Bizə yazın

Baku

-°C

USD

-

"Biləsuvar" komandası AFFA Region Liqasında üçüncü olub 

İdman 18 May 2026, 14:18

310

AFFA Region Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Citypost.az xəbər verir ki, "Biləsuvar" komandası turnirin bürünc mükafatçısı olub.

Bölgə təmsilçisi Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşmada "Şəfəq"i 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün finalda "Zəngəzur" və "Marafon" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Eyni arenada baş tutacaq görüş saat 16:00-da başlayacaq. (Report)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ronaldo Səudiyyə Ərəbistanının ən yaxşı oyunçusu mükafatına namizəd göstərilib 

"Əl-Nəsri" və Portuqaliya millisinin hücumçusu, 41 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının ən yaxşı oyunçusu mükafatına namizədlər arasında yer alıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bu mövsümün nəticələrinə görə, mükafat uğrunda Joao Feliks (Əl Nəsr), Ruben Neves (Əl Hilal), İvan Toni (Əl Əhli) və Julian Andres Quinones (Əl Qadisiya) da mübarizə aparır.Əli

18 May 2026, 10:59

İslam Əjdərov Avropa çempionatında bürünc medalını qazanıb

Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan Azərbaycan atıcısı İslam Əjdərov fəxri kürsüyə qalxıb.Citypost.az  xəbər verir ki, o, U-18 yaşadək idmançıların yarışının yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Rəqibini üstələyən atıcı bürünc medal qazanıb.

18 May 2026, 08:56

Polşa millisinin sabiq futbolçusu "Sabah"da - 3 illik müqavilə imzalandı  

"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb.Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, "bayquşlar" Polşa millisinin 27 yaşlı sabiq futbolçusunun transfer hüquqlarına sahib çıxıblar. Polşalı futbolçu ilə üçillik müqavilə imzalanıb.Xatırladaq ki, T.Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, iki qol vurub və 12 məhsuldar ötürmə edib....

14 May 2026, 17:58

Mourinyo “Real Madrid”ə qayıdır - Peres qərarını verdi 

“Real Madrid”də baş məşqçi məsələsi yenidən gündəmə gəlib.Citypost.az Teleqraf-a istinadən  xəbər verir ki, İspaniya nəhənginin prezidenti Florentino Peresin komandanın yeni çalışdırıcısı ilə bağlı qərarını verdiyi iddia olunur. Məlumata görə, Peres namizədlər arasında Joze Mourinyoya üstünlük verir.İtaliyalı insayder Fabritsio Romanonun məlumatına görə, portuqaliyalı mütəxəssisin “Real Madrid”ə qayıdışı ilə bağlı danışıqlar son mərhələyə yaxınlaşıb. Mourinyonun Madrid klubuna qayıtmağa hazır olduğu, tərəflər arasında müzakirələrin isə müsbət məcrada davam etdiyi bildirilir.“Real Madrid”in yekun qərarı mövsümün final oyunlarından sonra rəsmi şəkildə açıqlayacağı gözlənilir.Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis Madrid təmsilçisi ilə La Liqa, İspaniya Kuboku və İspaniya Super Kubokunu...

14 May 2026, 17:38

AFFA  “Sumqayıt”ın prezidenti cəzalandırıb 

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun prezidenti Raid Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.Citypost.az xəbər verir ki, bununla bağlı qərar qurumun iclasında qəbul edilib.Riad Rəfiyev Premyer Liqanın XXX turunun “Kəpəz”lə matçından sonra hakimlərin otağına daxil olduğu üçün ikisi şərti olmaqla, beş oyunluq cəza alıb. Klub isə 5000 min manat ziyana düşüb.Baş məşqçi Saşa İliç isə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 oyunu buraxacaq. “Sumqayıt” serbiyalı mütəxəssisin davranışına görə 5000 manat cərimə edilib.Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb....

06 May 2026, 16:06

Aziz Yıldırım “Fənərbaxça” prezidentliyinə namizədliyini açıqlayıb 

“Fənərbaxça”nın keçmiş prezidentlərindən olan Aziz Yıldırım klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.Citypost.az xəbər verir ki, o, bu barədə yerli mətbuata danışıb.Yıldırım prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib.Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib. (Apasport.az)

06 May 2026, 13:18