Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 14 İyul 2025, 11:32
4544
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.
CityPost.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.
Həmçinin oxuyun
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
970 qram civə aşkarlanıb: iki nəfər saxlanılıb
Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar.City xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub.Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkar edilərək götürülüb.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İ.Yusifov və M.Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar və onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib.Araşdırmalar davam etdirilir....
13 İyul 2026, 13:15
Ödəmə terminalından oğurluq edənlər saxlanıldı
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.Citypost.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq vəsaiti talayıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Araşdırmalar davam etdirilir....
13 İyul 2026, 13:00
İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğulub
İsmayıllıda bədbəxt hadisə baş verib.Citypost.az hadisə rayonun Talıstan kəndiində qeydə alınıb. Belə ki, 5 yaşlı oğlan uşağı İsmayıllı rayonu Talıstan kəndində yerləşən evin hovuzunda boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.
13 İyul 2026, 10:35
Qubada keçmiş məhkum silahla saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Əli Ağabəyov saxlanılıb.Citypost.az xəbər verir ki, onun üzərindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ə.Ağabəyovun barəsində həbs qətimkan tədbiri seçilib.
13 İyul 2026, 10:32
Xaçmazda avtomobil gölə düşüb
Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, "Opel" markalı minik avtomobili idarəetməni itirərək gölə düşüb.İlkin məlumata görə, sürücü ölüb.Faktla bağlı araşdırma aparılır.
11 İyul 2026, 13:20
Bakıda məktəbin həyətində bıçaqlanma oldu
Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.Citypost.az Teleqrafa-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır
11 İyul 2026, 09:11