Bizə yazın

Baku

-°C

USD

-

40 yaşdan sonra qadınlar hansı analizləri mütləq verməlidir?

Tibb 03 Sentyabr 2026, 10:55

311

Qadınlarda 40 yaşdan sonra hormonal və metabolik balansda nəzərəçarpacaq dəyişikliklər başlamağa bilər. Bu dövrdə hormonal dalğalanmalar fonunda insulin müqaviməti, bel ətrafında yağlanma və ürək-damar xəstəlikləri riski arta bilər.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaş artdıqca maddələr mübadiləsində baş verən dəyişikliklər nəticəsində 2-ci tip şəkərli diabetin yaranma riski də yüksələ bilər. Buna görə 40 yaşdan sonra qadınların qanda şəkər göstəricilərini mütəmadi yoxlatdırmaları vacibdir.Bu yaş dövründə estrogen səviyyəsinin azalması da orqanizmdə müəyyən dəyişikliklərə səbəb ola bilər. Xüsusilə qan yağlarının balansında dəyişikliklər müşahidə oluna, ürək-damar xəstəlikləri üçün risk faktorları arta bilər. Bu səbəbdən lipid göstəricilərinin, yəni xolesterol və digər qan yağlarının mütəmadi nəzarətdə saxlanılması mühüm əhəmiyyət daşıyır.Digər vacib məsələlərdən biri isə qalxanabənzər vəzin xəstəlikləridir. Xüsusilə qadınlarda bəzi autoimmun tiroid xəstəliklərinə, o cümlədən autoimmun tiroiditə daha çox rast gəlinə bilər. Qalxanabənzər vəzin fəaliyyətində yaranan pozuntular yorğunluq, çəki dəyişiklikləri, ürək döyüntüsü və digər müxtəlif simptomlarla özünü göstərə bilər.Bu səbəbdən 40 yaşdan yuxarı qadınların, fərdi risk faktorları nəzərə alınmaqla və həkim tövsiyəsinə uyğun şəkildə, mütəmadi tibbi müayinələrdən keçməsi vacibdir.

Əsas diqqət yetirilən göstəricilərdən biri acqarına qanda şəkər və HbA1c (qlikozilləşmiş hemoglobin) analizidir. Bu göstəricilər şəkərli diabetin və bəzi hallarda qanda şəkərin uzunmüddətli yüksəlməsinin erkən aşkar edilməsinə kömək edir.

İkinci vacib müayinə lipid panelidir. Buraya ümumi xolesterol, LDL xolesterol, HDL xolesterol və triqliseridlər daxildir. Bu göstəricilər ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsində mühüm rol oynayır.

Üçüncü mühüm istiqamət isə tiroid funksiyasının qiymətləndirilməsidir. Həkimin qərarına əsasən TSH və digər müvafiq göstəricilər yoxlanıla bilər. Lazım gəldikdə autoimmun tiroid xəstəliklərinin müəyyən edilməsi üçün əlavə müayinələr də aparılır.

Nəticə etibarilə, 40 yaşdan sonra qadınlarda hormonal və metabolik dəyişikliklərin vaxtında aşkar edilməsi gələcəkdə yarana biləcək ciddi sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Mütəmadi müayinələr diabet, ürək-damar xəstəlikləri və qalxanabənzər vəzi problemləri ilə bağlı riskləri erkən mərhələdə müəyyən etməyə imkan verir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulağa sarımsaq qoymaq niyə təhlükəlidir? – AÇIQLAMA

Qulaq ağrısı insanların gündəlik həyatda tez-tez qarşılaşdığı narahatlıqlardan biridir. Ağrı başlayan kimi bir çox insan ev şəraitində müxtəlif üsullara əl atır, qulağın içinə isti yağ tökür, aptekdən aldığı damcılardan istifadə edir və ya xalq arasında geniş yayılmış üsullardan biri kimi sarımsaq qoymağa çalışır. Lakin mütəxəssislər bildirirlər ki, qulaq ağrısının səbəbi müəyyən edilmədən qulağın içinə hər hansı maddənin və ya vasitənin tökülməsi bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, ilk növbədə qulaq ağrısının haradan qaynaqlandığını müəyyən etmək lazımdır. Çünki qulaq ağrısı hər zaman eyni səbəbdən yaranmır. Ağrı xarici qulaq yolunda baş verən iltihab və ya...

03 Sentyabr 2026, 09:55

Sızanaqları sıxmaq təhlükəlidir? – Mütəxəssislərdən AÇIQLAMA

Sızanaq, yəni tibbi adı ilə akne, xüsusilə yeniyetməlik və gənclik dövründə ən geniş yayılmış dəri problemlərindən biridir. Bir çox insan sızanaqları sadəcə üzdə yaranan müvəqqəti kosmetik problem kimi qəbul etsə də, dermatoloqlar bildirirlər ki, bu vəziyyət bəzi hallarda həm dəri sağlamlığına, həm də insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, akne təkcə yeniyetmələrin problemi deyil. Statistik məlumatlar göstərir ki, dünya üzrə çox sayda insan həyatının müxtəlif dövrlərində sızanaqlarla qarşılaşır. Xüsusilə 16–24 yaş aralığında akne daha geniş yayılır. Lakin 25 yaşdan sonra da sızanaqların davam etməsi və ya sonradan yaranması mümkündür. Bu səbəbdən “sızanaq yalnız...

03 Sentyabr 2026, 08:55

Çənədə “çıqqıltı” təhlükəli ola bilərmi?

Çənədə “çıqqıltı” təhlükəli ola bilərmi?Ağızınızı açıb-bağlayarkən çənə nahiyəsindən “çıqqıltı”, “xırtıltı” və ya digər səslər gəlirsə, bunu adi və əhəmiyyətsiz hal hesab edib uzun müddət diqqətdən kənarda saxlamaq düzgün olmaya bilər. Bir çox insan çənədən gələn səslərin ağrı yaratmadığı üçün təhlükəli olmadığını düşünür. Lakin bəzi hallarda bu səslər çənə oynağında baş verən funksional dəyişikliklərin ilk əlamətlərindən biri ola bilər.Citypost.az xəbər verir ki, çənə oynağı, yəni temporomandibulyar oynaq insan orqanizmində olduqca mürəkkəb quruluşa malik oynaqlardan biridir. Bu oynaq danışarkən, yemək yeyərkən, əsnəyərkən və ağızı açıb-bağlayarkən daim fəaliyyət göstərir. Çənə sümükləri, əzələlər, bağlar və oynaq daxilində yerləşən xüsusi disk birlikdə işləyərək çənənin rahat...

02 Sentyabr 2026, 11:36

Metastaz: Müalicə üçün ümid qalırmı?

Xərçəngin metastaz verməsi insanların ən çox qorxduğu hallardan biridir. Bir çoxları metastaz aşkar olunduqda xəstəliyin artıq müalicə olunmasının mümkün olmadığını düşünür. Mütəxəssislərin fikrincə isə, xərçəngin başqa orqanlara yayılması ciddi və mürəkkəb mərhələ olsa da, bu, hər zaman müalicə imkanlarının tamamilə tükənməsi anlamına gəlmir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, metastaz bədxassəli şiş hüceyrələrinin ilkin yarandığı orqandan ayrılaraq qan və ya limfa sistemi vasitəsilə bədənin digər nahiyələrinə yayılmasıdır. Uzaq orqanlarda metastazların aşkarlanması adətən xəstəliyin IV mərhələyə keçdiyini göstərir. Bununla belə, hər bir xərçəng növünün gedişi, bioloji xüsusiyyətləri və müalicəyə reaksiyası fərqli olduğundan bütün pasiyentlər üçün eyni nəticəni proqnozlaşdırmaq düzgün deyil.Onkoloji sahə...

02 Sentyabr 2026, 09:37

Xolesterindən qorxmaq lazımdırmı? 

Xolesterin haqqında danışarkən insanların əksəriyyətinin ağlına ilk növbədə damarların tutulması, infarkt və digər ürək-damar xəstəlikləri gəlir. Buna görə də bir çoxları xolesterini tamamilə zərərli və orqanizm üçün təhlükəli maddə hesab edir. Halbuki mütəxəssislərin fikrincə, xolesterinə yalnız “düşmən” kimi yanaşmaq düzgün deyil. Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün vacib olan əsas maddələrdən biridir və hüceyrələrin quruluşunda mühüm rol oynayır.Citypost.az-ın məlumatına görə, insan orqanizmindəki hüceyrələrin normal fəaliyyəti üçün xolesterin lazımdır. Bu maddə hüceyrə membranlarının tərkibində iştirak edir, bəzi hormonların yaranmasında mühüm rol oynayır və orqanizmdə bir sıra həyati bioloji proseslərin normal şəkildə davam etməsinə kömək edir. Cinsi hormonların və digər steroid hormonların...

02 Sentyabr 2026, 08:19

Göz zəifləməsi və kataraktaya qarşı lutein mənbəyi olan 5 tərəvəz

Göz sağlamlığının qorunması, yaşla bağlı katarakta, torlu qışanın degenerasiyası kimi ciddi görmə pozuntularının qarşısının alınmasında lutein maddəsi müstəsna rol oynayır. Güclü antioksidant xassəsinə malik bu karotinoid maddə gözün sarı ləkə nahiyəsində toplanaraq torlu qışanı günəşin zərərli ultrabənövşəyi şüalarından, telefon, kompüter ekranlarının mavi işığından müdafiə edir. Orqanizm luteini sərbəst şəkildə sintez edə bilmədiyi üçün görmə itiliyini saxlayan bu vacib maddəni gündəlik rasiona daxil edilən müəyyən tərəvəzlər hesabına almaq lazımdır.Citypost.az xəbər verir ki, lutein baxımından ən zəngin tərəvəzlərin başında tünd yaşıl yarpaqlı ispanaq gəlir. İspanaq tərkibindəki yüksək lutein, zeaksantin konsentrasiyası sayəsində göz hüceyrələrinin oksidləşdirici stresə məruz qalmasını əngəlləyir, kataraktanın yaranma riskini kəskin...

01 Sentyabr 2026, 21:17