Fazil Mustafa: Dövlətə qarşı ideoloji təhdidlər artır
Siyasət 10 İyul 2026, 07:07
302
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən və dövlətin varlığını uca tutan hər kəs üçün bu mesajlar aydındır. Onun sözlərinə görə, dövlət kənardan idarə olunan informasiya hücumlarına məruz qalır və belə bir şəraitdə dövləti və onun dəyərlərini müdafiə etməmək doğru yanaşma deyil.
Deputat qeyd edib ki, başqa ölkələrin dini ideologiyasının təbliğatçıları cəmiyyətin bir hissəsinə təsir göstərə, bəzi insanlar isə öz rahat həyat tərzini pozmamaq üçün dövlət vəzifəsində olsalar belə, dövlət maraqlarını qorumaqdan yayına bilərlər. O bildirib ki, bəzi şəxslər qaragüruhçu zehniyyət qarşısında milli diplomlarının, ziyalı adlarının və mandatlarının arxasında gizlənə bilər. Fazil Mustafanın sözlərinə görə, onlar bunu bacarmayacaqlar, çünki dövlətin varlığını qorumaq və millətin adını ucaltmaq kimi bir missiyaları var.
O vurğulayıb ki, Azərbaycan Respublikasının hüdudlarında keçirilən istənilən elmi konfransda, beynəlxalq tədbirdə və idman yarışında Azərbaycanın Dövlət Himni səslənməli, üçrəngli Dövlət Bayrağına hörmət göstərilməli, Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsi anılmalı, İslam dininin müqəddəs kitabı və onun barış mesajları baş tacı edilməli, Azərbaycanın milli havaları ilə meydana çıxmaq şərəf hesab olunmalıdır.
Deputat bildirib ki, günümüzün reallığı və ailə ənənələri baxımından hər kəs İslam dininin özünün qəbul etdiyi məzhəbini, təriqətini və ya dini baxışını şəxsi həyatında yaşaya bilər. Onun sözlərinə görə, hər kəs xaricdəki şeyxinə, siyasi və ya digər avtoritetlərə bağlı ola, başqa dinə mənsubiyyətini, hətta dinsizliyini belə bu ölkədə sərbəst şəkildə yaşaya bilər. Lakin o hesab edir ki, bunların ictimai-siyasi mühitə ideologiya kimi gətirilməsinə və dünyəvi dövlət prinsiplərinin pozulmasına imkan verilməməlidir.
Fazil Mustafa diqqətə çatdırıb ki, harada dünyəvi dövlət mövcuddursa, orada insanlar dinlərini də daha səmimi yaşayırlar. Onun fikrincə, harada istər xristian, istər islam, istər yəhudi, istərsə də buddist dini düşüncəsi hakim ideologiyaya çevrilirsə, orada inanc zorakılığı və din üzərindən mənasız qarşıdurmalar geniş yayılır.
Həmçinin oxuyun
Deputat bildirib ki, bu tendensiyanın qarşısı alınmasa, dini-teokratik düşüncə Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını sıradan çıxara və Azərbaycanı ətrafındakı geriçi cəmiyyətlərə çevirə bilər. O qeyd edib ki, cəmiyyət ətraf ölkələrdə baş verən prosesləri, həmin cəmiyyətlərin hansı problemlərlə üzləşdiyini və bu ideoloji "virusun" necə yayıldığını görməli və hiss etməlidir.
Fazil Mustafa vurğulayıb ki, tək qalsa belə, bu millət və bu dövlət üçün faydalı hesab etdiyi fikirləri söyləməyə və yazmağa davam edəcək. O bildirib ki, bu fikirlərin eşidilib-eşidilməməsinin onun üçün fərqi yoxdur və xatırladıb ki, XIX əsrin tənha cəngavərləri – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi də öz dövrlərində geniş şəkildə eşidilmirdilər.
Deputat qeyd edib ki, bu gün göz bəbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti ideallarını yalnız ağasının məzarını ziyarət etməyi həyat məqsədi sayan insanlar deyil, az sayda olsa da, həmin tənha cəngavərləri anlayan və onları dəstəkləyən məsuliyyətli düşüncə adamları qurublar. Onun sözlərinə görə, bu gün də təəssüf ki, həmin düşüncə ilə əks baxışlar arasında mübarizə davam edir və cəmiyyət buna çox vaxt səssiz qalır.
Sonda Fazil Mustafa bildirib ki, yenə də vətən xainlərinin şəbəkəsi bütün imkanları ilə dövlətə qarşı fəaliyyət göstərir. Onun sözlərinə görə, dövlətin imkanlarından istifadə edən bəzi şəxslər isə bu təhlükələr qarşısında susmağa üstünlük verirlər. Deputat əmin olduğunu bildirib ki, yaxın gələcəkdə bu təhlükə ilə bağlı xəbərdarlıqların mahiyyəti daha yaxşı başa düşüləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tacikistan Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirdi
Tacikistan Azərbaycanla münasibətlərin müsbət dinamikasını qeyd edib.Citypost.az Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ XİN rəhbəri Sirojiddin Muhriddinin ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycan səfiri Əlimirzamin Əsgərovla görüşü zamanı müzakirə olunub.Görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər. "Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb", - XİN-in məlumatında bildirilib. (Report)...
10 İyul 2026, 08:36
Tənzilə Rüstəmxanlı: Diplomatik xidmət milli maraqlara xidmət edir
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, diplomatik xidmət Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsində, dövlətimizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında və ölkələr arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafında mühüm rol oynayır.Tənzilə Rüstəmxanlı qeyd edib ki, peşəkarlığı, yüksək məsuliyyəti və fədakar fəaliyyəti ilə Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsinə töhfə verən diplomatik xidmət orqanlarının əməkdaşları ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm xidmətlər göstərirlər.Deputat 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə bütün diplomatlara möhkəm cansağlığı, şərəfli fəaliyyətlərində yeni...
09 İyul 2026, 11:37
Heydər Oğuz: NATO parçalanma mərhələsinə qədəm qoyur
NATO-nun Ankara sammitinin nəticələri: Alyans ikiyə bölünmə mərhələsinə qədəm qoyduNATO-nun Ankara sammiti başa çatdı. Sammitdə qəbul edilən qərarları belə özətləmək olar: ABŞ bir çox məsələlərdə Alyansın yükünü Avropa və Kanada müttəfiqlərinin çiyninə yükləyib, öz üzərinə Çinlə uğraşmaq vəzifəsini götürdü. Bunu NATO-nun baş katibi Mark Ruttenin mətbuata verdiyi açıqlamalardan və NATO-nun Ankara sammitinin yayımlanan Bəyannaməsindəki bəzi müddəalardan da aydın görə bilərik.Rutte mətbuata açıqlamasında Avro-Atlantik və Hind-Sakit okean məkanları arasında artan “qarşılıqlı əlaqələrdən” danışsa da bir xüsusu da gizlətməyib. O bildirib ki, NATO üzvləri kollektiv müdafiəyə dair 5-ci maddəni “Hind-Sakit okean regionuna şamil etmək niyyətində deyil”. Bununla sanki demək istəyib ki, istər...
09 İyul 2026, 11:30
Deputat: Azərbaycan diplomatiyası mühüm uğurlara imza atıb
Milli Məclisin deputatı Ceyhun Məmmədov 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat təbrikində bütün diplomatlara və diplomatik xidmət orqanlarında çalışan əməkdaşlara möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıb.O bildirib ki, Azərbaycan diplomatiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu əsasında formalaşaraq ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Deputatın sözlərinə görə, bu gün həmin uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və nəticədə Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib, ölkə etibarlı tərəfdaş kimi dünya birliyində mövqeyini gücləndirib.Deputat vurğulayıb ki, diplomatik xidmət orqanlarının...
09 İyul 2026, 11:27
Xəqani Cəfərli: NATO sammitinin qalibi Ukrayna oldu
NATO-nun Ankara sammitinin şəriksiz qalibi Ukraynadır. Alyansın bu il Ukraynaya 70 milyard dollar, qarşıdan gələn 2027-ci ildə də ən azı bu qədər maliyyə ayırmaqla bağlı öhdəlik xarakterli qərarı Kiyevin böyük uğurudur. ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququ verəcəklərini bəyan etməsi NATO-nun iki il ərzində Kiyevə ən azı 140 milyard dollar dəstək verməklə bağlı qərarından sonra ikinci böyük hadisədir. Qənaətimcə bu açıqlamanın siyasi əhəmiyyəti 140 milyardlıq maliyyə yardımı öhdəliyindən daaha böyükdür. Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququnun verilməsinin əhəmiyyəti daha yaxşı aydın olsun deyə xatırladım ki, ABŞ bir çox müttəfqilərinə, o cümlədən NATO-ya üzv ölkələrin bir çoxuna “Patriot”...
09 İyul 2026, 10:02
Eldəniz Əmirov: ABŞ-İran qarşıdurmasının əsas riskləri hələ qarşıdadır
İqtisadçı Eldəniz Əmirov ABŞ və İran arasında əldə olunan razılaşmaya baxmayaraq, regionda gərginliyin aradan qalxmadığını və qarşıdakı aylarda hərbi aktivliyin arta biləcəyini bildirib.Citypost.az xəbər verir ki, eskpert qeyd edib ki, ötən ayın 16-da ABŞ-İran razılaşması əldə edilən zaman münasibətlərin normallaşmayacağını proqnozlaşdırmışdı və son hadisələr bu qiymətləndirməni təsdiqləyir.İqtisadçının sözlərinə görə, tərəflər arasında nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili kimi əsas ziddiyyətlər hələ də qalmaqdadır. Bu səbəbdən yaxın perspektivdə ən real ssenari barışıq deyil, idarə olunan gərginlikdir.Eldəniz Əmirov hesab edir ki, proses hələ yekunlaşmayıb və əsas risklər ilin sonuna doğru özünü göstərə bilər. Onun fikrincə, xüsusilə noyabrın sonu...
09 İyul 2026, 09:02