Elektrik enerjisi ilə də bağlı sabit aylıq tarif tətbiq ediləcək
İqtisadiyyat 10 İyun 2025, 15:14
4950
Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
CityPost.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Həmçinin oxuyun
Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qızılın qiyməti 30 oktyabrdan bəri ilk dəfə 4 050 dolları keçib
Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dolları keçib.Bu barədə CityPost.az ticarət platformasının məlumatlarına istinadən xəbər verir.Bakı vaxtı ilə 05:22-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün $4 054,30 (+1.16) təşkil edib. Bakı vaxtı ilə 05:28-ə olan vəziyyətə görə, qızılın qiyməti hər unsiya üçün $4 060-a qədər artıb (+1.3%)....
10 Noyabr 2025, 09:36
Rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,3 % azalaraq 1,9841 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,3 % azalaraq 2,0928 manat təşkil edib.
20 Oktyabr 2025, 09:21
AMB ölkədə mənzillərin qiymətlərinin artmasının səbəblərini açıqlayıb
Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir."2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib", - AMB bildirir.Bu ilin I yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da...
04 Oktyabr 2025, 10:58
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.08.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,38 % azalaraq 1,9828 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,36 % azalaraq 2,1134 manat təşkil edib.
19 Avqust 2025, 10:02
Bir gündə iki rekord: Bitcoin yüksəlir
CityPost.az xəbər verir ki, Binance ticarət platformasının məlumatlarına görə, bitkoin cümə axşamı Bakı vaxtı ilə saat 7:06-da 123 866 dollara çataraq, bütün zamanların ən yüksək səviyyəsinə çatdı.Qeyd edək ki, bu gecənin əvvəlində kriptovalyuta məzənnəsi artıq rekordu yeniləyərək 123 500 dolları keçib. Son 24 saat ərzində qiymət 3,7%-dən çox artıb.Bundan əvvəlki maksimum iyulun 14-də qeydə alınıb, o zaman Bitcoin ilk dəfə 120 000 dollar həddini keçib və 3,79% əlavə edərək 123 000 dolları keçib. 2024-cü ilin əvvəlində birjada aparıcı kriptovalyutanın dəyəri 50.000 dolları keçməyib.Miri...
14 Avqust 2025, 14:19
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.07.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,05 % artaraq 1,9762 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,03 % azalaraq 2,1788 manat təşkil edib.
17 İyul 2025, 10:17