Naxçıvana uçanların "SİMA" problemi - AZAL açıqlama yaydı
Cəmiyyət 13 Fevral 2025, 15:06
26701
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü ilin oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı “SİMA” rəqəmsal imza tətbiq etməyə başlayıb. Qurumun yaydığı rəsmi açıqlamaya görə,bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.
AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə bilərlər.
Qeyd olunan yenilik bir çox vətəndaşlarda müsbət qarşılansa da,tətbiqdən narazılıq edənlər də var.
Mövzu ilə bağlı CityPost.az-a danışan vətəndaş Elyar İslamoğlu bildirib ki, valideynləri, ailə üzvləri yanlarında olmayan zaman onlayn şəkildə bilet ala bilmirlər.
“Bugün mən işdə və ya evdən kənarda olduğum zaman ailə üzvlərimə onlayn bilet ala bilmirəm. Ona görə ki, bilet alacağım ailə üzvüm mənim yanımda olmalı və öz telefonundakı “SİMA” tətbiqi vasitəsilə bilet alışını təsdiq etməlidir. Yaxud özümə də həmin vaxt bilet almalıyam. Əvvəllər ailə üzvlərimiz üçün bileti onlayn rahat ala bildiyimiz halda artıq bu mümkün deyil.
Fotoda Elyar İslamoğlu
Naxçıvana onlayn bilet alışına “SİMA” rəqəmsal imza tətbiq etməyə çalışanlar yaşlıları, smart telefonu olmayanları, telefondakı tətbiqlərdən istifadə edə bilməyən şəxsləri nəzərə almayıb.”,-deyə vətəndaş bildirib.
Elyar İslamoğlu qarşılaşdığı problemlə bağlı AZAL-a da müraciət edib. Aldığı cavab onu qane etməyib.
“AZAL-ın qaynar xətti ilə problemlə bağlı əlaqə saxladım. “Aviakassalardan bilet alın” deyə məsləhət verdilər. Bəs vaxta qənaət? Elektron xidmətlərin əlçatımlılığı? Bəs vətəndaşa xidmət? Axı bilet alışına “SİMA” imza tətbiq etməmişdən rahat şəkildə biletlərimizi onlayn alaraq həm işimizdən olmurduq, həm də vaxta qənaət edirdik. Asan işimizi çətinə salanlar bu problemi həll etməlidir.”,-deyə şikayətçi bildirib.
Digər vətəndaş Rəhman Seyidzadə də bu yenilikdən narazılıq edənlər sırasındadır. R.Seyidzadə bu haqda feysbuk səhifəsində paylaşım edib.
“Siz bu tətbiqi AZAL-ın portalına tətbiq edərkən, düşündünüzmü ki, Naxçıvana gedən sərnişinlərdən ahıl, xəstə, fiziki imkanları məhdud olanları var? Cavan vətəndaşlar öz atası, babası, nənəsi üçün Bakıdan oturub asanlıqla bilet ala bilirdi. Nə üçün AZAL-ın portalında xarici vətəndaşlar üçün “SİMA” lazım olmur, asanlıqla ala bilər bilet? Başa düşüləndir xarici vətəndaşın şəxsiyyətini təstiq edən sənədlərlə DİN-in məlumat bazası uyğunsuzluq təşkil edir, demək ki, nəticədə məlum olur ki, “SİMA” sız da mümkündür bilet almaq. Kimin təxəyyülünün məhsuludur bu?.Elə ahıl var ki, heç sadə mobil telefonu belə yoxdur, çünki istifadə etməyi bacarmır. Bəs, bu ahıl insanlar nə etsin,onlar nə üçün nəzərə alınmayıblar? ”,-deyə vətəndaş bildirib.
Həmçinin oxuyun
Mövzu ilə bağlı AZAL sorğuya cavab verib.
Açıqlamada qeyd olunur ki, şəxsiyyətin təsdiqlənməsi prosesi milli aviadaşıyıcının sisteminə tamamilə inteqrasiya olunub. Sərnişinlər AZAL-ın saytında bilet alarkən “SİMA İmza” ilə QR-kodu oxudaraq, AZAL-ın tətbiqində isə “SİMA İmza” tətbiqinə keçid edərək şəxsiyyətlərini təsdiqləyə bilərlər. Onlayn bilet alışı zamanı bir neçə sərnişin üçün bilet alındıqda onlardan yalnız bir nəfərin "SİMA İmza" ilə təsdiq prosesindən keçməsi kifayətdir.
Qeyd edək ki, “SİMA İmza”da qeydiyyat prosesi kifayət qədər sadədir. Hər bir vətəndaş mobil tətbiqi yükləyib cəmi bir neçə dəqiqəyə rahatlıqla qeydiyyatdan keçə bilər.
Xüsusilə vurğulamaq istərdik ki, bu addım Bakı-Naxçıvan-Bakı marşrutunda aviabiletlərin alışı prosesinin rəqəmsallaşdırılması və eyni zamanda şəffaflığın artırılması məqsədini daşıyır.
Naxçıvan istiqamətində biletləri AZAL-ın kassalarından da almaq mümkündür.
Məsələ ilə bağlı “SİMA” da sosial şəbəkədə mövqeyini açıqlayıb.
"Bildirmək istərdik ki, yeni nəsil rəqəmsal həll olan "SİMA İmza" vətəndaşlar üçün tam ödənişsizdir.
Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsindən avia bilet əldə etmək üçün “Digital Login” Vahid Giriş Sistemi tətbiq olunur və burada "SİMA İmza" həllindən əlavə istifadəçilərə müxtəlif alternativ imkanlar da təqdim edilir.
Qeyd edək ki, hazırda "SİMA İmza" istifadəçi sayı 3 milyonu ötüb.İstifadəçilərimiz arasında 90 yaş üzərində olan vətəndaşlar da mövcuddur və bu say hər gün artmaqdadır.
"SİMA İmza" tətbiqinin istifadəyə verilməsi ilə vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığı aradan qaldırılıb. İndi internetə çıxışı olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə "SİMA İmza" tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir.",-deyə yayılan postda qeyd olunub.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır
"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır."Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.
23 Sentyabr 2026, 10:58
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir
Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb.Citypost.az xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Bildirilib ki, saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun kolumbiyalı həmkarı Omar Bula tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüş zamanı imzalanıb.“Bu saziş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə mübadilələrin inkişafı üçün yeni imkanların yaranmasəna töhfə verəcək”, - səfirliyin məlumatında qeyd edilib.Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək....
23 Sentyabr 2026, 10:50
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az...
23 Sentyabr 2026, 10:45
AQTA evdə hazırlanan qidalara sertifikat tələbinə dair xəbərlərə aydınlıq gətirib
Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri bildirib.O vurğulayıb ki, sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir.İlkin Kərimov qeyd edib ki, Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub: “Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi qoyulmayıb. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən...
23 Sentyabr 2026, 10:38
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.Citypost.az xəbər verir ki, ABŞ Prezidenti özünün “Truth Social” səhifəsində Hikmət Hacıyevin müsahibəsini “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.Qeyd edək ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb.“Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ-la Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.O, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev,...
23 Sentyabr 2026, 10:21
Elm və Təhsil Nazirliyi “OpenAI” ilə əməkdaşlığı genişləndirir
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Məlumata görə, sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb:"Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi,...
23 Sentyabr 2026, 10:18