Dəniz xiyarı təhlükə zamanı daxili orqanlarını bədənindən çıxarır
Maraqlı 18 May 2026, 09:47
420
Okeanların ən qəribə canlılarından biri hesab olunan dəniz xiyarı və ya dəniz salatalığı təhlükə hiss etdiyi zaman inanılmaz müdafiə mexanizmi işə salır.
Citypost.az-ın məlumatına görə, alimlərin sözlərinə görə, bu canlı bəzi hallarda mədəsini, bağırsaqlarını, hətta tənəffüs sistemi ilə bağlı orqanlarını belə bədənindən xaricə ata bilir.
Mütəxəssislər bildirirlər ki, bu proses biologiyada “evisserasiya” adlanır. Təhlükə anında dəniz xiyarının bədən divarındakı əzələlər güclü şəkildə yığılır, daxili təzyiq artır və nəticədə bəzi daxili orqanlar bədəndən xaric olur.
Araşdırmalara görə, xaricə atılan bu orqanlar sadəcə təsadüfi toxuma parçaları deyil. Onlar yapışqan və zəhərli xüsusiyyətə malik olur. Həmin orqanların tərkibində “holoturin” adlı toksik maddə yerləşir. Bu maddə yırtıcını zəiflətməyə və onu uzaqlaşdırmağa kömək edir.
Bioloqlar qeyd edirlər ki, bəzi dəniz xiyarı növlərində xaricə atılan orqan hissələri yırtıcının qəlsəmələrinə yapışaraq nəfəs almasını çətinləşdirə bilir. Bu zaman canlı özü isə təhlükədən uzaqlaşaraq qumun altında gizlənir.
Alimləri ən çox heyrətləndirən məqamlardan biri isə bu canlıların itirdikləri orqanları yenidən bərpa edə bilməsidir.
Həmçinin oxuyun
Mütəxəssislərin sözlərinə görə, dəniz xiyarı təxminən 2-6 həftə ərzində itirdiyi orqanları yenidən formalaşdırır. Bu prosesdə kök hüceyrələr mühüm rol oynayır və orqanlar demək olar ki, sıfırdan yenidən yaranır.
Ekspertlər bildirirlər ki, bu müdafiə üsulu canlı üçün ciddi enerji itkisi yaratsa da, həyatda qalmaq baxımından olduqca effektiv hesab olunur. Çünki orqanların yenidən inkişaf etməsi uzun vaxt aparsa da, yırtıcıdan xilas olmaq canlının nəslini davam etdirməsi üçün vacibdir.
Tədqiqatçılar hesab edirlər ki, dəniz xiyarlarının bu xüsusiyyəti gələcəkdə regenerativ tibb və orqan bərpası sahəsində aparılan elmi araşdırmalar üçün də böyük əhəmiyyət daşıya bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Suyun altında başlayan həyat: Begemot balaları
Begemot balalarının su altında doğulması təbiətin ən maraqlı hadisələrindən biri hesab olunur. Bu canlılar doğum prosesini suyun içində həyata keçirir və bala dünyaya gələn kimi həyatda qalmaq üçün xüsusi instinktiv reflekslərə sahib olur.Citypost.az-ın məlumatına görə, doğum anında balanın orqanizmi artıq müəyyən qədər formalaşmış vəziyyətdə olur və göbək bağı vasitəsilə ana bətnində oksigen ehtiyacı qarşılanır. Dünyaya gəldiyi ilk saniyələrdən etibarən səthə çıxmaq üçün instinktiv hərəkət edir, burun dəlikləri refleks olaraq bağlanır və boğulmanın qarşısı alınır.Təxminən 8 ay davam edən hamiləlik dövründə begemot balasında orqanların sürətli inkişafı baş verir. İlk mərhələlərdə ürək döyünməyə başlayır, qan dövranı sistemi formalaşır, daha sonra isə beyin...
18 May 2026, 10:40
Kirpi tikanları necə yaranır və möhkəmlənir?
Kirpilər təhlükə zamanı tikanlarını qabardaraq özlərini qoruyan ən maraqlı canlılardan biri hesab olunur. Ancaq bir çox insanın bilmədiyi maraqlı fakt ondan ibarətdir ki, bu iti tikanlar kirpi balaları ana bətnində olarkən formalaşmağa başlayır.Citypost.az xəbər verir ki, alimlərin sözlərinə görə, ilk baxışda təhlükəli görünən bu tikanlar doğum zamanı ana kirpiyə heç bir zərər vermir. Çünki kirpi balası dünyaya gələnə qədər tikanlar tamamilə yumşaq, elastik və dərinin altında gizli vəziyyətdə olur.Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə balanın dərisində milyonlarla xüsusi follikul yaranır və həmin follikullar “keratin” adlı zülal ifraz etməyə başlayır. Bu zülal insan saçının və dırnaqlarının əsas quruluş maddəsi ilə eynidir. Məhz...
18 May 2026, 10:09
Dezodorantlar tərləməni dayandırır, yoxsa sadəcə qoxunu gizlədir?
Bir çox insan düşünür ki, dezodorantlar tər vəzilərini bağlayaraq tərləməni tamamilə dayandırır. Halbuki mütəxəssislərin sözlərinə görə, tərləmənin özü əslində qoxusuzdur. Tər əsasən sudan və duzdan ibarət olur.Bəs o zaman xoşagəlməz qoxu necə yaranır?Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, qoltuqaltı nahiyəsində yaşayan milyonlarla bakteriya ifraz olunan təri parçalayır. Məhz bu proses nəticəsində müxtəlif qoxulu maddələr və qazlar əmələ gəlir. İnsanların hiss etdiyi pis qoxunun əsas səbəbi də bakteriyaların fəaliyyəti hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, adi dezodorantların əsas funksiyası tərləməni tam dayandırmaq deyil, bakteriyaların çoxalmasını azaltmaq və qoxunu neytrallaşdırmaqdır.Dezodorantların tərkibində olan xüsusi antibakterial maddələr bakteriyaları ya məhv edir, ya da onların...
15 May 2026, 10:57
860 voltluq ŞOK: elektrikli ilanbalığı necə enerji istehsal edir?
Amazon və Orinoko çaylarının palçıqlı, qaranlıq sularında yaşayan Elektrikli ilanbalığı təbiətin ən heyrətamiz canlılarından biri hesab olunur. Maraqlıdır ki, adına baxmayaraq, bu canlı əslində həqiqi ilanbalığı deyil. O, xüsusi elektrik istehsal etmə qabiliyyəti ilə tanınan fərqli bir balıq növüdür.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, elektrikli ilanbalığı bir zərbə zamanı təxminən 860 volta qədər elektrik enerjisi yarada bilir. Bu isə adi məişət prizlərindəki gərginlikdən bir neçə dəfə yüksək hesab olunur. Belə güclü elektrik impulsu ovunu iflic etmək və özünü təhlükələrdən qorumaq üçün istifadə edilir.Alimlər bildirirlər ki, bu canlıların bədəninin böyük hissəsi elektrik istehsalına xidmət edir. Elektrikli ilanbalığının orqanizmində “elektrosit” adlanan...
15 May 2026, 10:44
Soğan doğrayarkən niyə ağlayırıq? – ŞOK SƏBƏB
Mətbəxdə soğan doğrayarkən gözlərin yaşarması demək olar ki, hər kəsin yaşadığı haldır. Alimlərin sözlərinə görə, bunun səbəbi soğanın özünü qorumaq üçün inkişaf etdirdiyi xüsusi müdafiə mexanizmidir.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, Soğan kəsildiyi və ya əzildiyi zaman hüceyrələri parçalanır və bunun nəticəsində xüsusi kimyəvi maddələr havaya yayılır. Bu maddələr soğanın təbiətdə heyvanlar və digər canlılar tərəfindən yeyilməsinin qarşısını almağa xidmət edir.Araşdırmalara görə, bıçaq soğanın qatlarını kəsdiyi anda fermentlər reaksiyaya girir və havaya gözləri qıcıqlandıran qaz buraxılır. Həmin qaz gözlə təmas etdikdə yanma, batma və qıcıqlanma hissi yaradır.Gözlər isə bu qıcıqlandırıcı maddədən qorunmaq üçün dərhal müdafiə reaksiyası verir. Nəticədə göz yaşı...
14 May 2026, 10:36
Balina südünün niyə diş məcunu kimi qatı olduğunu bilirdinizmi?
Balinaların südü adi heyvan südündən tamamilə fərqlənir. Hətta onun qıvamı bildiyimiz mayelərdən çox, diş məcununun sıx və yapışqan quruluşunu xatırladır. Bunun əsas səbəbi isə balinaların okeanda yaşaması və balalarının su altında qidalanmasıdır.Citypost.az-ın məlumatına görə, alimlərin sözlərinə görə, Balina anaları südün su ilə qarışaraq dağılmasının qarşısını almaq üçün olduqca yağlı və qatı süd ifraz edir. Bu südün tərkibinin təxminən 50 faizi saf yağdan ibarət olur ki, bu da onu dünyanın ən qidalı və ən yoğun südlərindən birinə çevirir.Mütəxəssislər bildirirlər ki, balina südü okean suyuna qarışdığı zaman adi maye kimi yayılmır. Əksinə, yapışqan və qalın kütlə halında qalır. Bu xüsusiyyət balanın südü...
14 May 2026, 09:42