“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib
Cəmiyyət 18 May 2026, 14:00
1422
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilati tərəfdaşlığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Süni İntellekt (Sİ) Günü –“Day of AI” konfransı keçirilib.
Bu barədə Citypost.az-a Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunan konfransın məqsədi süni intellektin təhsil ekosistemində praktiki tətbiqi imkanlarının müzakirəsi, Sİ savadlılığının təşviqi və müxtəlif sektorlar arasında əməkdaşlıq platformasının yaradılması olub.
Tədbirdə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, məktəb rəhbərləri və müəllimlər, innovasiya mərkəzlərinin və texnologiya sahəsinin yerli və beynəlxalq ekspertləri bu istiqamətdə süni intellektin rolunu və gələcəyini müzakirə ediblər.
Həmçinin oxuyun
“İnnovasiyalar Mərkəzi”nin direktorunun müşaviri və “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova “Real nəticələrə nail olmaq: Süni intellekt strategiyasının praktik tətbiqi” mövzusunda panel müzakirəsində çıxış edib. Diqqətə çatdırılıb ki, “ASAN AI Hub” süni intellekt savadlılığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu çərçivədə müxtəlif süni intellekt kursları, təlim proqramları təqdim olunur. Həmçinin müəllimlər və tələbələr üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirildiyi, effektiv və əlçatan mühitin formalaşdırıldığı vurğulanıb.
ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Süni intellekt savadlılığı 101: Hər bir müəllim üçün zəruri kompetensiyalar” mövzusunda təlim keçib. Süni intellekt alətlərinin tədris prosesində tətbiqi, dərslərin daha effektiv təşkili, vizual materialların hazırlanması və müəllimlərin iş yükünün optimallaşdırılması ilə bağlı praktiki məlumatlar təqdim olunub.
Sərgi zonası çərçivəsində innovasiya mərkəzləri, süni intellekt və STEAM sahəsində fəaliyyət göstərən şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları müxtəlif layihə və innovativ həllərini nümayiş etdirilib. “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və digər layihələri tədbirdə mərkəzin xüsusi stendində təqdim olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İKİ ƏSRLİK MİLLİ QURTULUŞ – Xanlıqlardan Xankəndinə: tam suveren Azərbaycan dövlətinə doğru
Zahid ORUC, millət vəkiliTarixdə siyasi təqvim vahidləri millətlərin qanlı mübarizələri ilə formalaşır. 15 iyun 1993-cü il iki əsr ərzində itirilmiş siyasi subyektliyin, parçalanmış dövlətçilik ənənəsinin, məhv edilmiş milli elitanın və yarımçıq qalmış istiqlal hərəkatının bir dövlət daxilində yenidən birləşdirilməsinin rəmzidir.Dövlətlərin tarixi müharibələrin, imzalanan müqavilələrin və sərhəd dəyişikliklərinin xronologiyası ilə yanaşı, siyasi ideyanı millətin ümumi iradəsinə çevirən şəxsiyyətlərin rolu ilə də izah olunur. Amerika dövlətçiliyinin qurucu atalarından biri Tomas Cefferson 1776-cı il İstiqlal Bəyannaməsinin əsas müəllifi kimi koloniyaların Britaniya imperiyasından ayrılmasını siyasi qərarla gerçəkləşdirdi, xalqın öz müqəddəratını müəyyənləşdirdi və dövlət hakimiyyətini vətəndaşın təbii hüququ kimi əsaslandırdı. Ceffersonun tarixi rolu bir dövlətin...
14 İyun 2026, 11:30
Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır.CityPost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində müvafiq nəzarət və profilaktik tədbirlər davam etdirilir. Bununla yanaşı, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Dördpendirli pizza"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, sürət həddinə ciddi riayət etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi,...
13 İyun 2026, 20:02
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.Citypost.az xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır....
13 İyun 2026, 12:10
Zahid Oruc: "Vətəndaş ona verilən evin və mülkiyyətin çıxarışını alır”..
Müzakirəyə təqdim edilən qanun layihəsi Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra vətəndaş hüquqlarının bütövləşdirir, məcburi köçkünlük dövrünün yaratdığı hüquqi və sosial fərqliliyi, gerçəkliyi ortadan qaldırır.CityPost.az xəbər verir ki,bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc bildirib."Dünyadakı vəziyyətlə müzakirə etdiyimiz qanun layihəsi arasında kəskin təzad var. BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, Azərbaycan müharibənin ağır nəticələrini yaşayanda, 1994-cü ilin sonunda dünyada Ali Komissarlığın mandatı üzrə təxminən 23 milyon şəxs var idi; 2024-cü ilin sonunda isə dünyada zorla yerindən didərgin salınan insanların sayı 123 milyona çatıb. Azərbaycan xalqı 30 il...
12 İyun 2026, 23:36
Bu otel yaşıllıqların məhv edilməsinə görə cərimələndi
Bakının Xətai rayonunda fəaliyyət göstərən “Günəşli Hotel” böyük məbləğdə cərimə olunub.Teleqraf-ın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Xətai rayonu, Babək prospekti 106D ünvanında fəaliyyət göstərən “Günəşli Hotel”də yoxlama aparılıb.Məlum olub ki, MMC-yə məxsus “Günəşli Hotel” adlı iaşə obyektinin qarşısında olan yaşıllıqlar götürülüb.Bununla da hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə protokol tərtib edilib.Xətai Rayon Məhkəməsinin qərarı ilə “Günəşli Hotel” 25 min manat miqdarında cərimə edilib....
12 İyun 2026, 17:44
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürən Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyasında iştirak edirlər.Bu barədə Citypost.az-a MOK-dan məlumat verilib.İki gün davam edəcək tədbirə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkə MOK-larının rəsmiləri qatılıblar. Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılacaq.İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndiriləcək, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinləniləcək.Baş Assambleya zamanı həmçinin...
12 İyun 2026, 17:22