Bizə yazın

Baku

-°C

USD

-

Bir şəklin tarixçəsi

Maraqlı 13 Avqust 2026, 10:12

2810

     1981-ci il idi. Azərbaycan Radiosunun Ədəbi-dram verilişləri Baş redaksiyasında “Satira və yumor” şöbəsində redaktor işləyirdim. Sovet dövrünün sərt senzurasına baxmayaraq, bəzi nöqsanları satirik dillə tənqid etmək çətin və riskli olsa da, mümkün olurdu. 

     Ruhuma yatan Mirzə Cəli, Sabiranə üslubunda yeni veriliş açmaq arzusunda idim. Düşünüb “Molla Nəsrəddin” adlı satirik proqram hazırlamaq qərarına gəldim. İlk buraxılışın ssenarisini yazıb Baş redaktorumuz Mailə Muradxanlıya təqdim etdim. Hər zaman gəncliyin mütərəqqi addımlarını dəstəkləyən və geniş meydan verən istedadlı, cəsarətli, yüksək zövqlü peşəkar jurnalist Mailə xanım ssenarini oxudu və bəzi qeydlərlə verilişin efirə çıxmasına etiraz etmədi. 

      Mən bundan əvvəl çalışdığım Kinodakı dostlarımı proqramın hazırlannması üçün Radioya dəvət etdim. Ssenariyə uyğun olaraq Şahmar Ələkbərova – “Molla Nəsrəddin”, Səfurə İbrahimovaya – “Mətanət xanım”, Hamlet Xanızadəyə - “Pəjmürdə” və Yaşar Nuriyə – “Hərdəmxəyal” obrazlarının mətnini təqdim etdim. Proqramın  ideyası, məqsəd və məramı barədə qısa müzakirədən sonra, səsyazma studiyasına getik.

     Rejissor Nazim Yüzbaşov böyük məharətlə aktyorların ifasını  lentə yazdırıb montaj etdi. Mailə xanımla biz Radio üzrə sədrin müavini Tahir Paşazadənin yanında ilk buraxılışı dinlədik. Tahir müəllim də proqramı bəyəndi və aprelin 7-də ilk verilişimiz efirə getdi.         

     Sonralar bir neçə il davam edən verilişdə hər dəfə ssenarini məhz bu obrazlar ətrafında qururdum və bu istedadlı aktyorlar öz mətnlərini böyük ustalıqla ifa edirdilər. Onların hər biri yüksək peşəkar, geniş ampluaya malik bənzərsiz sənətkar idi. “Molla Nəsrəddin” satirik Radio jurnalının tezliklə geniş dinləyici auditoriyasının rəğbətini qazanmasında onların da xidməti danılmazdır. Xüsusən dərin elmi biliyə malik hazırcavab, müdrik Molla Nəsrəddin obrazını canlandıran Şahmar Ələkbərovun məxməri səsini dinlədikcə doymaq olmurdu... 

     Bu foto həmin dövrün yadigarıdır. Məndə onun ağ-qara çəkilmiş orijinalı var. Ancaq indi jurnalist Anar Tağıyevin səhifəsində həmin fotonun yeni texnologiya ilə rənglənmiş variantını gördüm və  sənətsevər dostlar üçün maraqlı olacağını düşünərək, mən də fotonu paylaşmaq qərarına gəldim. 

     Böyük sənətkarların ruhu şad olsun! 

Müəllif:Akif Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maddələr mübadiləsini sürətləndirən qidalar: Arıqlamaq üçün nə yeməli?

Maddələr mübadiləsinin (metabolizmin) sürəti orqanizmin gün ərzində yandırdığı kalori miqdarını müəyyən edən əsas amillərdəndir. Sürətli metabolizm arterial təzyiqi, çəkini tənzimləməyə kömək edir, bədənin enerji səviyyəsini yüksək saxlayır. Hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma maddələr mübadiləsini ləngitsə də, rasiona daxil edilən müəyyən təbii qidalar sayəsində kalorilərin yandırılması prosesini aktivləşdirmək mümkündür. Arıqlamaq, ideal çəkini qorumaq istəyənlər üçün metabolizmi sürətləndirən doğru qidaları seçmək böyük əhəmiyyət kəsb edir.Citypost.az xəbər verir ki, birinci növbədə, zülalla zəngin qidalar (yağsız ət, yumurta, balıq, paxlalılar) maddələr mübadiləsini sürətləndirməkdə liderdir. Zülalların həzm olunması üçün orqanizm yağ və karbohidratlara nəzərən daha çox enerji sarf edir ki, bu da termik effekti artıraraq...

13 Avqust 2026, 11:00

Mühərrik yağını nə vaxt dəyişmək lazımdır? – Sürücülər üçün vacib məsləhətlər

Mühərrik yağının vaxtında dəyişdirilməsi avtomobilin uzunömürlü olması, daxili yanma mühərrikinin sağlam çalışması üçün ən kritik texniki qulluq şərtidir. Yağ mühərrikdəki sürtünən hissələri yağlayaraq aşınmanın qarşısını alır, detalları soyudur, yanma prosesindən əmələ gələn çöküntüləri özünə toplayır. Vaxtı keçmiş, çirklənmiş yağ yağlama xüsusiyyətini itirir, mühərrikdə həddindən artıq qızmaya, detal aşınmasına, baha başa gələn ciddi nasazlıqlara yol açır.Citypost.az xəbər verir ki, mühərrik yağını dəyişmək üçün əsas göstərici avtomobilin qət etdiyi yürüş məsafəsidir (kilometraj). İstehsalçı tövsiyələrinə görə sintetik yağlar adətən 8.000–10.000 kilometrdən bir, yarısintetik yağlar 6.000–8.000 kilometrdən bir, mineral yağlar isə 5.000 kilometrdən bir dəyişdirilməlidir. Lakin yürüş məsafəsi dolmasa belə, yağın daxilindəki kimyəvi qatqılar...

13 Avqust 2026, 09:51

​Telefonun enerjisi tez bitir? – Batareyanın ömrünü uzadan 5 üsul

Smartfon istifadəçilərinin ən çox qarşılaşdığı problemlərdən biri cihazın batareya tutumunun sürətlə tükənməsi, gün ərzində tez-tez enerji doldurmaq məcburiyyətində qalınmasıdır. Müasir telefonların ekran ölçülərinin böyüməsi, yüksək tezlikli prosessorlar, arxa fonda çalışan tətbiqlər akkumulyatorun yükünü kəskin artırır. Lakin bir neçə sadə texniki tənzimləmə tətbiq etməklə cihazın gün ərzindəki iş müddətini uzatmaq, batareyanın fiziki ömrünü qorumaq mümkündür.Citypost.az xəbər verir ki, akkumulyatorun enerjisinə qənaət etməyin birinci effektiv yolu ekran parlaqlığını avtomatik rejimə keçirmək, ekranın sönmə müddətini minimuma (15-30 saniyə) endirməkdir. Ekran smartfonun en çox enerji tələb edən hissəsidir. AMOLED və OLED ekranlı cihazlarda tünd mövzudan (Dark Mode) istifadə etmək piksellərin sönməsini təmin edərək enerji...

13 Avqust 2026, 09:04

Su içməyin 8 qızıl qaydası: Gün ərzində nə qədər su içməliyik?

Su insan orqanizminin yaşaması, hüceyrələrin yenilənməsi, maddələr mübadiləsinin düzgün çalışması üçün həlledici əhəmiyyət daşıyır. Bədənimizin böyük hissəsini təşkil edən suyun gün ərzində kifayət qədər qəbul edilməməsi halsızlıq, baş ağrıları, həzm problemləri, dəri quruluğu kimi fəsadlara yol açır. Günlük su tələbatı insanın çəkisinə, fiziki aktivliyinə, iqlim şəraitinə görə dəyişsə də, orta hesabla hər bir böyüklər üçün hər kiloqram çəkiyə 30-35 mililitr su hesablamaq tövsiyə edilir. Gün ərzində təxminən 1.5–2.5 litr su qəbulu orqanizmin su balansını qorumaq üçün optimal göstərici sayılır.Citypost.az xəbər verir ki, suyun faydasını maksimuma çatdırmaq üçün birinci qızıl qayda günə bir stəkan ilıq su ilə başlamaqdır. Bu addım yuxudan...

13 Avqust 2026, 08:33

​Acı bibər maddələr mübadiləsini sürətləndirir? – Kapsaisin maddəsi və piylərə təsiri

Acı bibərin arıqlamağa kömək etməsi və maddələr mübadiləsini sürətləndirməsi qida mütəxəssisləri və tədqiqatçılar tərəfindən geniş öyrənilən mövzulardan biridir. Acı bibərə özünəməxsus kəskin dadı və yandırıcı xüsusiyyəti verən əsas tərkib hissəsi kapsaisin adlı bioloji aktiv maddədir. Aparılan elmi araşdırmalar göstərir ki, kapsaisin orqanizmə daxil olduqda maddələr mübadiləsinin sürətlənməsinə, istilik istehsalının (termogenez) artmasına və piylərin daha effektiv parçalanmasına birbaşa təsir göstərir.Citypost.az xəbər verir ki, kapsaisin maddəsi bədəndə sinir sistemini stimullaşdıraraq simpatik sinir sistemini aktivləşdirir və noradrenalin hormonunun ifrazını artırır. Bu proses metabolizmin müvəqqəti olaraq sürətlənməsinə və bədən temperaturunun yüksəlməsinə səbəb olur. Nəticədə orqanizm hətta dincəlmə halında belə daha çox kalori sərf etməyə...

12 Avqust 2026, 16:40

Qlüten həqiqətən zərərlidir? Həkimlərdən vacib açıqlama

Son illərdə sağlam qidalanma və pəhriz trendləri arasında ən çox müzakirə olunan mövzulardan biri qlüten və onun orqanizmə təsiridir. Buğda, arpa, çovdar kimi taxıl növlərinin tərkibində olan zülal kompleksi olan qlüten, xəmirə elastiklik və həcm verən əsas maddədir. Bir çox insan qlütensiz qidalanmanı arıqlamaq, enerjini artırmaq və ya daha sağlam olmaq üçün universal bir yol kimi görsə də, elmi və tibbi mütəxəssislər qlütenin hər kəs üçün birmənalı olaraq zərərli olmadığını bildirirlər. Qlüten yalnız müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır, sağlam orqanizm üçün isə tamamilə zərərsizdir.Citypost.az xəbər verir ki, qlütenin mütləq şəkildə qida rasionundan çıxarılması tələb olunan başlıca...

12 Avqust 2026, 16:18