirirlər. 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının qərarına əsasən çap olunan əsərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri olduqca maraqlıdır. Ulu Öndərin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, böyük gələcəyə malikdir.Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.” fikrləri böyük əhəmiyyət kəsb edir.

Hələ 1969-cu ildən başlayaraq, Azərbaycanın dili sahəsində aparılan islahatların bünövrəsini qoyan  Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atmışdı. Azərbaycan dilinin beynəlxalq münasibətlər müstəvisində gələcəkdə işlək dil mexanizminə çevrilməsi ideyasının, o cümlədən, bir çox qərar və layihələrin müəllifi məhz Ulu Öndər Heydər Əliyevin özü  olmuşdur. Onun "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", deməsi fikri hər kəsin həyat kredosuna çevrilmişdir. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Bu, dilimizə qarşı olan sevgi və məhəbbətin təntənəsi idi. Məhz həmən ildən Azərbaycan dilinin tarixi  fundamental şəkildə ilk dəfə olaraq  araşdırılmağa balamışdır və ilk dəfə  "Müasir Azərbaycan dili" kitabları nəşr olunmuşdur. Çünki bu dilin Həsən bəy Zərdabidən və "Əkinçi"dən qalan zəngin ənənələri vardır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdi.

 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım da atılmışdır. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən Mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm", deyə Ümummilli Lider Heydər Əliyev bildirmişdir.

Nəşrdə dil siyasətinin əsas istiqamətləri və bu siyasətin müxtəlif dövrlərdə həyata keçirilməsi ilə bağlı məsələlərə geniş yer verilmişdir.

Kitabın ön söz müəllifi akademik Nizami Cəfərov nəşri yüksək qiymətləndirərək Azərbaycan dilinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.

“Azərbaycan Respublikasının dil siyasəti” kitabının müllifi professor və diplomat Qaley Allahverdiyevi ürəkdən təbrik edir,  dilimizin qorunması naminə başladığı bu şərəfli və müqəddəs işdə ona uğurlar arzulayıram.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib 

Azərbaycan Xarici İşlər Nazirliyi Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşılıb."Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirdi.Bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik", - paylaşımda qeyd edilib....

15 Sentyabr 2026, 09:45

Qulu Məhərrəmli 15 sentyabrın “Paytaxt Günü” elan olunmasını təklif etdi

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Q.Məhərrəmli xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilərkən paytaxt Bakı bolşeviklərin, daha sonra isə Britaniyanın dəstəklədiyi Sentrokaspi hökumətinin nəzarətində olub. Onun sözlərinə görə, hər iki hakimiyyətdə erməni-rus hərbi qüvvələri aparıcı rol oynayıb.Professor qeyd edib ki, 1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilədən sonra Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəlib və Gəncədən Bakıya doğru yürüşə başlayıb. Göyçay, Kürdəmir, Ucar, Salyan və Şamaxı istiqamətlərində ağır döyüşlər aparılıb.Q.Məhərrəmli bildirib...

15 Sentyabr 2026, 09:25

Emin Əmrullayev: Təmayül sinifləri 90 məktəbdə fəaliyyət göstərəcək

“İnanıram ki, bu tədris ili Azərbaycan məktəbi və ölkəmiz üçün faydalı, uğurlu olacaq. Qarşıda duran məqsədlərə doğru daha bir addım atacağıq”.Citypost.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.Emin Əmrullayev yeni tədris ilində təmayül siniflərinin əhatə dairəsinin genişləndirildiyini bildirib. Onun sözlərinə görə, əvvəl 14 məktəbdə tətbiq olunan model bu ildən 90 məktəbi əhatə edəcək.“Bu model bir neçə baxımdan faydalıdır. Həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm də valideynlərə müəyyən mənada dəstək olur. Bu siniflərdə şagirdlər öz istək və seçimlərinə uyğun təmayül üzrə dərs alaraq daha yaxşı nəticələr göstərə bilərlər”, –...

15 Sentyabr 2026, 09:13

Quba icra başçısı jurnalistlərlə görüşüb

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tanınmış jurnalist Aytəkin Alxaslı və həmkarı Cəlal Fərzəliyevlə görüşüb.Citypost.az xəbər verir ki, Aytəkin Alxaslı görüşlə bağlı sosial media hesabında paylaşım edib. O bildirib ki, İlqar Mahmudovla müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılıb.“Bu gün Quba rayon İH başçısı İlqar Mahmudovla səmimi və yaddaqalan görüşümüz oldu. Həmkarım Cəlal Fərzəliyevlə birgə başçı ilə müxtəlif mövzularda geniş fikir mübadiləsi etdik. Ürəyimizcə oldu”, - deyə jurnalist qeyd edib.A.Alxaslı görüş zamanı onlara vaxt ayırdığı və maraqlı söhbətə görə icra başçısına təşəkkürünü bildirib.Turan...

15 Sentyabr 2026, 09:10

Nazir Əhmədli: “Şah İsmayıl Əmir Teymur kimi qəddar olmayıb”

Tarixçi alim, araşdırmaçı Nazir Əhmədli Əmir Teymur, Çingiz xan və Şah İsmayılın tarixi irsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az N.Əhmədli sosial media hesabında yazıb ki, tarixçilərin hesablamalarına görə, Əmir Teymurun yürüşləri zamanı milyonlarla insan həlak olub və onun insan kəllələrindən piramidalar düzəltdiyi barədə tarixi məlumatlar var. Buna baxmayaraq, onun bu gün də təqdir və tərif edildiyini bildirib.Araşdırmaçı Çingiz xanın da qəddarlığı ilə seçilən hökmdarlardan olduğunu qeyd edərək, onun da geniş şəkildə tərif edildiyini vurğulayıb.“Şah İsmayıl Çingiz xan və Əmir Teymur kimi qəddar olmayıb. 23 illik hökmdarlığı dövründə apardığı müharibələrdə düşmən tərəfindən maksimum 200-250 min nəfər həlak ola bilər. Amma nədənsə hamıdan...

15 Sentyabr 2026, 09:07

Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib

Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Yasamal rayonu 21 saytlı tam orta məktəbdə keçirilən tədbirdə deyib.Nazir birinci sinfə qədəm qoyan şagirdlərin timsalında bütün şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.Emin Əmrullayev bildirib ki, təhsildə əldə olunan nəticələrin əsasında müəllimlərin fəaliyyəti dayanır. O, müəllimləri də yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.Nazir valideynlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, valideynlər bütün tədris prosesi boyunca övladlarının yanında olsalar və məktəblə yaxından əməkdaşlıq etsələr, təhsildə daha böyük irəliləyişlərə nail...

15 Sentyabr 2026, 09:03