Ədalət Verdiyev: Yeni müharibə modelini İtaliya da qəbul edir
Cəmiyyət 05 İyun 2026, 08:25
349
Dünyanın bir çox ölkələri Azərbaycan Silahlı Qüvvələrinin Vətən Muharibəsində əldə etdiyi təcrübə və nailiyyətlərdən geniş istifadə etməyə başlayıb. Pilotsuz vasitələrin geniş tətbiqi artıq klassik müharibə modelini arxa plana keçirib.
Bu sözləri Citypost.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
"Ölkələr həm quruda, həm dənizdə pilotsuz vasitələrin tətbiqinə üstünlük verməyə başlayır. Aviadaşıyıcılar və onların üzərindəki 5-ci nəsil qırıcıların əldə edilməsi və onların daim döyüşə hazır vəziyyətdə saxlanılması çox böyük maliyyə resursları tələb edir. Bunun əvəzinə Türkiyənin istehsal etdiyi ANADOLU gəmisi və onun üzərində yerləşdirilən pilotsuz "Bayraktar' TB3 dronları bir çox ölkələr tərəfindən yeni konsept olaraq qəbul edilməyə başlayıb. Türkiyə konseptini ilk tətbiq etmətə başlayan m ölkə İtaliyadır.
ABŞ ilə gərginləşən münasibətlər fonunda
İtaliya özünün desant hücum gəmisi olan ITS "Trieste" üçün F-35 qırıcıları almaqdan imtina edib. Əvəzində isə İtaliya "Bayraktar" TB3 PUA-ları almağa qərar verib. Məlumatı İtaliya Hərbi Dəniz Qüvvələri Komandanlığı da təsdiqləyib. Halbuki İtaliya özü də hərbi aviasiya vasitələri istehsal və ixrac edən azsaylı ölkələrdən biridir. Əgər NATO və Aİ üzvü olan və özü hərbi aviasiya vasitələri istehsal edən İtaliya, 5-ci nəsil ABŞ qırıcılarını Almaniya, Fransa və ya Britaniya kimi ölkələrin vasitələri ilə deyil, məhz Türkiyə PUA-ları ilə əvəz edirsə, deməli daha yaxşı alternativ tapa bilməyib.
Aviasiya vasitələrinin uzun onilliklər boyu istehsalçısı və ixracatçısı olan NATO ölkəsinə dəniz döyüşünün yeni konsepti ilə bərabər zərbə tipli turk PUA-larının satilması həm Bayraktar qardaşlarının, həm Türkiyənin, həm də bütün türk dünyasının böyük bir uğurudur.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Türkiyə ilə bərabər Azərbaycan da İtaliya ilə bir çox sahələrdə, xüsusilə də hərbi-texniki sahədə yaxından əməkdaşlıq edir. Azərbaycan iki il əvvəl İtaliyadan C-27J "Spartan" taktiki nəqliyyat təyyarələri də əldə edib. Bu təyyarələr Türkiyənin BAYKAR şirkəti ilə ortaq olan "Leonardo" kompaniyasının istehsalıdır, mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
Hələ 2018-ci ildə İtaliyanın müdafiə sənayesinin ən nəhəng şirkəti olan "Leonardo"-nun nümayəndəsi ilə Bakıda görüşdə Azərbaycan-Türkiyə-İtaliya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını müzakirə etmisdik. 8 il əvvəlki müzakirələr indi isə reallığa çevrilib.
Vaxtilə Azərbaycan və Türkiyə İtaliyadan hərbi təyinatlı məhsullar alırdı, indi isə İtaliya Türkiyədən dəniz hücum vasitəsi, Azərbaycandan isə son nəsil müharibə modelini idxal edir. Belə bir geniş miqyaslı əməkdaşlıq formatı isə Türkiyə və Azərbaycan ilə dost və müttəfiq İtaliya arasındakı münasibətlərin geniş perspektivlərini indidən proqnozlaşdırmağa imkan verir. " - deyə ekspert bildirib
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycanın ev sahiblik etdiyi Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, mətni Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.
05 İyun 2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.
05 İyun 2026, 11:24
Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib."Danimarka Krallığının Milli Günü münasibətilə ölkə hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.
05 İyun 2026, 11:15
Jurnalist: Bu imtahanı qeyri-iş günündə keçirmək olmazdımı?
Jurnalist Kərəm Ələsgərov 4-cü siniflər üçün keçirilən monitorinq imtahanı ilə bağlı bir sıra suallar səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə əvvəlcə monitorinqdə iştirak edən bütün şagirdlərə uğurlar arzulayıb. Daha sonra isə imtahanın dərs gününə təsadüf etməsinin məqsədəuyğunluğu ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.Kərəm Ələsgərov qeyd edib ki, monitorinqin keçirildiyi gün rəsmi dərs günüdür və bu səbəbdən imtahanın təşkilinin tədris prosesinə təsiri ilə bağlı suallar yaranır. O, yalnız 4-cü sinif şagirdlərinin deyil, həmin məktəblərdə təhsil alan digər sinif şagirdlərinin dərs prosesinin necə təşkil olunacağına da aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.Jurnalist həmçinin nəzarətçi kimi imtahana cəlb olunan...
05 İyun 2026, 10:21
İradə İsak: Bizdə yanlış edənlər fenomenə çevrilir
Çox sevilən aktyor Ozan Güvən sevgilisini döyüb. Qadın üzü-gözü gömgöy halda şəkillər paylaşıb. Ondan sonra Ozan Güvən Türkiyədə heç bir yerə sərbəst gedə bilmir. Onu görən qadınlar restoranda, klubda ayağa qalxıb, ona öz etirazlarını bildirir, olduğu yerdən uzaqlaşdırırlar. Ozan Güvənin sosial şəbəkə hesablarında abunələrin sayı da kəskin azalıb. Cəmiyyət diri olanda insanlığı ölməyə qoymur.Citypost.az xəbər verir ki, tanınmış jurnalist İradə İsak facebook səhifəsində bildirib."Bizdə isə yanlış hərəkət edən, danışan, cəmiyyətin mənəviyyatını dağıdaraq, digər əməllər, sözlər, məsuliyyətsiz çıxışlarla gündəmi bəzəyən insanlar fenomenə çevrilir. Hətta daha çox görünür, daha çox qazanırlar. Bəzən adi bir adam mühüm şəxsə çevrilir! Təəssüf ku, bu, faktdır, cəmiyyətimizdə riyakarlıq...
05 İyun 2026, 10:16
Tamilla Qulami: Marketlər alıcını əlavə xərclərə sövq edir
Ümid Partiyası sədrinin müavini Tamilla Qulami marketlərin satış strategiyaları ilə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında ərzaq alış-verişi zamanı müşahidə etdiyi məqamlardan bəhs edərək bildirib ki, marketlərdə ən çox tələbat olan məhsullardan biri sayılan çörəyin rəflərinin adətən mağazanın ən son hissəsində yerləşdirilməsi təsadüfi deyil.Tamilla Qulaminin sözlərinə görə, alıcı çörəyə çatana qədər market boyunca hərəkət edir və bu zaman əvvəlcədən almağı planlaşdırmadığı bir çox məhsulla qarşılaşır. Nəticədə isə ilkin ehtiyac üçün mağazaya daxil olan şəxs gözlədiyindən daha çox alış-veriş etmiş olur.Siyasətçi hesab edir ki, marketlərin əsas satış üsullarından biri insanların ehtiyaclarını daim göz önündə saxlamaq və onları...
05 İyun 2026, 10:14