Bizə yazın

Baku

-°C

USD

-

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub 

Sənət aləmi 29 İyul 2026, 22:08

2531

İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Citypost.az xəbər verir ki, festivalın açılışı Azərbaycanın Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. O deyib ki, bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış solistlər, simfonik orkestrlər, xor kollektivləri, dirijorlar və digər ifaçılar Qəbələ səhnəsində çıxış ediblər.

Fərhad Bədəlbəyli vurğulayıb ki, festival çərçivəsində hər il müxtəlif musiqi janrlarını əhatə edən zəngin və maraqlı konsert proqramları təqdim olunur. Qəbələ Beynəlxalq Musiqi Festivalı bu illər ərzində dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərindən birinə çevrilib.

Musiqi gecəsində solistlər Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Qəbələdə bu festivalın artıq 15-ci dəfə keçirilməsi mühüm hadisədir.

“Çox sevinirəm ki, festival illərdir davamlı şəkildə təşkil olunur və artıq gözəl bir ənənəyə çevrilib. Belə tədbirlərin yaşadılması və davam etdirilməsi böyük əhəmiyyət daşıyır. Bu festival xüsusilə gənc musiqiçilər üçün mühüm təcrübə və inkişaf platformasıdır. Onlar burada peşəkar təcrübə qazanır, öz istedadlarını nümayiş etdirmək imkanı əldə edir və beynəlxalq musiqi mühitinin bir parçasına çevrilirlər. İnanıram ki, bu ənənə gələcək illərdə də uğurla davam edəcək”, - deyə o əlavə edib.

Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına əvvəlki illərdə də qatılsa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri ilə ilk dəfədir çıxış edir.

“Bu festivalda ilk dəfə öz orkestrimlə səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Bakı Musiqi Akademiyasının böyük gələcəyinə inanıram. Orkestrimizdə çıxış edən gənclər bu gün çox həyəcanlı olsalar da, onların hər biri istedadlı və peşəkar inkişaf yolunda əzmlə çalışan musiqiçilərdir. Sevindirici haldır ki, gənclərin klassik musiqiyə marağı getdikcə artır. Bu gün nümayiş etdirdiyimiz proqramın arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır. Biz bu festivala dörd il ərzində məqsədyönlü şəkildə hazırlaşmışıq və bu zəhmətin nəticəsini tamaşaçılar qarşısında təqdim etməkdən məmnunuq”, - deyə Xalq artisti vurğulayıb.

Virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev isə bu festivalda ikinci dəfə iştirak etdiyini bildirərək deyib: "Bu musiqi festivalında təşkil olunan konsertlər yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Belə bir tədbirdə yer almaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Gənc musiqiçilərlə eyni səhnəni bölüşmək, onların həyəcanına və uğurlarına şahid olmaq mənə xüsusi sevinc bəxş edir. Onların hər biri çox istedadlıdır və gələcək üçün böyük potensiala malikdir. Düşünürəm ki, belə festivallar klassik musiqiyə və ümumilikdə incəsənətə marağın artmasına mühüm töhfə verir”.

Violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Vaqif Qurbanov isə bildirib ki, Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin bu festivalda çıxış etməsi onlar üçün böyük qürur və sevincdir. O qeyd edib: “Tələbə Simfonik Orkestri mütəmadi olaraq müxtəlif tədbir və festivallarda iştirak edir ki, bu da gənc musiqiçilərin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Mən həm orkestrin tərkibində çıxış edir, həm də solo ifalarla səhnəyə çıxıram. Gənclərin klassik musiqiyə və ifaçılıq sənətinə marağı, sevgisi olduqca böyükdür. Belə festivallar isə bu marağın daha da artmasına və gənc istedadların özlərini göstərmələrinə geniş imkan yaradır”.

Avqustun 3-dək davam edəcək festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gələcək.

Azərbaycanla yanaşı, musiqi bayramında Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak edəcəklər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alim Qasımov DUETDƏN DANIŞDI: “Bu qədər reaksiyanı gözləmirdim”

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.Citypost.az xəbər verir ki, Xalq artisti “Kulis”ə müsahibəsində deyib ki, mahnının sözlərini, musiqisini bəyənib və ifa edib.“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Alim Qasımov bildirib.Onun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş:“Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”....

21 Sentyabr 2026, 15:40

Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi

Xalq artisti Nazpəri Dostəliyeva uzun illik fasilədən sonra Heydər Əliyev adına Sarayda böyük konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.Citypost.az "Yeni Sabah"a istinadən xəbər verir ki, sənətçinin “Belə ayrılmayaydıq” adlı konserti 20 fevralda baş tutacaq.20 ildən sonra Saray səhnəsinə qayıdan Nazpəri Dostəliyevanın konsert gecəsində sevənlərini bir sıra sürprizlər gözləyir. Gecənin xüsusi qonaqlarının kimlər olacağı, səhnədə hansı fərqli təqdimatların və yeniliklərin yer alacağı maraq doğurur. pizza mizzaArtıq konsert proqramı üçün ilk fotosessiyasını təqdim edən sənətçinin səhnə hazırlıqları da diqqət çəkib.Nazpəri Dostəliyevanın konsert gecəsində baş verəcək bütün sürprizlər isə 20 fevralda bəlli olacaq....

19 Sentyabr 2026, 10:45

“Aşk-ı Memnu”nun Arsen Ziyagili vəfat edib 

Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə məlumatı aktrisanın sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.Gülsen Tuncerin bir müddətdir xərçənglə mübarizə apardığı bildirilirdi.Qeyd edək ki,Gülsen Tuncer 1945-ci ildə Adanada anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib, Yıldız Kenter və Ayla Alqan kimi sənət ustalarından təhsil alıb. G.Tuncer peşəkar teatr fəaliyyətinə 1968-ci ildə Gülriz Sururi-Engin Cezzar Teatrının “Zilli Zarife” tamaşası ilə başlayıb. Daha sonra teatrla yanaşı, kino və televiziya layihələrində də rol alıb. O, təxminən 40 filmdə rejissor köməkçisi və assistent kimi çalışıb. Aktrisa “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen xanım obrazı...

18 Sentyabr 2026, 10:49

Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi

Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.Citypost.az xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.Qeyd edək ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə əlaqədar məhkəmə tərəfindən xitamla nəticələnib.(oxu.az)...

17 Sentyabr 2026, 21:38

Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib 

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.Mədəniyyət Nazirliyindən Citypost.az-a verilən məlumata görə, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və...

14 Sentyabr 2026, 09:23

Bir kadrda 5 məşhur sənətçi – Onlardan yalnız biri sağdır

Azərbaycan kinosunun və teatrının görkəmli nümayəndələrinin illər əvvəl çəkilmiş fotosu sosial şəbəkələrdə maraq doğurub.Citypost.az Fotoda Xalq artisti Hacı Murad Yagizarov, İnquşetiyanın Xalq artisti, aktrisa Tamara Yandıyeva, Xalq artisti, kino rejissoru Eldar Quliyev, Xalq artisti Ənvər Həsənov və Əməkdar artist Hamlet Xanızadə yer alıb.Fotoya baxarkən sənət adamlarının hər birinin Azərbaycan kino və teatr tarixində özünəməxsus iz qoyduğu diqqət çəkir. Lakin zaman keçdikcə həmin simaların əksəriyyəti həyatdan köçüb.Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il sentyabrın 3-də Almaniyada vəfat edib. Azərbaycan kinosunun tanınmış rejissorlarından olan Eldar Quliyev isə 2021-ci il aprelin 16-da müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində dünyasını dəyişib.Xalq artisti Ənvər Həsənov...

14 Sentyabr 2026, 09:09