Bizə yazın

Baku

-°C

USD

-

Vüsal Əliyevin milyon baxışlıq videosu “YouTube”-dan silindi - SƏBƏB

Sənət aləmi 10 Oktyabr 2024, 10:59

12361

Tanınmış şair Şəmsi Vəfadarla müğənni  Vüsal  Əliyev arasında mahnı qalmaqalı  barədə  məlumat  vermişdik.

Müğənniyə böyük  şöhrət gətirmiş “Ya sev,ya öldür məni” mahnısının sözlərinin  müəllifi  şair Şəmsi  Vəfadar  olsa da,müğənni  rəsmi  “Youtube” kanalında  və digər  hesablarında  sözlərin  müəllifi  kimi  özünü göstərmişdi. Bununla bağlı  saytımıza açıqlama  verən şair  Şəmsi Vəfadar müğənnini məhkəməyə  verəcəyini  açıqlamışdı.

CityPost.az xəbər verir ki, Vüsal Əliyevin ifasında olan həmin mahnı müəlliflik hüququnun pozulmasına görə “YouTube”-dən silinib. Milyonlarla baxışı olan  sevilən mahnının  silinməsindən sonra müğənni  sözügedən mahnını yenidən rəsmi “YouTube” hesabına  yükləyib.

Bu  dəfə O, əvvəlkindən fərqli olaraq mahnının  müəllifi kimi  öz adını  göstərməyib.Bununla  yanaşı mahnının sözlərinin müəllifi  Şəmsi  Vəfadarın da  adı  qeyd  edilməyib.

 

 

Məsələ ilə bağlı  şair  Şəmsi  Vəfadar  da münasibət bildirib.

“Vüsal Əliyev baş verənlərdən nəticə çıxararaq mahnının sözlərinin və musiqisinin müəllifi kimi bu dəfə özünü göstərməyib.Amma başa düşmür ki, hər mahnının söz yazarı və bəstəkarı olur. Müəlliflərinin  adı  qeyd olunmayan mahnı ata-anası bəlli  olmayan uşaqlara bənzəyir. Yaxşı olar ki, nə qədər gec deyil,Vüsal Əliyev etdiyi səhvi bərpa etsin ki,məhkəmə müstəvisində görüşməyək.”,-deyə Şəmsi Vəfadar bildirib.

Məsələ ilə bağlı müğənni Vüsal Əliyevlə əlaqə saxlamağa çalışsaq da,zənglərimizə  cavab  vermədi.

 

Müəllif: Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası

Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi.  Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.Azərbaycanın onlarla aktyor, Xalq...

05 Sentyabr 2026, 15:55

Şirbalanın Nazlısının faciəvi həyatı 

Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.***Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci...

04 Sentyabr 2026, 13:57

Tanınmış müğənninin toy tarixini açıqladı

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib.Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənni bu ilin iyulunda nişanlanıb. O, “Ay yüzlüm” mahnısı ilə Azərbaycanda və Türkiyədə məşhurlaşıb

04 Sentyabr 2026, 08:13

“100 dollar götürdük, çox utanırdım” - Xalq artistindən maraqlı etiraf

Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.Citypost.az  xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:“Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, “ağlın olsun, orda pul çoxdur, hiss...

03 Sentyabr 2026, 22:02

Aktrisa seriallardakı eyni aktyor heyətindən narazılığını bildirdi  

Əməkdar artist Elmira Kərimova Azərbaycanda çəkilən seriallarda eyni aktyor heyətindən istifadə olunmasını tənqid edib.Citypost.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə serial və film çəkən yaradıcı heyətlərə müraciət edərək onların peşəkarlığına və gördükləri işə sözünün olmadığını bildirib.Elmira Kərimovanın sözlərinə görə, əsas narazılığı müxtəlif seriallarda eyni aktyor truppasının və oxşar üslubun təkrar-təkrar istifadə olunması ilə bağlıdır.“Sözüm serial, dizi çəkənlərədir. Ustalıqlarına, işlərinə sözüm yoxdur. Amma nəyə görə eyni aktyor truppası ilə çalışırlar? Seriallar sanki bir-birinin eynisidir. Sanki yeni üzlərlə çalışmağa çəkinirlər. Təəssüf edirəm”,** – deyə Əməkdar artist qeyd edib.O, fikirlərinə nümunə olaraq Kənan MM-in “Çinar ömrü”, “Günahsız günahkarlar” və “Qayıdış”**...

03 Sentyabr 2026, 10:52

Leyla Turandan Roza Zərgərliyə dəstək: “Bəs bizdən kim çıxış edə bilərdi?”  

Tanınmış jurnalist Leyla Turan müğənni Roza Zərgərlinin Bişkekdə prezidentlərin iştirak etdiyi tədbirdə səhnəyə çıxış etməsi ilə bağlı tənqidlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Leyla Turan sosial şəbəkə hesabında paylaşım edərək Roza Zərgərlinin belə bir tədbirdə Azərbaycanı təmsil etməsinin normal olduğunu qeyd edib.“Deyirlər, niyə Roza Zərgərli Bişkekdə prezidentlərin qarşısında çıxış etdi? Niyə etməməli idi? Dəvət ediblər, iştirak edib. Seçim onun üzərinə düşüb və səhnəyə çıxıb. Üstəlik, 51 minlik stadionda Azərbaycanı təmsil edib”, – deyə jurnalist bildirib.O, Roza Zərgərlinin “İstədim” mahnısının xaricdə də tanındığını vurğulayıb:“‘İstədim’ də artıq onun ən çox tanınan mahnılarından biridir. Dünyanı gəzib həmin mahnı ilə çıxış edir, haraya gedirsə,...

02 Sentyabr 2026, 10:11