Bizə yazın

Baku

-°C

USD

-

İradə İsak: Bizdə yanlış edənlər fenomenə çevrilir

Cəmiyyət 05 İyun 2026, 10:16

429

Çox sevilən aktyor Ozan Güvən sevgilisini döyüb. Qadın üzü-gözü gömgöy halda şəkillər paylaşıb. Ondan sonra Ozan Güvən Türkiyədə heç bir yerə sərbəst gedə bilmir. Onu görən qadınlar restoranda, klubda ayağa qalxıb, ona öz etirazlarını bildirir, olduğu yerdən uzaqlaşdırırlar. Ozan Güvənin sosial şəbəkə hesablarında abunələrin sayı da kəskin azalıb. 

Cəmiyyət diri olanda insanlığı ölməyə qoymur.

Citypost.az xəbər verir ki, tanınmış jurnalist İradə İsak facebook səhifəsində bildirib.

"Bizdə isə yanlış hərəkət edən, danışan, cəmiyyətin mənəviyyatını dağıdaraq, digər əməllər, sözlər, məsuliyyətsiz çıxışlarla gündəmi bəzəyən insanlar fenomenə çevrilir. Hətta daha çox görünür, daha çox qazanırlar. Bəzən adi bir adam mühüm şəxsə çevrilir! 

Təəssüf ku, bu, faktdır, cəmiyyətimizdə riyakarlıq çox güclüdür, qeybət möhtəşəmdir. Guya həmin adamı qınayırlar, özünü bir məclisdə görəndə isə hamı yaxınlaşıb, şəkil çəkdirir.

Yadımdadır, TV də çalışdığım zamanlarda məni görənlər bəzi aparıcıları pisləyirdi. Həmin aparıcılar içəri girəndə isə qaçıb, onu qucaqlayıb, şəkil çəkdirirdilər.

Adamlar da haqlı olaraq soruşur: "Kim məni sevmir? Görənlər üstümə cumur, sosial şəbəkə səhifələrimin abunələri milyonları ötüb. Hamı paylaşımlara xoş sözlər yazır. Kim məni tənqid edir? Haradadırlar? Mən onları görmürəm axı." 

Haqlıdırlar! Görmürlər axı! Gördükləri ancaq inkişaf, hörmət, açılan minlərlə qucaqlar, saxta təriflər, yüksək qonorar, saysız reklam təklifləridir. 

İndi artıq ölkəmizdə məşhur olmağın öz kriteriyası var. "Birini söy, ya hamının inandığı şeyin əleyhinə danış, OL ulduz. Söysünlər də, əsas odur məşhurlaşacaqsan." Sonra sponsor olmaq istəyənlər sıraya duracaq. 

Özdəyəri, özünə hörməti olmayan kütlə daim idarə olunacaq. Kütlə isə hələ millət olub demək deyil.

Hal-qəziyyə budur! 

Əgər hələ də 60 yaşındakı ailə böyükləri evdə ağız-ağıza verib, dalaşırsa, deməli, o evdə psixoloji anlamda yetkin şəxs yoxdur. Böyük şəxslər dalaşmaz. Oturar, problemi müzakirə, nəticələri analiz edər və ümumi qərar çıxararlar.

Həmçinin qeybət edən, dalaşan, əsəbini idarə edə bilməyən aqressiv 20-80 yaş arası nə qadın, nə kişi, nə millət böyüyə bilməz. Kütlə psixologiyası isə yaxşı yerə aparmır.

Böyümüş insanların olmadığı cəmiyyətin nə dəyərləri olacaq ki, özü də milli-mənəvi...

Onlar meşə qanunları ilə yaşayır. Kim güclüdür, onun əlinin altındadırlar.

Təəssüf... Bu qədərini Sovet də bacarmamışdı. " - deyə İradə İsak yazıb

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb 

Prezident İlham Əliyev Azərbaycanın ev sahiblik etdiyi Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, mətni Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.

05 İyun 2026, 11:25

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb 

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.

05 İyun 2026, 11:24

Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki,  bununla bağlı nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib."Danimarka Krallığının Milli Günü münasibətilə ölkə hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.

05 İyun 2026, 11:15

Jurnalist: Bu imtahanı qeyri-iş günündə keçirmək olmazdımı?

Jurnalist Kərəm Ələsgərov 4-cü siniflər üçün keçirilən monitorinq imtahanı ilə bağlı bir sıra suallar səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə əvvəlcə monitorinqdə iştirak edən bütün şagirdlərə uğurlar arzulayıb. Daha sonra isə imtahanın dərs gününə təsadüf etməsinin məqsədəuyğunluğu ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.Kərəm Ələsgərov qeyd edib ki, monitorinqin keçirildiyi gün rəsmi dərs günüdür və bu səbəbdən imtahanın təşkilinin tədris prosesinə təsiri ilə bağlı suallar yaranır. O, yalnız 4-cü sinif şagirdlərinin deyil, həmin məktəblərdə təhsil alan digər sinif şagirdlərinin dərs prosesinin necə təşkil olunacağına da aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.Jurnalist həmçinin nəzarətçi kimi imtahana cəlb olunan...

05 İyun 2026, 10:21

Tamilla Qulami: Marketlər alıcını əlavə xərclərə sövq edir

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami marketlərin satış strategiyaları ilə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında ərzaq alış-verişi zamanı müşahidə etdiyi məqamlardan bəhs edərək bildirib ki, marketlərdə ən çox tələbat olan məhsullardan biri sayılan çörəyin rəflərinin adətən mağazanın ən son hissəsində yerləşdirilməsi təsadüfi deyil.Tamilla Qulaminin sözlərinə görə, alıcı çörəyə çatana qədər market boyunca hərəkət edir və bu zaman əvvəlcədən almağı planlaşdırmadığı bir çox məhsulla qarşılaşır. Nəticədə isə ilkin ehtiyac üçün mağazaya daxil olan şəxs gözlədiyindən daha çox alış-veriş etmiş olur.Siyasətçi hesab edir ki, marketlərin əsas satış üsullarından biri insanların ehtiyaclarını daim göz önündə saxlamaq və onları...

05 İyun 2026, 10:14

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq 

Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azəriqaz"dan məlumat verilibMəlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

05 İyun 2026, 10:09