Stomatoloq: “Dişlərin gündə iki dəfə fırçalanması vacibdir”
Tibb 18 May 2026, 12:00
381
Diş və ağız boşluğu sağlamlığının qorunması üçün gündəlik gigiyena qaydalarına əməl etmək vacib hesab olunur.
Mütəxəssislər bildirirlər ki, düzgün qulluq edilmədiyi halda dişlərdə çürümə, diş əti problemləri və digər stomatoloji xəstəliklərin yaranma riski artır. Bununla yanaşı, yalnız ev şəraitində edilən qulluq hər zaman kifayət etmir və müəyyən aralıqlarla peşəkar stomatoloji baxış da vacib sayılır.
Stomatoloq İsgəndər İsgəndərli Citypost.az-a açıqlamasında bildirib ki, dişlərin sağlam qalması üçün ilk növbədə gündəlik ağız gigiyenasına ciddi şəkildə əməl olunmalıdır. Onun sözlərinə görə, insanlar gündə ən azı iki dəfə dişlərini düzgün qaydada fırçalamalıdırlar. Həkim qeyd edib ki, dişlərin yalnız səhər deyil, xüsusilə gecə yatmazdan əvvəl təmizlənməsi olduqca vacibdir.
İ.İsgəndərli əlavə edib ki, ağız qarqaralarından istifadə də ağız boşluğunun gigiyenasının qorunmasına kömək edir. Onun fikrincə, qarqaralar bakteriyaların azalmasına və ağızda yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına dəstək verir.
Həkim diş sapının istifadəsini də vacib məqamlardan biri kimi qiymətləndirib. O bildirib ki, diş fırçası bəzi nahiyələri tam təmizləyə bilmədiyi üçün həmin bölgələrin diş sapı vasitəsilə təmizlənməsi mühüm əhəmiyyət daşıyır.
Həmçinin oxuyun
Stomatoloqun sözlərinə görə, ideal halda diş sapından hər yeməkdən sonra istifadə olunmalıdır. Bu mümkün olmadıqda isə ən azı yatmazdan əvvəl diş sapı ilə təmizlik aparılması tövsiyə edilir.
Həkim vurğulayıb ki, gündəlik gigiyena qaydalarına əməl olunması diş sağlamlığının qorunmasında mühüm rol oynasa da, müəyyən aralıqlarla stomatoloq müayinəsindən keçmək və peşəkar təmizlik etdirmək də vacibdir. Çünkü bəzi problemlər ilkin mərhələdə ağrı vermədən inkişaf edir və yalnız həkim müayinəsi zamanı aşkar edilə bilir.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uzun müddət telefon istifadəsi depressiv əlamətlər yarada bilər
Son illər smartfon və sosial şəbəkələrdən həddindən artıq istifadə insanların həm fiziki, həm də psixoloji sağlamlığına təsir edən əsas problemlərdən birinə çevrilib. Xüsusilə gecə saatlarınadək telefondan istifadə etmək, fasiləsiz internetdə vaxt keçirmək və yuxu rejiminin pozulması bir çox insanlarda psixoloji gərginlik yaradır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, telefon və sosial şəbəkələr birbaşa depressiya yaratmasa da, depressiv əlamətlərin ortaya çıxmasına ciddi təsir göstərə bilər. Xüsusilə gecə saatlarında uzun müddət telefondan istifadə edən insanlarda yuxu keyfiyyəti pozulur və bu da psixoloji vəziyyətə mənfi təsir edir.Mütəxəssislərin sözlərinə görə, telefon ekranından yayılan işıq beynin dərin yuxuya keçməsinə mane olur. Nəticədə insan səhər yorğun,...
18 May 2026, 10:42
Dermatoloqlardan xəbərdarlıq: pullu dəmrov yalnız dəri xəstəliyi deyil
Psoriaz və ya xalq arasında “pullu dəmrov” kimi tanınan xəstəlik təkcə dəri problemi hesab olunmur. Citypost.az-a mütəxəssislər bildirirlər ki, bu xəstəlik zamanında nəzarət altına alınmadıqda oynaqlara və bəzi daxili orqanlara da ciddi təsir göstərə bilər.Həkimlərin sözlərinə görə, psoriaz xəstələrinin müəyyən hissəsində zamanla “psoriatik artrit” adlanan oynaq xəstəliyi inkişaf edir. Statistik məlumatlara əsasən, təxminən hər 5 psoriaz xəstəsindən birində bu problemə rast gəlinə bilər. Bəzi hallarda isə oynaq problemləri dəri əlamətləri olmadan belə başlaya bilir.Mütəxəssislər qeyd edirlər ki, psoriatik artrit zamanı əl və ayaq barmaqlarında şişkinlik, ağrı və hərəkət məhdudiyyəti yaranır. Xüsusilə barmaq falangalarının şişməsi “daktilit” adlanan vəziyyətə səbəb olur. Bu zaman...
18 May 2026, 08:46
Uşaqlarda xoruldama və ağız açıq nəfəs alma ciddi problemlərin xəbərçisi ola bilər
Mütəxəssislər bildirirlər ki, uşaqlarda davamlı xoruldama, ağız açıq nəfəs alma və burun tutulması valideynlərin ciddi yanaşmalı olduğu problemlərdəndir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu hallar əksər vaxt burun əti və boğaz ətinin böyüməsi ilə əlaqəli olur və uşağın həm sağlamlığına, həm də inkişafına mənfi təsir göstərə bilər.Həkimlər qeyd edirlər ki, normalda uşaq burun vasitəsilə rahat nəfəs almalıdır. Əgər uşaq daim ağız açıq şəkildə nəfəs alırsa, xüsusilə gecələr xoruldayırsa, bu artıq hava yollarında maneənin olduğunu göstərə bilər. Belə uşaqların bir çoxunda yeməkdən qaçma halları da müşahidə olunur. Çünki ağız onların əsas nəfəs alma yoluna çevrildiyi üçün yemək yeyərkən nəfəs almaqda...
15 May 2026, 10:55
Göz ətrafına botoks vurulması katarakta yaradırmı?
Son illərdə estetik prosedurlar arasında Botoks injeksiyalarına maraq xeyli artıb. Xüsusilə göz ətrafındakı qırışların aradan qaldırılması məqsədilə tətbiq edilən botoksla bağlı ən çox verilən suallardan biri də onun göz sağlamlığına təsiri və katarakta yaradıb-yaratmamasıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, botoks əsasən əzələlərə təsir edən preparatdır və göz ətrafında yerləşən mimik əzələlərin fəaliyyətini müvəqqəti zəiflətmək üçün istifadə olunur. Həkimlər bildirirlər ki, hazırkı tibbi müşahidələrdə botoksun birbaşa Katarakta yaratdığı və ya onun inkişafını sürətləndirdiyi elmi şəkildə təsdiqlənməyib.Lakin mütəxəssislər qeyd edirlər ki, botoks tamamilə risksiz prosedur da hesab olunmur. Xüsusilə inyeksiyanın düzgün nahiyəyə vurulmaması və ya preparatın ətraf toxumalara yayılması bəzi fəsadlara...
15 May 2026, 10:44
Kardioloqlardan xəbərdarlıq: “Hipertoniya sakit qatildir"
Mütəxəssislər bildirirlər ki, Arterial hipertenziya hazırda dünyada və Azərbaycanda ən geniş yayılmış ürək-damar xəstəliklərindən biri hesab olunur. Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, bu xəstəliyin ən təhlükəli tərəfi uzun müddət heç bir əlamət vermədən insan orqanizminə ciddi zərər vurmasıdır. Elə buna görə də hipertoniya tibbdə “sakit qatil” adlandırılır.Kardioloqlar qeyd edirlər ki, Azərbaycanda 30 yaşdan yuxarı insanlar arasında milyonlarla şəxsdə arterial təzyiq yüksəkdir. Aparılan araşdırmalar göstərir ki, bu insanların böyük bir hissəsi ümumiyyətlə yüksək təzyiqdən xəbərsiz yaşayır. Digər bir hissə isə xəstəliyini bilsə də, ya müalicəni düzgün aparmır, ya da dərman qəbulunu yarımçıq saxlayır.Həkimlərin fikrincə, hipertoniya illərlə simptomsuz davam edə bilər. Bir...
15 May 2026, 10:08
Şəhər dəyişmək allergiyanı tam aradan qaldırmır - Həkim məsləhəti
Allergiyadan əziyyət çəkən insanların ən çox verdiyi suallardan biri də yaşayış yerini dəyişməyin şikayətləri azaldıb-azaltmaması ilə bağlıdır. Xüsusilə rütubətli və ya yaşıllıq ərazilərdə yaşayan şəxslər fərqli şəhərə köçdükdə allergiyanın keçəcəyini düşünürlər.Citypost.az xəbər verir ki , həkimlər bildirirlər ki, bu məsələ ilə bağlı müraciətlər kifayət qədər çoxdur. Bəzi pasiyentlər meşəlik və ağaclıq ərazilərdə yaşadıqları üçün tozcuqlara qarşı allergiyalarının artdığını düşünür, digərləri isə dənizkənarı və rütubətli ərazilərin astma və allergik şikayətləri gücləndirdiyini deyirlər.Mütəxəssislərin sözlərinə görə, sağlam insan yaşadığı məkandan asılı olmayaraq burun axması, asqırma, qaşınma, xırıltı, nəfəs darlığı və ya göz sulanması kimi allergik şikayətlər yaşamır. Allergiyanın əsas səbəbi isə immun sisteminin...
14 May 2026, 10:37