Bizə yazın

Baku

-°C

USD

-

"12 yaşıma qədər atamla bağlı əslində nə baş verdiyini dəqiq bilmirdim"

Cəmiyyət 12 Avqust 2026, 18:04

575

Firudin İbrahiminin oğlu Fərhad İbrahiminin atası ilə bağlı xatirələrini oxudum. Təsirlidir. Qeyd edim ki, Fərhad bəy hazırda Niderlandda yaşayır. Ailəlidir. Övladları, hətta nəvələri də var. 

 ...Mənə elə gəlir ki, atası Firudin İbrahimini Azərbaycanda tanımayan çox az adam var. O, Milli Hökumətin sabiq baş prokuroru, görkəmli ictimai xadim və jurnalist idi. Rza şah Pəhləvi tərəfindən 1947-ci ildə edam edilmişdi. Tarix yazır ki, o, asılacağı ipi öpərək belə söyləmişdi: 

     Sən çağırsan gələrəm mən,

     Eybi yoxdur ölərəm mən,

     Təki sən yaşa, Azərbaycan! 

  Fərhad İbrahimi öz xatirələrini belə dilə gətirib: "12 yaşıma qədər atamla bağlı əslində nə baş verdiyini dəqiq bilmirdim. Deyəsən, o dövrdə böyüklər hesab edirdilər ki, uşaqlara kədərli hadisələrdən danışmaq olmaz – bəlkə də mənim siyasi məsələlərə məruz qalmamağımı istəyirdilər. Atamın harada olduğunu soruşduğumda ilk cavab bu oldu: “Uzunmüddətli xarici səfərdədir, nə vaxt qayıdacağı bilinmir.” Bir müddət sonra dedilər ki, avtomobil qəzası keçirib və xəstəxanadadır. Nəhayət, təxminən 10 yaşım olanda mənə onun dünyasını dəyişdiyini bildirdilər.

   Bir yay günü ögey atamın iş otağında nağıl kitabı axtararkən “Azərbaycan Demokrat Firqəsi” adlı bir kitab diqqətimi çəkdi. Vərəqləyərkən bir səhifədə cərgə ilə düzülmüş bir qrup kişinin şəklinə rast gəldim. Aşağıda adlar yazılmışdı. Birdən bir ad gözümə dəydi: Firudin İbrahimi!

Mətni dəfələrlə oxuduqdan sonra nə baş verdiyini anladım.    

   Ağlaya-ağlaya, qışqıraraq pilləkənlərdən aşağı düşdüm. Anam məni bu halda görəndə nə baş verdiyini anlamadı. Onunla danışmaq istəmirdim. Ağlamağım axşama, ögey atam evə qayıdana qədər davam etdi. O, məni ağlayan görəndə nə baş verdiyini soruşdu. Nəhayət, ona nəyi öyrəndiyimi danışdım. O isə mənə atam haqqında danışmağa başladı – insanlığa, azadlığa və ədalətə olan sevgisindən, siyasi və ideoloji baxışlarına necə sadiq olduğundan bəhs etdi.

   Bu, məni müəyyən qədər sakitləşdirdi. Lakin içimdə atama qarşı bir inciklik yarandı: o, öz siyasi inanclarını mənim varlığımdan üstün tutmuşdu.

   Ögey atamın söylədiklərini anlamağım bir qədər zaman aldı. Amma daha çox insanın atam haqqında yüksək fikirlər söylədiyini eşitdikcə həqiqəti qəbul etməyə başladım. Bu insanlar arasında məktəbdəki bir neçə müəllimim də var idi. Onlar solçu siyasi baxışlara malik idilər və ölkədəki polis rejiminə görə bunu açıq şəkildə ifadə edə bilmirdilər.

   Atamın kim olduğunu öyrəndikdən sonra mənə xüsusi diqqət və dəstək göstərir, fürsət düşdükcə ona olan hörmətlərini bildirirdilər..."

Məcid Rəşadətoğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var 

Xocavənd rayonunda mina partlayışı baş verib.CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib.Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi...

12 Avqust 2026, 19:06

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır” 

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hüquqşünas Əlövsət Əliyevin sosial şəbəkədə onun paylaşımlarında şərh bölməsini bağlı saxlaması ilə bağlı iradına cavab verib.CityPost.az-ın xəbərinə görə, Fazil Mustafa bildirib ki, Əlövsət Əliyevin bu iradı ilə razı deyil.Onun sözlərinə görə, sosial şəbəkələrdə sağlam müzakirə mühiti formalaşmayıb və açıq şərh bölmələrindən bəzən fikir mübadiləsi üçün deyil, təhqir üçün istifadə olunur.“Tamamilə uyğunsuz bir irad olduğunu düşünürəm. Çünki öz yazdığı statusun altında irqi, cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır. Doğrudanmı, hörmətli Əlövsət bəy, bizim sosial şəbəkə məkanında sağlam müzakirə mühitinin olduğuna inanırsınız?” – deyə deputat yazıb.Fazil Mustafa elmi...

12 Avqust 2026, 17:23

Naxçıvan: Azərbaycanın yeni geosiyasi üfüqünə açılan qapı -Sayman Aruz yazır

Naxçıvan haqqında danışarkən sadəcə Azərbaycanın qədim və ayrılmaz tərkib hissələrindən birindən danışmırıq. Naxçıvan Azərbaycan dövlətçiliyinin tarixi yaddaşı, milli iradənin mühüm dayaqlarından biri və bu gün ölkəmizin qarşısında açılan yeni geosiyasi imkanların ən mühüm məkanlarından biridir.Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri də məhz bu baxımdan adi bir region səfəri kimi qiymətləndirilə bilməz. Səfərin proqramına nəzər saldıqda bunun həm iqtisadi, həm sosial, həm hərbi, həm mədəni, həm də strateji istiqamətləri əhatə edən kompleks bir yanaşma olduğu aydın görünür. Dövlət başçısı Naxçıvan Sənaye Parkının təməlini qoydu, dəmir yolu infrastrukturunda aparılan işlərlə tanış oldu, yeni günəş elektrik stansiyalarına baxdı, Əlahiddə Ümumqoşun Ordunun yeni...

12 Avqust 2026, 16:44

13 avqust üçün olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi...

12 Avqust 2026, 14:37

Sabah 37 dərəcə isti olacaq 

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın...

12 Avqust 2026, 13:19

Mənzil təmirinə başlamazdan əvvəl smeta çıxarılışı: Büdcəni 30% aşmamaq yolları

Mənzil təmiri böyük maliyyə vəsaiti və diqqət tələb edən, düzgün planlaşdırılmadıqda isə gözlənilməz xərclərlə nəticələnən mürəkkəb bir prosesdir. Təmirə başlayan bir çox mənzil sahibi işin gedişatında ilkin nəzərdə tutulmuş büdcənin 30, hətta 50 faizədək aşılması problemi ilə qarşılaşır. Təmir prosesinin yarımçıq qalmaması və maliyyə böhranına çevrilməməsi üçün atılacaq ilk və ən vacib addım işə başlamazdan əvvəl dəqiq, ətraflı və real bazar qiymətlərinə əsaslanan smeta sənədinin tərtib edilməsidir.Citypost.az xəbər verir ki, təmir smetası hazırlanarkən edilən ən böyük səhv yalnız usta haqqı və əsas tikinti materiallarının ( kafel, laminat, boya və s.) nəzərə alınmasıdır. Lakin büdcənin kəskin artmasına adətən "görünməyən" xərclər —...

12 Avqust 2026, 12:12