İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 09 Sentyabr 2025, 10:27
7657
Azərbaycan Prezidenti İlham Əliyev "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
CityPost.az xəbər verir ki, müraciət mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları,
Sizi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
İlk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur.
Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir.
Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.
Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir. Buna baxmayaraq, təəssüf ki, qitə ölkələrinin də daxil olduğu Qlobal Cənub əhəmiyyətli qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmur.
2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış etmiş, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışmışdır. Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşmüşdür.
Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.
Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır.
Həmçinin oxuyun
Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək.
Hörmətli Forum iştirakçıları,
Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Azərbaycan cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etmiş, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir.
2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur.
Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda, AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük.
Əminəm ki, nüfuzlu beyin mərkəzlərinin iştirakı ilə keçirilən hazırkı Forum Azərbaycan sədrliyinin prioritetləri də daxil olmaqla AQEM-in gündəliyində duran qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə dəyərli töhfə verəcəkdir.
Forumun işinə müvəffəqiyyətlər arzulayır, uğurlu nəticələrin əldə edilməsini diləyirəm".
09:20
Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, müraciət mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Meloni İlham Əliyevə təşəkkür etdi
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsində yazıb."Təşəkkür edirəm, əziz Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə", - Meloni qeyd edib.O vurğulayıb ki, son illər ərzində İtaliya və Azərbaycan ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar."Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir", - İtaliya Baş naziri qeyd edib....
04 Sentyabr 2026, 20:33
Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”
Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”Amerika və Yaponiya, habelə Stalin və Trumen üz-üzəBəlkə də bu başlıq çoxlarına qəribə və gözlənilməz gələ bilər.Amma və lakin...Məsələ burasındadır ki, Türkiyə və SSRİ arasında zaman-zaman gizli və aşkar ziddiyyətlər mövcud olmuşdur. Bu konflikt 1945- ci ildən sonra özünün pik nöqtəsinə çatdı. Bəhanə də bu idi ki, guya türklər Qaradəniz, habelə Dardanel və Bosfor hövzəsində sərt rejim tətbiq etməkdədir. Bundan əlavə, Sovet rəhbərliyi yalana və şantaja əl ataraq Türkiyənin vaxtilə faşit İtaliyası ilə nasist Almaniyasına müəyyən məsələlərdə güzəştə getməsini iddia edirdi. Müharibədə böyük itki versə də, müttəfiqlərinin köməyi sayəsində qalib kimi çıxan SSRİ və onun...
04 Sentyabr 2026, 15:45
Əliyev və Pezeşkianın görüşü niyə diqqət çəkir? Politoloq səbəbləri AÇIQLADI
Politoloq Samir Feyruzov Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın görüşlərindəki səmimiyyətə diqqət çəkib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında paylaşım edərək iki liderin görüşlərinin diplomatik çərçivədən kənar, təbii və səmimi atmosferdə keçdiyini bildirib.“Diqqət etmişəm, İlham Əliyev və Məsud Pezeşkianın görüşlərində həmişə fərqli, şablondan kənar, qarşılıqlı sağlam gülüşlə müşahidə olunan, tamamilə təbii və əsl qardaşlıq nümunəsi sayılan səmimiyyət olub”, – deyə Samir Feyruzov qeyd edib.O bildirib ki, iki prezidentin görüşlərində diplomatik çalar axtarmağa ehtiyac görmür və qarşılıqlı münasibətlərdə səmimiyyətin ön planda olduğunu düşünür:“İki prezidentin görüşlərində heç zaman diplomatik çalar axtarmamışam, səmimiyyət həmişə öndə olub. Bir qucaqlaşmaq hər...
04 Sentyabr 2026, 09:37
Politoloq: Ankara yeni geosiyasi istiqamət seçir
1952-ci ildən NATO üzvü olan, 1987-ci ildənsə Avropa İttifaqına üzvlük üçün rəsmi ərizəylə müraciət edən Türkiyənin Çin-Rusiya-İran üçlüsünün yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmağa can atması artıq rəsmi Ankaranın Qərb bloklarında perspektiv görmədiyinin növbəti dəlilidir.Ərdoğan addım-addım Türkiyəni Qərb bloklarına inteqrasiya siyasətindən qopararaq, ölkəsinin daha güclü və hörmətedilən ola biləcəyi Şərq blokuna çəkir və buna da nail olur. ŞƏT-in Bişkek sammitində, əslində, ən çox diqqət yetirilməli məsələlərdən biri İslam dünyasının liderliyinə iddialı iki ölkə rəhbərinin - həm Türkiyə, həm də İran prezidentlərinin Yaxın Şərqdəki İsrail işğalına qarşı ortaq mövqe nümayiş etdirmələri idi. ABŞ və İsrailin onilliklər boyu üz-üzə qoymağa, bir-birinə...
04 Sentyabr 2026, 08:45
Si Cinpin Pezeşkiyana niyə xüsusi diqqət ayırmadi? Heydər Oğuz səbəbləri AÇIQLADI
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitinin ən gözləniləməz və diqqətdən yayınan hadisəsi Çin Prezidenti Si Cinpinlə İran Prezidenti Məsud Pezeşkiyan arasında keçirilən bir neçə dəqiqəlik görüş olub. İran mediasının iddiasına görə, bu “xala xətrin qalmasın” görüşdə iki lider ölkələri arasında A-dan Z-yə qədər bir çox məsələləri müzakirə ediblər. Çin və Qərb mediası isə başqa şeylər deyir.Çinin rəsmi media orqanları Si Cinpinin digər liderlərlə görüşünə uzun-uzadı yer versələr də Pezeşkiyanla mütəvazi görüş barədə heç nə yazmayıblar. Qərb media orqanları isə etibarlı mənbələrinə istinad edərək bildiriblər ki, İran tərəfi əslində Si Cinpinlə geniş formatlı görüş keçirmək barədə düşünürmişlər. Amma Si Cinpin buna ehtiyac...
03 Sentyabr 2026, 11:34
Baş redaktor: İlham Əliyevi həmkarlarından heç kimlə müqayisə etmək olmaz
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti və liderlik keyfiyyətləri onun həmkarlarından fərqləndirən əsas xüsusiyyətlərdəndir.Bu barədə Yeni Azərbaycan qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev sosial şəbəkə hesabında paylaşım edib.Alqış Musayev bildirib ki, İlham Əliyevi digər dövlət başçıları ilə müqayisə etmək mümkün deyil.“İlham Əliyevi öz həmkarlarından kimlə müqayisə etmək olar? Heç kimlə! Onun fəaliyyəti rəsmi statusunun hüdudlarına sığmır. O, Böyük Liderdir”,** – deyə jurnalist qeyd edib.Əməkdar jurnalist paylaşımında “Böyük Lider” anlayışına da toxunaraq bildirib ki, əsl liderin özünəməxsus hekayəsi və keçdiyi yol olur.Onun sözlərinə görə, müasir dövrdə özünəməxsus siyasi hekayəsi olan dövlət rəhbərlərinə demək olar ki, rast gəlinmir. Bu baxımdan İlham...
03 Sentyabr 2026, 10:40