"GÜNƏŞLİ DAYANACAQLAR"IN ADAMI - ETİBAR CƏBRAYILOĞLU YAZIR
Söz adamı 12 Avqust 2026, 13:32
555
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun vəfatı ədəbiyyatımız üçün itkidir. Son dövrlər sağlıq durumunda problemlər yaşayan Çingiz müəllimin dünyadan köçməyi barədə xəbəri eşidəndə bu səmimi, mehriban, kübar insanla bağlı xatirələr yadıma düşdü. Onları paylaşmaq qərarına gəldim.
1985-ci il ilin iyun ayı. Lənkərandakı 3 saylı orta məktəbi bir neçə gündür ki, bitirmişəm. Yolumu yenə şəhərimizdə hamının yaxşı tanıdı "Kitab evi"ndən salmışam. "Kitab evi"nin müdiri Xanağa müəllim atamın tanışıdır, maraqlı kitablar gələndə tanış-bilişə xəbər edir.
"Kitab evi"nin qapısından içəri daxil olanda rayon qəzetinin-"Leninçi"nin redaktoru, tanınmış şair Şəkər Aslanı görürəm, yanında da Çingiz Əlioğlu. Ehtiramla salamlaşıram, təbii ki, hər iki adlı-sanlı ədəbiyyat adamı orta məktəbi bir-iki gün əvvəl bitirmiş oğlanı tanımır. Mən Çingiz Əlioğlunun yenicə çapdan çıxan "Günəşli dayanacaqlar" şeirlər kitabını alıb müəllifdən kitabını imzalamağı xahiş edirəm.
Şəkər Aslan zarafatından qalmır: "Çingiz, görürsən səni gətirdim bura, kitabın da satıldı..."
Çingz Əlioğlu adımı soruşub kitabına imza atır-Dostum Etibara mərdlik, sədaqət, səadət dolu ömür yolu arzusu ilə.
Cümləni bitirib uyun 1985-ci il yazanda Çingiz müəllimin qara, yağlı qələminin mürəkkəbi bitir və Şəkər Aslan qarışıq gülüşürük.
Beləcə Çingiz Əlioğlunun "Günəşli dayanacaqlar" mənim müəllif imzalı ilk kitabım olur.
İllər sonra qəzetçi kimi Bakıda fəaliyyətimi davam etdirirəm. Çalışdığım "Press-fakt" qəzetinin redaksiyası "Nizami" kinoteatrının binasında yerləşir. Çingiz Əlioğlu üzbəüz binada yaşayır, hər gün səhər onun evdən çıxıb yaxınlıqdakı köşkdən qəzet aldığını, bu ucaboy, yaraşıqlı insanın hərəkətlərini uzaqdan müşahidə edirəm.
Həmçinin oxuyun
"Politika" qəzetinin baş redaktoru kimi çalışanda əməkdaşımız Ceyhun Musaoğlunun "Ruh adamı" adlı oxunaqlı rubrikası üçün növbəti müsahib kimi Mədəniyyət Nazirliyinin şöbə müdiri Çingiz Əlioğlunu seçirik. Çingiz bəy razılıq verir və "Ruh adamı" rubrikasında çox maraqlı, səmimi müsahibə çap olunur.
İllər sonra yolum Mədəniyyət Nazirliyinə düşəndə, tədbirlərdə Çingiz bəylə həm Lənkərandakı ilk görüşümüzü, "Günəşli dayanaqlar"ı, həm də Çeyhun Musaoğlunun hazırladığı müsahibəni xatırlayırdıq.
Çingiz Əlioğlu mehriban, səmimi, kübar insan kimi həmişə yaddaşımda qalacaq
Ruhunuz şad olsun "Günəşli dayanacaqlar"ın adamı!
Müəllif:ETİBAR CƏBRAYILOĞLU
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Həndəvərimizdə” - Rəşad Məcidin FİKİRLƏRİ
Prezident İlham Əliyevin nitqlərində və müsahibələrində tez-tez dilimizin ən dərin qatlarından süzülüb gələn elə sözlərə rast gəlirik ki, heyrət edirik. Prezident az işlənən, unudulmaqda olan sözləri elə yerli-yerində işlədir ki, sanki sözə yeni nəfəs verir, onu dolğunlaşdırır.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru yazıçı-publisist Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib."Naxçıvanda Azərbaycan televiziyasına verdiyi, regionun sosial-iqtisadi, enerji təhlükəsizliyi və sair məsələlərdən bəhs edən dolğun müsahibəsində bir söz diqqətimi çəkdi:“Yenə də deyirəm, bu planlar bizim bütün HƏNDƏVƏRİMİZDƏ yerləşən ölkələrin maraqlarına cavab verir.”Qədim dastanımızdan gələn bu sözü həndəvərimizdəki insanların...
12 Avqust 2026, 12:13
SİMRAN HƏSƏNOV – 70 - Rahib KƏRİMLİ YAZIR
LƏYAQƏTLƏ YAŞANAN ÖMRƏ,ŞƏRƏFLƏ QAZANILAN YAŞAHörmətli Simran Seyfəddin oğlu Həsənov!Sizi 70 illik yubileyiniz və doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, mənəvi rahatlıq və bundan sonrakı həyat yolunuzda yeni uğurlar arzulayıram.Yetmiş il insan ömründə sadəcə bir rəqəm deyil. Yetmiş il — zamanın sınaqlarından keçərək insanlığını, ləyaqətini, vicdanını və adına olan hörməti qoruyub saxlamağın böyük imtahanıdır. Sizin ömrünüzə nəzər salanda isə bu rəqəmin arxasında zəngin bir həyat məktəbi, hüquqa və ədalətə sədaqət, dövlətçilik ənənələrinə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və insanlara sonsuz ehtiramla yoğrulmuş bir ömür yolu görünür.Hüquq elmləri doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri kimi çoxillik...
12 Avqust 2026, 11:43
Bir yerdə, bir qəbirdə dəfn olunurlar sanki... Ramidə Yaqubqızı yazır
İllər əvvəl çox hörmət etdiyim bir xanım qonşusu olan nənə haqqında olduqca maraqlı əhvalatlar danışırdı. Bunların içərisində kədərlisi də var idi, xoş əhval-ruhiyyəlisi də. Amma biri heç yadımdan çıxmır. Deməli, nənənin həyat yoldaşı 1941-ci ildə müharibəyə gedir. Beş il ərzində qara məktub alan, itkin xəbəri alan yüzlərlə, minlərlə ailə olur. Nənə bir müddət ərindən məktub alsa da, geridə qalan vaxtı heç bir xəbər gəlmir. 1945-ci ildə müharibə bitir. Yenə də kişinin nə öldü, nə də qaldı xəbəri gəlir. Qohum - əqraba daha əlini üzür ki, müharibədə ya həlak olub, ya da itkin düşüb. Əsir də düşə bilərdi, amma o zaman da...
12 Avqust 2026, 10:58
Simran HƏSƏNOV - 70 - Daşdəmir ƏJDƏROĞLU YAZIR
ZAMANIN VƏ SÖZÜN SİMRAN ÖLÇÜSÜDünyanın elə qəribə nizamı, Allahın elə qəliz hesabı var ki, bəzən mənə elə gəlir, adamlar iki yerə bölünür: adam var ki bu həyatda, sadəcə, yer tutur, yerə ağırlıq salır. Adam da var ki oturduğu yeri bəzəyir, ətrafına yüngüllük, işıq daxil edir. Hüquq elmləri doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, ismayıllılıların sevimlisi, biz yazarların səmimi, ayrılmaz dostu Simran Həsənov məhz o ikinci tayfanın - ömrü bütövlük, ləyaqət imtahanı kimi yaşayanların ən ön sıralarındandır. Bu gün o, həyatın elə bir uca zirvəsinə - 70-dən 71-ə - müdriklik çağına qədəm qoyur ki, oradan geriyə baxanda ancaq fərəh, ağappaq ləyaqət...
11 Avqust 2026, 17:46
MƏN SƏNƏ İLAHİ ŞEİR YAZACAM - VASİF SÜLEYMANIN ŞEİRİ
MƏN SƏNƏ İLAHİ ŞEİR YAZACAMİndi yazaramsa, bu “şər” olacaq,Düşməsə yazmaram, düşər… Olacaq…Çəkəcəm ilhamı dar ağacına,Vərəqdə elə bir məhşər olacaq-Mən sənə ilahi şeir yazacam. Bəlkə də misrası dodağındadı,Bölgüsü, hecası sorağındadı.Belə bir şeirin yazı masası,Dünyanın ən xoşbəxt bucağındadı-Mən sənə ilahi şeir yazacam.Ürəyim yazacaq, neyləmək olar,İlhamı saxlayıb əyləmək olar…O qədər SƏN deyib şeir yazmışam,Birini yüz qıza söyləmək olar-Mən sənə ilahi şeir yazacam.Dinib-danışanda sözün ilahi,Bu dərdə dözməyə dözüm - ilahi.Adi söz demərəm adiləşəsən,Təpədən-dırnağa özün ilahi- Mən sənə ilahi şeir yazacam.Həsrətin, heyrətin sonu bu yazda,Şeirnən gələydi bizə muraz da.Qurtarım qəlbimi üzüntülərdən,Dözmüsən bu qədər, gözlə bir az da-Mən sənə ilahi şeir yazacam....
11 Avqust 2026, 17:12
Tarixi təhqir edənlərə cavab: Kökünü dananın gələcəyi olmaz! -NƏCİBƏ İLKİN
Tarix millətin yaddaşıdır. Yaddaşa atılan hər daş isə təkcə keçmişə deyil, gələcəyə atılır. Ona görə də milli dövlətçilik tariximizin mühüm simalarına və milli-mədəni yaddaşımızın rəmzlərinə qarşı səsləndirilən təhqiramiz və qərəzli fikirlər adi bir söz sərbəstliyi kimi qəbul edilə bilməz.Tarix hər kəsin istədiyi kimi yazıb-pozacağı şəxsi gündəlik deyil. Tarix millətin yaddaşıdır, dövlətçilik irsidir, gələcək nəsillərə ötürülən mənəvi sərvətdir. Bu yaddaşa qəsdən daş atan, milli dövlətçilik tariximizin şəxsiyyətlərini təhqir edən, Azərbaycan mədəniyyətinin beşiklərindən biri olan Təbrizi aşağılayan hər bir yanaşma ciddi etiraz doğurmalıdır.Şah İsmayıl Xətaiyə münasibətdə tarixilikdən uzaq, birtərəfli və qaralama xarakterli yanaşmalar, eləcə də Təbriz kimi Azərbaycan tarixinin və mədəniyyətinin mühüm...
10 Avqust 2026, 12:13