Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır
Dünya 10 İyul 2026, 08:00
251
Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının “Ay Yıldız” kompleksi layihəsinin icrası davam edir.
Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, birləşmiş qərargah Milli Müdafiə Nazirliyini, Baş qərargahı və qoşun növləri komandanlığını vahid dam altında birləşdirəcək.
“Ay Yıldız” kompleksi sahəsinə görə (12 milyon kvadratmetr, 1680 futbol meydançası ilə müqayisə edilə bilər – red.) Pentaqondan üç dəfə və NATO mənzil-qərargahından dörd dəfə böyük olacaq.
Kompleksin 2028-ci ildə tam istifadəyə verilməsi planlaşdırılır. Tikinti işlərinin yarıdan çoxu tamamlanıb.
Həmçinin oxuyun
Kompleksdə, həmçinin 3200 nəfərlik 5 konfrans zalı yerləşəcək. Kompleksin yaşıl sahəsi 2 milyon kvadratmetr təşkil edəcək ki, bu da Londonun Hayd Parkının ölçüsündən 1, 5 dəfə böyükdür.
Kompleksdə keçirilən ilk rəsmi tədbir Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin adından NATO-nun Dövlət və Hökumət Başçılarının 36-cı Sammitinin proqramı çərçivəsində təşkil etdiyi qəbul olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bundestaq Ukraynaya "Taurus" və "Patriot" tədarükü təklifini rədd edib
Almaniya Bundestaqı "Yaşıllar" Partiyasının Ukraynaya hərbi və humanitar dəstəyin artırılması, o cümlədən "Taurus" raketləri və "Patriot" sistemlərinin tədarükü ilə bağlı təklifinin əleyhinə səs verib.Citypost.az APA-a istinadən xəbər verir ki, Bundestaqın saytında dərc edilən məlumata görə, təşəbbüsü 79 deputat dəstəkləyib, 510 parlamentari isə təklifə qarşı çıxıb.Bir deputat bitərəf qalıb.
10 İyul 2026, 09:15
Almaniya kansleri Netanyahuya ilhaq siyasətinin qəbuledilməz olduğunu bildirib
Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib.Kornelius qeyd edib ki, tərəflər Livan və Fələstin ərazilərindəki vəziyyəti müzakirə ediblər. Kansler vurğulayıb ki, İordan çayının qərb sahilinin faktiki olaraq qismən ilhaqına aparan heç bir addım atılmamalıdır.Merz həmçinin ABŞ və İran arasında çərçivə sazişinin əhəmiyyətini vurğulayıb və bunu regionda vəziyyətin sabitləşdirilməsi üçün ən yaxşı şans adlandırıb.İordan çayının qərb sahili Fələstin Dövlətinin bir hissəsidir. 1967-ci ildən bəri bu ərazi İsrailin nəzarəti altındadır. BMT İsrailin bu ərazini işğal etməsini və orada yəhudi yaşayış məntəqələrinin...
10 İyul 2026, 09:00
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
Yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketləri tədarük edəcək."Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin sualını cavablandırarkən bildirib."Yaxın günlərdə biz ABŞ-dən bir partiya alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub (Ankarada keçirilən NATO sammiti çərçivəsində - red.). Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə PAC-3-lər olacaq", – Ukrayna lideri dəqiqləşdirib.Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampa Ukraynaya "Patriot" istehsalı üçün lisenziyanın verilməsi ilə bağlı müsbət qərara görə təşəkkür edib. "Biz bu məsələni prezident və onun nümayəndə heyəti ilə ətraflı müzakirə etdik. Prezident Tramp dəfələrlə vurğulayıb ki, bu gün dünyada "Patriot"u iki-üç ölkə istehsal edə bilər, çünki...
09 İyul 2026, 22:00
Qazaxıstan ruslara qadağa qoydu
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədən yanacağın qanunsuz çıxarılmasının qarşısını almaq məqsədilə Rusiya ilə sərhəddə 59 polis postu yaradıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.Bildirilib ki, qüvvədə olan qaydalara əsasən, ölkədən yalnız avtomobilin çəninin tutumu qədər yanacağın çıxarılmasına icazə verilir. Əlavə çənlərdə və ya digər üsullarla yanacağın daşınması qadağandır.Məlumata görə, ilin əvvəlindən bəri avtomobillərində qanunsuz quraşdırılmış əlavə yanacaq çənləri olan 255 nəqliyyat vasitəsi aşkarlanıb.Qazaxıstan hakimiyyəti sərhəddə nəzarətin gücləndirilməsinin əsas məqsədinin yanacağın qanunsuz ixracının qarşısını almaq olduğunu bildirib....
09 İyul 2026, 21:38
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
İsrail Müdafiə Ordusu yüksək hazırlıq vəziyyətindədir və İranda hərbi əməliyyatı bərpa etməyə hazırdır."Report" "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bu gün Hatserim aviabazasında pilotların buraxılış mərasimində bildirib.Onun sözlərinə görə, hərbçilər hava üstünlüyünü bərpa etməyə və təhdidləri aradan qaldırmaq üçün müstəqil İsrail adından İrana, lazım gələrsə, üçüncü dəfə də zərbələr endirməyə hazırdırlar."Əgər qayıtmağımız lazım gələrsə, daha böyük güclə qayıdacağıq", - Kats deyib.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab...
09 İyul 2026, 20:51
ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib
ABŞ ordusu son iki gündə İranın Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində yerləşən 170-dən çox hərbi hədəfə zərbələr endirib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.Məlumata görə, zərbələr Hava Hücumundan Müdafiə sistemlərini, pilotsuz uçuş aparatları və raket anbarlarını, hərbi sürətli qayıqları, eləcə də logistika infrastrukturunu hədəf alıb.CENTCOM-dan bildirilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücum etmək imkanlarını zəiflətmək olub....
09 İyul 2026, 20:16