Ceki Çan Bakıya gəlib: Yeni filmi bu ərazilərdə çəkiləcək
Sənət aləmi 04 Avqust 2026, 12:14
488
Dünyada ən çox sevilən aktyorlardan biri, bir çoxlarının uşaqlıq əfsanəsi Ceki Çanın Bakıya gəlib.
Citypost.az-ın məlumatına görə, məşhur aktyor "Tanrının zirehi" film seriyasının 4-cü ekran işinin çəkilişləri üçün Azərbaycana gəlib. Filmin çəkilişlərinin bir hissəsi Qazaxıstanda aparılıb, hazırda isə Bakıda 10 gün ərzində davam etdirilməsi planlaşdırılır.
Filmin istehsalını Qazaxıstanın "Salem Entertainment" şirkəti həyata keçirir. Ekran işinin bəzi səhnələrinin Azərbaycanda çəkilməsi də məhz Qazaxıstan tərəfindən tövsiyə edilib. Ceki Çanın Azərbaycana səfərinin Qazaxıstan səfirliyinin dəstəyi ilə reallaşdığı bildirilir.
Həmçinin oxuyun
Aktyor Bakıda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi turistik yerlərdə çəkiliş edəcək./Milli.Az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müğənni Rəqsanə həbsxanadakı günlərindən danışdı:"Hər gün yanıma dörd sərçə gəlirdi"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Rəqsanə İsmayılova olub.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi verilişdə həbsdə keçirdiyi günlərdən danışıb."Həbsdə olduğum ikinci gün pəncərəmin önünə dörd sərçə gəldi. Mənim də dörd övladım var. O an çörəyi doğrayıb pəncərənin önünə qoydum. Yanımdakı qadınlar dedilər ki, bura sərçələr adətən dəstə ilə gəlir. Amma həmin dörd sərçə mən oradan çıxana qədər hər gün eyni saatda gəlməyə davam etdi. Hiss edirdim ki, balalarımı görə bilmədiyim üçün Allah onları mənə təsəlli kimi göndərib", - deyə Rəqsanə bildirib.Müğənni səhnəyə ilk dəfə çıxdığı gündən sonra daxilən tamamilə dəyişdiyini də etiraf edib."Səhnəyə çıxdığım gün əvvəlki Rəqsanə...
04 Avqust 2026, 11:20
Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib.
03 Avqust 2026, 11:44
Azərbaycan Kinosu Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Kinosu Günü 2 avqust Azərbaycan Kinosu Günü ilə əlaqədar 31 avqust 2026-cı il tarixində Nizami Kino Mərkəzində tədbir keçirilib.
01 Avqust 2026, 12:00
“44” bədii filmi üzərində iş yekunlaşıb
“44” bədii filmi üzərində iş yekunlaşıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.“Filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edildi.Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram!Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı.Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik.Premyera bu ilin payızında nəzərdə tutulub.Filmin treyleri növbəti paylaşımımızda təqdim olunacaq”,-Anar Ələkbərov qeyd...
30 İyul 2026, 20:23
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirilib
Əməkdar İncəsənət xadimi, xanəndə Aqil Məlikovun səhhətində problem yaranıb.Citypost.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.O bildirib ki, həkim müayinəsindən sonra Aqil Məlikovun ürək damarlarının tutulduğu məlum olub: "Sabah açıq ürək əməliyyatı olunacağı gözlənilir".
30 İyul 2026, 18:19
Elşad Paşasoydan SƏRT sözlər : "Kino çıxartmayın, kino çəkin!"
Tanınmış jurnalist Elşad Paşasoy Azərbaycan Kinematoqrafçılar İttifaqında uzun illərdir davam edən qarşıdurmalara münasibət bildirib.Cityost.az xəbər verir ki, jurnalist qeyd edib ki,Oskar mükafatına iddialı, xüsusilə Qarabağ Zəfəri və Şuşanın ucalığı haqqında filmlər çəkmək əvəzinə, illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında gedən "amansız döyüşlər" davam edir.Jurnalist bildirib ki, vaxtilə Rüstəm İbrahimbəyov–Şəfiqə Məmmədova qarşıdurması, daha sonra Rasim Balayev–Şəfiqə Məmmədova mübahisələri yaşanıb. Onun sözlərinə görə, iki sənətkar yüksək ehtiramla son mənzilə yola salındıqdan sonra indi də Şəfiqə Məmmədova ilə Əli İsa Cabbarov arasında növbəti "duel"in başlanmasına saatlar qalıb.Elşad Paşasoy paylaşımını belə yekunlaşdırıb:"Bu kino ki, var: həm qəlizdir, həm də…Kino çıxartmayın, kino çəkin", əziz sənət adamları!...
30 İyul 2026, 12:01