Çin Paşinyana dekorativ yelkənli qayıq hədiyyə edib
Dünya 17 Sentyabr 2026, 09:50
243
Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyana Çin tərəfindən hədiyyə edilən dekorativ yelkənli qayıq barədə məlumat yayıb.
Citypost.az Qəzetə istinadən xəbər verir ki, avqustun 7-də Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sinvey Lin Paşinyana hədiyyə olaraq bütöv bir dekorativ yelkənli qayıq təqdim edib.
Məlumata görə, hədiyyə Baş Nazir Aparatının Protokol şöbəsi vasitəsilə təhvil verilib. “Hraparak” bu məlumatı Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasından əldə etdiyini bildirib.
Komissiyanın məlumatına əsasən, dekorativ yelkənli qayığın dəyəri 563 133 erməni dramıdır (2624.99 AZN)
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rusiya fermerləri qış buğdasının əkilməsindən kütləvi şəkildə imtina etməyə başlayıblar
Rusiya taxıl ixracını iflic edən və fermerləri gəlirsiz qoyan Qara dəniz limanlarının bağlanması, Rusiyada illik taxıl məhsulunun üçdə ikisini təşkil edən qış buğdasının əkinini təhlükəyə atdı;Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "SovEcon" analitik mərkəzinin hesabatında deyilir ki, sentyabrın əvvəlinə olan məlumata görə, Rusiya kənd təsərrüfatı istehsalçıları 2,4 milyon hektar buğda da daxil olmaqla 2,6 milyon hektar ərazidə qış bitkiləri əkiblər ki, bu da son illərin orta səviyyəsindən 25% aşağıdır.SovEcon-a görə, avqust və sentyabr aylarında Rusiyanın taxıl ixracı 2010-cu ildən bəri ən aşağı səviyyəyə düşüb ki, bu da bu aylar üçün orta göstəricidən təxminən üç dəfə çoxdur. Və daxili qiymətlər...
17 Sentyabr 2026, 09:52
Sabiq prezidenti Haşim Taçiyə 25 il həbs cəzası verildi
Kosovo üzrə Haaqa xüsusi məhkəməsi keçmiş prezident Haşim Taçini müharibə cinayətlərində təqsirli bilib.Citypost.az “Reuters“a istinadən xəbər verir ki, Haşim Taçi Kosovo Azadlıq Ordusuna komandanlıq etdiyi dövrdə törədilən qətllər, işgəncə və qanunsuz həbslərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.Haşim Taçi ilə birlikdə onun silahdaşları - Kosovo parlamentinin sabiq spikeri Kadri Veseli 18 il, Kosovo parlamentinin sabiq spikeri Yakup Krasniçi 25 il, sabiq deputat Rezep Semili isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.Rəsmi materiallara görə, Taçi, Veseli, Krasniçi və Semili Kosovun müstəqilliyinə qarşı çıxan yüzlərlə siyasi rəqib və mülki şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinib. (APA)...
16 Sentyabr 2026, 15:04
Ekspert: “Kanada Aİ-yə enerji ixracı üçün daha etibarlı yol təklif edə bilər”
Kanada Avropa İttifaqına enerji ixracının şaxələndirilməsi baxımından daha etibarlı istiqamətə çevrilə bilər.Citypost.az xəbər verir ki, FRANCE 24-ə danışan Vestminster Biznes Məktəbinin Layihə İdarəetməsi və Maliyyə üzrə baş mühazirəçisi, İcraçı Təhsil Direktoru Dr. Walaa-Eldeen Bakry bildirib ki, Kanada Baş naziri Mark Karninin siyasəti ölkənin ticarət əlaqələrinin şaxələndirilməsinə yönəlib.Ekspertin sözlərinə görə, bu yanaşma Kanada ilə Avropa İttifaqı arasında enerji ixracının artırılması üçün daha etibarlı imkan yarada bilər.O qeyd edib ki, ötən il Kanadadan bəzi Avropa ölkələrinə neft ixracında əhəmiyyətli artım müşahidə olunub.Turan...
16 Sentyabr 2026, 09:51
22 milyon il əvvəlki vulkan püskürməsi And dağlarının yaranma sirrini üzə çıxarıb
22 milyon il əvvəl indiki Çilinin şimalında baş verən güclü vulkan püskürməsi And dağlarının necə formalaşdığını öyrənmək üçün alimlərə unikal imkan yaradıb.Citypost.az “Live Science”ə istinadən xəbər verir ki, püskürmə Lauka kalderasında baş verib və böyük ərazi piroklastik axın nəticəsində yaranan ignimbrit təbəqəsi ilə örtülüb. Sürətlə yayılan vulkanik qaz, kül və qızmar qaya qarışığı qədim relyefin izlərini qoruyub saxlayıb.“Science Advances” jurnalında dərc olunan araşdırmada London Universitet Kollecinin və digər qurumların alimləri ignimbrit təbəqəsinin formasını və çay eroziyasının izlərini araşdıraraq püskürmədən əvvəl bölgənin relyefini bərpa ediblər.Tədqiqatçılar müəyyən ediblər ki, 22 milyon il əvvəl ərazidə bu günkü kimi dik və yüksək dağ zirvələri...
16 Sentyabr 2026, 09:48
Sanders Trampı Si Cinpinlə süni intellektin inkişafını dayandırmağa çağırıb
ABŞ senatoru Berni Sanders prezident Donald Trampı Çin lideri Si Cinpinlə süni intellektin təhlükəsizliyi məsələsini müzakirə etməyə və qabaqcıl süni intellekt sistemlərinin inkişafının dayandırılması barədə razılığa gəlməyə çağırıb.Citypost.az “BBC News”a istinadən xəbər verir ki, Sanders gələn həftə süni superzəkanın inkişafına daimi qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Senator insan zəkasını üstələyən süni sistemlərin potensial olaraq fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.Onun sözlərinə görə, qanun layihəsi superzəkanın inkişafı və istifadəsinə daimi qadağa ilə yanaşı, ABŞ-da aydın təhlükəsizlik qaydaları müəyyən edilənədək qabaqcıl süni intellekt sistemlərinin inkişafının müvəqqəti dayandırılmasını da nəzərdə tutur.Sanders Tramp və Si Cinpin arasında Vaşinqtonda keçiriləcək görüşdə...
16 Sentyabr 2026, 09:45
Leonardo rəsminin sirri: Əsrlər sonra yaradılmış piqment tapıldı
Alimlər “L da Vinci” imzalı tarixi bir rəsmdə Leonardo da Vinçinin yaşadığı dövrdə mövcud olmayan piqment aşkarlayıblar.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Uppsala Universitetinin mütəxəssisləri Roma imperatoru Domitianın təsvir edildiyi rəsm əsərinin material tərkibini araşdırıblar. Əsərdə zəif görünən “L da Vinci” imzası və latınca “pinxit” – “boyalı” və ya “yazılmış” sözü yer alır.Rəsm 1928 və 1929-cu illərdə Londonda “Christie’s” hərracında satılıb və həmin dövrdə İntibah dövrünün məşhur rəssamı Tisiana aid edilib. Sonradan üzərindəki imza əsərin Leonardo da Vinçi ilə mümkün əlaqəsi barədə müzakirələrə səbəb olub.Tədqiqatçılar Raman spektroskopiyası vasitəsilə əsərin müxtəlif hissələrindən götürülmüş mikroskopik nümunələri analiz ediblər. Ümumilikdə 13 piqment...
16 Sentyabr 2026, 09:43