Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 20 May 2026, 10:16
472
Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxiində zəruri tədbirlərin görülməsini davam etdirir. Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Həmçinin oxuyun
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin mayın 22-də Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Nazirlikdən Citypost.az-a bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
20 May 2026, 11:00
Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Günü münasibətilə Kamerunu təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib."Milli Gün münasibətilə Kamerun Hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik.Milli Gününüz mübarək, Kamerun!", - paylaşımda bildirilib.
20 May 2026, 10:35
Yalçın İslamzadə: Şəmil Sadığın çıxışları və fəaliyyəti sual doğurur
Yalçın İslamzadə sosial şəbəkədə paylaşdığı açıqlamada televiziya proqramında onun haqqında səsləndirilən fikirlərə və təhsil sahəsində baş verən proseslərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Yalçın İslamzadə qeyd edib ki, bir müddət əvvəl İctimai TV-nin “Sabaha saxlamayaq” proqramında aparıcı Vüsalə xanım onun fikrini səsləndirib və qonaqlardan biri olan Şəmil Sadıqdan münasibət soruşub. Onun sözlərinə görə, Şəmil Sadıq “Mən bu fikirlə razılaşmıram” demək əvəzinə, onu nəzərdə tutaraq “feysbuk qəhrəmanı” ifadəsini işlədib.Yalçın İslamzadə bildirib ki, vaxtilə Şəmil Sadıq ondan Hədəf Liseyinin qurulmasına dəstək istəyib və o, lisey üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. O iddia edib ki, görülən işlərin qarşılığında razılaşdırılmış maaş sistemli şəkildə ödənilməyib...
20 May 2026, 10:20
Bakıda bu yollarda tıxac var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. "20 Yanvar" dairəsində;8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro...
20 May 2026, 08:30
Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri...
19 May 2026, 20:31
Kaliforniyada Azərbaycan icması ilə görüş keçirilib
ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kaliforniya ştatının San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev iştirakçıları səmimi salamlayaraq, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə danışıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan sədr müavini...
19 May 2026, 17:52