Zahid Oruc: “Bir millət idealına elm və təhsillə çatacağıq”
Siyasət 17 Sentyabr 2026, 10:01
280
16 sentyabr 2026-cı il tarixində Bakının Xətai rayonu ərazisində Türkiyə-Azərbaycan Universitetində yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə iştirak edən dövlət və hökumət nümayəndələri, professor-müəllim heyəti və tələbələr əvvəlcə Ulu öndərlər-Heydər Əliyev və Mustafa Kamal Atatürkün büstü önündə ehtiramlarını bildirdilər, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunan guşə ilə tanış odular.
Daha sonra “Bilik günü”nə həsr olunan tədbirdə iştirak edən qonaqlar və Universitetin rektoru çıxış etdilər. Mərasimdə Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Orucun nitqinin xüsusi elmi və siyasi əhəmiyyətini nəzərə alıb onu dərc edirik:
Bir millət, bir universitet
Tarix göstərir ki, xalqları bir-birinə yaxınlaşdıran ən davamlı qüvvə elm və təhsildir. Çünki siyasi ittifaqlar parçalana bilər, ortaq sərhədlər itirilər və iqtisadi maraqlar tələb etdikdə dövlətlər arasında müqavilələr ləğv olunar, siyasi şərtlər və öhdəliklər dəyişər. Lakin vahid elmi məktəbi keçən, eyni auditoriyalarda yetişən, ortaq akademik dildə düşünən nəsillər arasında yaranan bağlar daha uzunömürlü olur.
İngilisdilli təhsilin əhatə dairəsi və nüfuzu, dünyada aparıcı mövqe qazanması birliyin aydın nümunəsidir. ABŞ və Böyük Britaniya vahid dövlət olmasalar da Harvard Oksfordla, Kembric Yale-lə ortaq elmi dil, əsrlərlə formalaşan akademik əlaqələr, professor və tələbələrin arasıkəsilməz mübadiləsi, birgə tədqiqat ənənəsi Vaşinqton və Londonu siyasi paytaxtdan çox, qlobal intellektual mərkəzə çevirib. Yüz illərdən bəri qarşılıqlı təhsil və tədqiqatların xalqların həyatında oynadığı rolu məhz bilik istehsal edən zəka və təfəkkür ittifaqı adlandırmaq olar.
Avropa qitəsində də anqlo-saks ənənələri geniş yayılıb. Hazırda “European Universities” təşəbbüsü ilə 73 universitet alyansında təxminən 650 ali məktəb bir aradadır. Geniş platforma qurmaqda məqsəd tələbə mübadiləsi ilə bərabər, ortaq proqramların yaradılması və birgə dərslərin keçirilməsidir, üstəlik qurulan infrastruktur gələcəkdə tam inteqrasiya olunan ali təhsil məkanı qurmağa imkan verəcəkdir.
Əgər fərqli dillərə, müxtəlif ənənələrə və zaman-zaman bir-biri ilə ağır müharibələrə baxmayaraq, Avropa xalqları universitetlər vasitəsilə ortaq ali təhsil məkanı qura bilirsə, eyni dil köklərinə, qədim mədəniyyətə və vahid siyasi ideallara malik olan Türk dünyasının qarşısında daha böyük vəzifələr dayanır.
Azərbaycan–Türkiyə Universitetinin Bakıda yaradılması iki dövlətin liderinin uzaqgörənliyi və xalqlarımızın gələcək birliyinə töhfə verən mühüm siyasi qərardır. Hələ otuz il əvvəl Böyük Millət Məclisində çıxış edən Ulu öndər Heydər Əliyev iki dövlətin gələcək siyasi birliyinin ideoloji əsaslarını irəli sürmüşdü.
2026-27-ci tədris ilinin başlanması münasibətilə dövlət və hökumət təmsilçiləri, professor müəllim heyətinin və tələbələrin iştirakı ilə Bakının Xətai rayonunda keçirilməsi tədbirə xüsusi tarixi məna verir. Universitet Xocalı prospektində, Azərbaycan dövlətçilik tarixinin böyük simalarından biri olan Şah İsmayıl Xətainin adını daşıyan məkanda yerləşir. Eyni ərazidə Xocalı soyqırımı abidəsi – “Ana harayı” ucalır, 8 Noyabr prospektində isə artıq Zəfər parkı xalqımızın qalibiyyətinin simvoluna çevrilib. Beləliklə, bir şəhərdə tariximizin iki mərhələsi yanaşı dayanır: işğal və 44 müqəddəs gündə qazanılan parlaq Zəfərimiz.
Birinci Qarabağ müharibəsi torpaqlarımızla bərabər, itirilmiş ərazilərdə məktəblərə, kitabxanalara və bütöv təhsil sisteminə də ağır zərbələr vurdu. İndi xalqımızın son 30 illik keçdiyi yolu özündə əks etdirən və Qələbəmizin nəticəsi olan Türkiyə-Azərbaycan Universiteti yeni dövrün ideallarını özündə əks etdirir. Əgər belə bir məktəb işğal illərində yaradılsaydı, onun auditoriyalarında məğlubiyyətin, itirilmiş torpaqların və qayıdış arzusunun dərsləri keçiriləcəkdi. Artıq yeni nəslin kitablarına Zəfər, suverenliyin bərpası və gələcəyin quruculuğu daxil olur. Ona görə də yaradılan Universitet ordumuzun qazandığı Qələbəni elm, texnologiya və insan kapitalının yaradılmasına yönəldəcəkdir. Ölkəmizdə təhsilə başlayan tələbə bir semestrini Ankarada, digərini Almatıda, magistraturasının bir hissəsini Daşkənddə keçirə bilər. Müxtəlif türk dövlətlərinin professorları eyni doktorantura proqramına rəhbərlik edə, ortaq laboratoriyalar yaradıla, diplomların qarşılıqlı tanınması sadələşdirilə, mühəndislikdən tarixşünaslığa qədər vahid elmi şəbəkələr qurula bilər. O zaman “Türk dünyası” anlayışı zirvə görüşləri və siyasi sənədlərin ana xəttini təşkil etməklə yanaşı, professoru, elmi jurnalı, laboratoriyası, akademik və intellektual mühiti da bir olan məkanı ifadə edəcək.
Dövlətləri yaxınlaşdıran ən möhkəm bağlardan biri insanların bir-birinin institutlarına etimadıdır. Azərbaycanlı ailənin Türkiyə universitetinə, türkiyəli alimin Bakıdakı elmi mərkəzə, qazax tələbənin Azərbaycan diplomuna etibar etdiyi məqamda siyasi yaxınlıq cəmiyyətin daxilində özünə milyonlarla tərəfdar qazanacaq.
“Bir millət, iki dövlət” düsturunun tarixi və hazırkı siyasi gücü orduları birləşdirən iradənin, vahid təlimlərlə düşmənə qarşı texnoloji dərsləri, layihə və konstruksiya hazırlıqlarını da bir məkanda aparmağı bacarmaqla ölçüləcək.
Həmçinin oxuyun
Yəni, məqsəd bir filialının açılmasından getmir. Söhbət iki ali təhsil sisteminin imkanlarını bir araya gətirən ortaq akademik çalışma və hazırlıqdan gedir. Azərbaycanlı tələbə Bakını tərk etmədən Türkiyənin aparıcı ali məktəblərinin proqramlarına çıxış əldə edir, eyni zamanda həmin proqram Azərbaycan ali təhsil sistemi ilə birgə həyata keçirilir.
Bir müqayisə yerinə düşər-xaricdə keyfiyyətli ali təhsil almaq bir tələbə və ailə üçün çox vaxt on minlərlə dollar və ya avro xərc deməkdir. Türk dünyasından yüz minlərlə gəncin hər il Avropa, Şimali Amerika və digər xarici təhsil mərkəzlərinə yönəlməsi böyük maliyyə axını, elmi kadrların, istedadın və gələcək texnoloji potensialın da başqa təhsil ocaqlarında formalaşması deməkdir. Milli Məclis üzvləri ölkəmizdən kənarda təhsilə dair uzunmüddətli dövlət proqramlarına hər zaman yaxından dəstək verib. Lakin bizim strateji məqsədimiz beyin köçündən xilas olmaqdır, yüz minlərlə əcnəbi tələbələri ölkələrimizə cəlb edən, professor və tədqiqatçıları özünə gətirən, elmi nəticə və texnologiya istehsal edən məkana çevrilmək olmalıdır. ABŞ-ın qlobal gücünün mühüm dayaqlarından biri də məhz dünyanın ən yaxşı zəkalarını öz universitetlərinə gətirmək və beyin savaşında üstünlük qazanmaq bacarığıdır.
Universitetin məhz mühəndislik və texnologiya istiqamətlərindən başlaması qarşıdakı onilliklərdə əsas ehtiyacın süni intellekt yaradan, qabaqcıl elektron sistemləri və müdafiə sənayesini inkişaf etdirən, enerji resurslarını düzgün idarə edən elmi məktəblər yaratmalıdır.
Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qazanılan qalibiyyət müasir texnoloji nailiyyətlər, ilk növbədə qardaş ölkənin qabaqcıl zəkalarının yaratdığı Bayraktar raketləri ilə əldə olundu. Ona görə də elmlə əldə olunan Zəfərin-hərbi sənaye və elektron sistemlərinin 21-ci əsrin savaşlarını aparmaqa açdığı yol məhz Qarabağdan başlandı.
Xalqımızın çoxəsrlik mübarizəsindən sonra bütün türk dünyasının Zəfəri olan torpaqlarımızın işğaldan azad olunması vahid bir millət idealı ilə gələcəyə baxmağa imkan verən tarixi nailiyyətdir.
Döyüş meydanlarında əldə olunan misilsiz uğurlar tələb edir ki, üstünlüyü universitet auditoriyalarında, laboratoriyalarda, texnoparklarda və elmi nəşrlərdə də davam etdirəsən. Millətin qələbəsini gələcək nəsillərin elmi sərvətinə və türk dünyasının vahid Zəfər idealına çevirmək üçün ən güclü zəmanət sənədi məktəblərimizin verdiyi əlaçı vəsiqələridir.
Dünyanın nüfuzlu alimlərindən biri olan Əziz Səncərin Nobel mükafatı ilə təltif olunması yüz minlərlə tələbənin ali məqsədini, universitetlərimizin strateji hədəflərini müəyyən etməyə imkan verir.
Səncər Qarabağın azad edilməsini Türk dünyası üçün dönüş nöqtəsi adlandırdı, qazi Mustafa Kamal Atatürkün rəhbərliyilə qazanılan Qurtuluş qalibiyyətindən sonra ikinci mühüm nailiyyət saydı, Zəfəri elmə və məktəbə daşımağı bir nömrəli vəzifə adlandırdı.
Universitetlərin yaradılması millət quruculuğunun tərkib hissəsidir. Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Lakin vahid dil, tarixi yaddaş və mədəni yaxınlıq üzərində qurulan əlaqələrin elm, təhsil və intellektual mühitdə dərinləşməsi “bir millət” anlayışına real məzmun verir.
Milləti güclü edən universitetlərdir!
Elmdə Şuşa Zirvəsinin fəthi türk dünyasının ən böyük strateji hədəfi ola bilər!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Alqış Musayev: “Erməni reaksiyası təsadüfi deyil”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev diplomatik korpusun Qarabağa səfərinə erməni cəmiyyətinin reaksiyası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, A.Musayev bildirib ki, diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə erməni cəmiyyətinin sərt reaksiyası təsadüfi deyil.Baş redaktor paylaşımında mərhum babası Əli Musayevin dediyi sözləri də xatırladıb:“Rəhmətlik babam Əli Musayev deyirdi ki, ‘erməni’ millət yox, xəstəlik adıdır”.Turan
17 Sentyabr 2026, 09:38
Sabir Rüstəmxanlı: “Erməni yalanlarına ardıcıl cavab verilməlidir”
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin azad Qarabağa və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir. Bu səfərlə bağlı Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Diplomatik korpusun səfərinə Ermənistanda göstərilən mənfi münasibət, qonşu dövlərin mətbuatındakı fikirlər əsl erməni həyasızlığıdır. Özü Qafqazda siyasi məqsədlərlə yerləşdirilən bu xalq 120 ildən artıqdır ki, əsası olmayan erməni soyqırımı haqqında yalanları bütün dünyaya yaymaqla və rəsmən tanıtdırmaqla məşğuldur. Halbuki, ortada 1918-ci ildə Bakıda, Şamaxıda Azərbaycan türklərinin kütləvi qətliamı,...
17 Sentyabr 2026, 09:26
Şahin Cəfərli FED qərarını və ABŞ seçkilərini şərh etdi
Politoloq Şahin Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı və bunun ölkədə keçiriləcək Konqres seçkilərinə mümkün təsirləri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş.Cəfərlinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp may ayında FED rəhbərini dəyişib və bunun əsas məqsədlərindən biri faizlərin aşağı salınması olub. Onun sözlərinə görə, yeni sədr Kevin Warsh vəzifəyə gəldikdən qısa müddət sonra FED faiz dərəcəsini 3,75 faizdən 4 faizə yüksəldib. Bu, son üç ildə ilk faiz artımıdır.Politoloq qeyd edib ki, FED qərar qəbul edərkən siyasi xahiş və tələbləri deyil, ölkədəki cari iqtisadi vəziyyəti, xüsusilə inflyasiya göstəricilərini və inflyasiya ilə bağlı gözləntiləri nəzərə alır. O bildirib...
17 Sentyabr 2026, 09:23
Çin İrana nə mesaj verdi? – Heydər Oğuzdan AÇIQLAMA
Çindən İrana mesaj: "Husiləri cilovla"Bir neçə gündən sonra Çin prezidenti Si Cinpin ABŞ-a səfərə gedəcək. Onun ABŞ-lı həmkarı Donald Trampla görüşməsi planlaşdırılır. Təbii ki, bu görüşdə Rusiya-Ukrayna savaşından tutmuş Yaxın Şərq gərginliyinə qədər bir çox məsələlərin də müzakirə olunacağı gözlənilir.Maraqlıdır ki, İran Xarici İşlər naziri Abbas Əraqçi Cinpinin ABŞ-a səfərinə bir həftə qalmış tələm-tələsik Pekinə gedib və həmkarı Vanq Yi ilə görüşüb. Görüşdə Vanq Yinin Əraqçiyə verdiyi iki mesaj diqqəti cəlb edir. Əvvəla, o deyib ki, Çin "İranla dialoq və əməkdaşlığı gücləndirməyə, İranın qanuni hüquq və maraqlarını qorumağa hazırdır”. Təbii ki, bu sözləri İranın fayda xanasına yaza bilərik. Amma qanuni hüquq...
17 Sentyabr 2026, 09:19
Zahid Oruc: “Qarabağda suverenlik reallığı möhkəmlənir”
Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsi başa çatıb, lakin Qarabağ uğrunda mübarizənin məzmunu da dəyişir. Vaxtilə əsas qarşıdurmanın məqsədi əraziyə faktiki nəzarət, statusun müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri ətrafında gedirdisə, indi savaşın mühüm hissəsi beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irsin tanıdılması və postmünaqişə reallığının qəbulu üzərində aparılır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabrda Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda, erməni diaspor strukturlarında və sosial media şəbəkələrində verilən reaksiyalar mübarizənin yeni müstəviyə daşınmasının mahiyyətini açıq göstərdi.Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə 58 ölkəni və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 diplomat və beynəlxalq nümayəndənin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri dövlətimizin...
16 Sentyabr 2026, 11:00
Tofiq Zülfüqarov: “Ermənistanda ilhaq siyasətinin qalıqları hələ də qorunur”
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüzün yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, bunun daha geniş dövlət və milli siyasətin tərkib hissəsi olduğunu düşünürəm.Citypost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov sosial şəbəkədəki paylaşımında bildirib.O qeyd edib ki, qonşu ölkənin ərazisini ələ keçirmək üçün cəmiyyətin şüurunda müəyyən tarixi, ideoloji və mənəvi narrativlər formalaşdırılmalı idi. T. Zülfüqarovun sözlərinə görə, bu narrativlər gənc əsgərlərin verilən əmrləri mənəvi tərəddüd keçirmədən yerinə yetirməsinə zəmin yaradıb.Diplomat hesab edir ki, Azərbaycan bu strukturların ardıcıl şəkildə aradan qaldırılması istiqamətində addımlar atdıqca, revanşist dairələrin reaksiyası Ermənistan mediasında, o cümlədən hökumətyönlü resurslarda özünü göstərir.“Buradan belə nəticə...
16 Sentyabr 2026, 09:06