Bizə yazın

Baku

-°C

USD

-

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Cəmiyyət 05 Fevral 2025, 10:38

17901

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Citypost.az xəbər verir ki, müraciətdə yaxın günlər ərzində ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi vurğulanıb.

Bildirilib ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:

"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.

Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir".

Müraciətdə vurğulanıb ki, xüsusilə, dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edilir.

"Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - müraciətdə bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentlər Şuşada komplekslə tanış olublar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.Citypost..az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verdi.Bildirildi ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və...

23 İyun 2026, 13:05

Sabah  rayonlarda yağış yağacaq 

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı...

23 İyun 2026, 12:46

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23 İyun 2026, 11:25

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Bu ilin 5 ayı ərzində bu kateqoriyadan olan daha 444 şəxs işlə təmin edilib, 6 şəxs özünüməşğulluq proqramına cəlb olunub.Bu barədə Citypost.az  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, həmin şəxslər əmək bazarının tələblərinə uyğun şəkildə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Yanvar-may ayları ərzində 28 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub.Bildirilib ki, hazırlıq kurslarını uğurla bitirənlərin müvafiq sahələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir....

23 İyun 2026, 11:22

Türkmənistan Prezidenti Füzulidə səfərdədir 

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.Citypost.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.

23 İyun 2026, 10:52

K.Qafarov: Dövlət qulluğu mühüm sahədir

Milli Məclisin deputatı Kəmaləddin Qafarov 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Sərəncamda Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda dövlət qulluğunun rolu və BMT tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixdə peşə bayramının qeyd olunması müəyyən edilib.K.Qafarov qeyd edib ki, 23 iyun təkcə peşə bayramı deyil, həm də dövlət idarəçiliyində mühüm rol oynayan dövlət qulluqçularının...

23 İyun 2026, 10:48