Bizə yazın

Baku

-°C

USD

-

Leyla Turandan Roza Zərgərliyə dəstək: “Bəs bizdən kim çıxış edə bilərdi?”  

Sənət aləmi 02 Sentyabr 2026, 10:11

318

Tanınmış jurnalist Leyla Turan müğənni Roza Zərgərlinin Bişkekdə prezidentlərin iştirak etdiyi tədbirdə səhnəyə çıxış etməsi ilə bağlı tənqidlərə münasibət bildirib.

Citypost.az xəbər verir ki, Leyla Turan sosial şəbəkə hesabında paylaşım edərək Roza Zərgərlinin belə bir tədbirdə Azərbaycanı təmsil etməsinin normal olduğunu qeyd edib.

“Deyirlər, niyə Roza Zərgərli Bişkekdə prezidentlərin qarşısında çıxış etdi? Niyə etməməli idi? Dəvət ediblər, iştirak edib. Seçim onun üzərinə düşüb və səhnəyə çıxıb. Üstəlik, 51 minlik stadionda Azərbaycanı təmsil edib”, – deyə jurnalist bildirib.

O, Roza Zərgərlinin “İstədim” mahnısının xaricdə də tanındığını vurğulayıb:

“‘İstədim’ də artıq onun ən çox tanınan mahnılarından biridir. Dünyanı gəzib həmin mahnı ilə çıxış edir, haraya gedirsə, onu oxuyur”.

Leyla Turan əsas sualın isə Roza Zərgərlinin deyil, Azərbaycanın beynəlxalq səhnədə kim tərəfindən təmsil olunması olduğunu bildirib.

“Bəs bizdən kim çıxış edə bilərdi? Adını çəkin. Kim var? Elə bir müğənni varmı ki, hazırda xaricdə tanınan, özünün məşhurlaşmış mahnısı olsun və belə beynəlxalq səhnədə Azərbaycanı təqdim edə bilsin?” – deyə o qeyd edib.

Jurnalist bildirib ki, bəzən öz sənətçilərinin uğuruna sevinmək əvəzinə onları tənqid etməyə üstünlük verilir.

“Qonşu ölkədə Azərbaycan mahnısı səslənir, 20-yə yaxın ölkənin liderlərinin iştirak etdiyi tədbirdə bizim müğənni səhnəyə çıxır – biz isə yenə ‘niyə Roza?’ deyirik. Bəlkə bir dəfə də ‘nə yaxşı ki, bizim müğənni çıxış etdi’ deyək?” – deyə Leyla Turan vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli tanınmış rejissordan yazdı

Azərbaycan kinosunun tanınmış rejissoru Vaqif Azəryarın doğum günüdür.Citypost.az xəbər verir ki, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bu münasibətlə sosial şəbəkədə paylaşım edərək rejissoru təbrik edib.Qulu Məhərrəmli bildirib ki, Vaqif Azəryarın çəkdiyi bədii, sənədli və qısametrajlı filmlər tamaşaçılar tərəfindən daim maraqla qarşılanır.Professor xüsusilə rejissorun “Harmoniya”, “Qarabağ şikəstəsi” və Yaşar Niri ilə birlikdə çəkdiyi, ssenarisi Ə.Pəhləvana məxsus olan “Spasibo” qısametrajlı filmlərini ciddi sənət hadisəsi kimi dəyərləndirib.“Yolunu və yerişini itirmiş kino sənətimizi dirçəltmək üçün Vaqif Azəriyar kimi bacarıqlı və istedadlı rejissorlara böyük ehtiyac vardır”, – deyə Qulu Məhərrəmli qeyd edib.O, Vaqif Azəryarı doğum günü münasibətilə təbrik edərək dəyərli sənətkara və...

02 Sentyabr 2026, 09:31

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.Citypoat.az Globalinfo.az-a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib....

26 Avqust 2026, 08:30

Cabir İmanovun məzarüstü abidəsi hazırlandı- FOTO

Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb.Citypost.az xəbər verir ki, 2025-ci ilin sentyabrında vəfat edən aktyorun məzarüstü abidəsi artıq hazır vəziyyətə gətirilib.Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, uzun illər “Planet Parni iz Baku” KVN Teatrında fəaliyyəti ilə tanınıb, yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanıb.Aktyor eyni zamanda müxtəlif televiziya və səhnə layihələrində iştirak edib. 2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. Onun qəfil ölümü sənət ictimaiyyətində böyük kədər yaradıb.Aktyor Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn...

25 Avqust 2026, 08:39

Azərbaycan kinosunun əfsanəvi siması: Xalq artisti Şahmar Ələkbərovun xatirəsinə

Bu gün Azərbaycan mədəniyyət və incəsənətinin əfsanəvi nümayəndəsi, həm aktyor, həm ssenarist, həm rejissor, həm də dublaj sənətçisi kimi qısa ömründə mədəniyyətimizə dəyəri ölçüyəgəlməz töhfələr vermiş böyük sənətkar, Azərbaycan SSR-in xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun doğum günüdür. 1943-cü ilin bu günü Gəncədə dünyaya göz açan sənətkar kino və dublyaj sənətindəki yorulmaz fəaliyyəti, oynadığı və səsləndirdiyi rollarla xalqımızın qəlbində taxt qurmuş, adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırmışdır. "Dağlarda döyüş", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə oynadığı rollarla əfsanələşən sənətkar "Qanlı zəmi" filmində yaradıcılığının son illərində oynadığı “İbiş” rolu ilə həm müsbət, həm də mənfi rolun necə ustalıqla oynanıla biləcəyini...

24 Avqust 2026, 21:28

​"Nəsimi" filmi necə çəkildi? – Həsən Seyidbəylinin tarixi ekran işinin pərdəarxası

İMADƏDDİN NƏSİMİYƏ EHTİRAMLA! Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir. Bakıya döndükdən sonra isə Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir. Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı, Rəsul Rza və alim Araz Dadaşzadə Azərbaycanın...

19 Avqust 2026, 20:35

Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı

Müğənni Dəniz Firudinli çıxış etdiyi məkanlardan birində lentə alınan görüntüləri ilə diqqət çəkib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, ifaçının son görüntülərində əvvəlki görünüşündən xeyli fərqlənməsi, xüsusilə sürətlə çəki atması izləyicilərin diqqətindən yayınmayıb.Dənizin kəskin şəkildə dəyişən görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin yeni görünüşü ilə bağlı müxtəlif fikirlər bildiriblər.Sənətçinin sözügedən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

19 Avqust 2026, 08:02