Osman Gündüz: Yaş məhdudiyyəti yeni risklər yarada bilər
Cəmiyyət 10 İyun 2026, 11:10
470
Sosial şəbəkələrdə yaş yoxlaması: bank kartı ilə, API ilə, yoxsa pasportla?
Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim olunub.
Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən ediləcək sosial şəbəkələrdə hesab açılması qadağan olunur. 16-18 yaş qrupu üçün isə valideyn razılığı, valideyn nəzarəti və əlavə təhlükəsizlik mexanizmləri nəzərdə tutulur.
Ötən gün 16-18 yaş qrupu ilə bağlı bəzi məqamlara diqqət çəkmişdim. Bu gün isə əsas sual texniki tərəflə bağlıdır.
16 yaş məhdudiyyəti necə işləyəcək? Texniki mexanizmlər, fərdi məlumatlar və kiberrisklər nəzərə alınıbmı?
Qanun layihəsində yaşın yoxlanılması üçün mobil nömrə, elektron poçt və bank kartından istifadə nəzərdə tutulur.
Lakin bu üsulların əksəriyyəti asanlıqla bypass edilə bilən mexanizmlərdir. Yəni uşaq valideynin və ya digər birinin telefonundan, kartından və ya digər məlumatlarından istifadə etməklə məhdudiyyətlərdən yayına biləcək.
Eyni zamanda VPN-dən istifadənin kütləviləşməsi riskləri də qaçılmaz ola bilər.
Digər tərəfdən, yaşın yoxlanılması sosial şəbəkələrin öz öhdəsinə buraxılarsa, milyonlarla istifadəçinin şəxsiyyətini təsdiqləyən məlumatların xarici platformalara ötürülməsi riski yaranır.
Əgər bu idetifikasiya həlli dövlət sistemləri ilə inteqrasiya və API-lər üzərindən qurulacaqsa, bu dəfə də fərdi məlumatların qorunması, anonimlik və kibertəhlükəsizlik məsələləri gündəmə gəlir.
Bu baxımdan maraqlıdır ki, bu layihəyə kritik informasiya infrastrukturuna cavabdeh qurumlar, fərdi məlumatların qorunmasına cavabdeh qurumlar, DTX, XRİTDX və yeni yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyi hansı rəy veriblər?
Qanunun məqsədi uşaqları qorumaqdır və bu, təqdirəlayiq yanaşmadır.
Amma yaş verifikasiyası, valideyn nəzarəti, məlumat təhlükəsizliyi və texniki icra mexanizmləri də ən azı qanunun özü qədər vacibdir.
Çünki burada söhbət təkcə sosial şəbəkələrdən deyil, milyonlarla vətəndaşın rəqəmsal identifikasiyası və fərdi məlumatlarının təhlükəsizliyindən gedir.
Xarici platformaların əməkdaşlıq etməməsindən, ayrıca identifikasiya həlləri yaratmaq istəməməsindən dolayı yarana biləcək risklər öncədən analiz olunmalıdır. Ölkəmiz üçün müsbət və mənfi tərəfləri araşdırılmalıdır.
Düşünürəm ki, məhz bu istiqamətlər üzrə də maraqlı tərəflərin müzakirəsi çox vacibdir.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kitabxanalarda informasiya texnologiyaları ixtisasları üzrə çalışanlar attestasiyadan keçiriləcək
Kitabxanalarda informasiya texnologiyaları ixtisasları üzrə çalışanlar attestasiyadan keçiriləcək.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdiyi "2026-cı il 10 iyun tarixində “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə mədəniyyət naziri Adil Kərimli deyib.Nazir bildirib ki, bu ildən etibarən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək: “Attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Nazirlik ilk növbədə, peşəkar kadrların təyin edilməsini hədəf hesab edir. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab...
10 İyun 2026, 13:07
Ukrayna “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirdiyini təsdiqləyib
Ukrayna ordusu “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirildiyini təsdiqləyib.Citypost.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.Məlumata görə, “VNİİR-Proqress” müdafiə müəssisəsi Rusiyanın yüksək dəqiqlikli silahları üçün naviqasiya avadanlıqlarının əsas istehsalçılarından biri hesab olunur. Zavod “Kometa” tipli peyk naviqasiya qəbulediciləri və antenlər istehsal edir.Bu avadanlıqlar “Şahed” (“Geran-2”) tipli zərbə PUA-larında, “Kalibr” qanadlı raketlərində, “İsgəndər-M” operativ-taktiki raket komplekslərində, həmçinin aviasiya bombaları üçün vahid planlama və korreksiya modullarında istifadə olunur. (APA)...
10 İyun 2026, 13:01
Azərbaycan Biznesinin İnkişafı Fondunun hüquqi statusu müəyyənləşib
Azərbaycan Biznesinin İnkişafı Fondunun hüquqi statusu müəyyənləşib.Citypost.az xəbər verir ki, , Nazirlər Kabineti bu barədə qərar verib.“Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
10 İyun 2026, 12:56
Sabah 33 dərəcə isti olacaq
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozuBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə...
10 İyun 2026, 12:33
Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.Citypost.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:"Kitabxanalar dövlət üçün prioritetdir. Bu...
10 İyun 2026, 12:23
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu bu tarixdə bağlı olacaq
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Baş Konsulluğu 15 iyun tarixində fəaliyyət göstərməyəcək."Report" xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.Qeyd olunub ki, buna səbəb 15 İyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda qeyri-iş günü olmasıdır."Fövqəladə və təcili təxirəsalınmaz hallarda +7 (911) 717-39-99 qaynar xətti ilə əlaqə saxlamağınız tövsiyə edilir", - deyə məlumatda qeyd edilib.
10 İyun 2026, 12:07