Zaur Şükürov:Azərbaycan şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə edib
Siyasət 20 May 2026, 11:24
1713
BMT Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası (WUF13) uğurla davam edir. Bu mötəbər tədbir Azərbaycanın inkişaf modelinin, beynəlxalq nüfuzunun və müasir şəhərsalma siyasətinin daha bir mühüm göstəricisinə çevrilir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, memarların, ekspertlərin, şəhərsalma üzrə mütəxəssislərin və beynəlxalq təşkilatların təmsilçilərinin bir araya gəldiyi bu forum təkcə şəhərlərin gələcəyi ilə bağlı müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın qazandığı uğurların beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm fürsətdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı tədbirin miqyasının və əhəmiyyətinin xüsusi diqqətəlayiq olduğunu bildirərək qeyd edib ki, Forum iştirakçı sayına görə rekord nəticəyə imza atıb: “182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayıdır”. Bu tədbirin ilyarım əvvəl Azərbaycanda keçirilən COP29-dan sonra ölkənin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir olduğunu bildirən ölkə başçısı və Ümumdünya Şəhərsalma Forumunun nəticələrinin də COP29 qədər uğurlu olacağına ümidini ifadə edib.
Bu forumun məhz Bakıda keçirilməsi təsadüfi deyil. Son illər ərzində Azərbaycan şəhərsalma və infrastruktur sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün ölkəmizə gələn və ilk dəfə Azərbaycana səfər edən qonaqlar şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə müşahidə etmək imkanı qazanırlar. Əslində, belə bir qlobal tədbirə ev sahibliyi etməklə Azərbaycan şəhərsalmaya, insanların həyat keyfiyyətinin yüksəldilməsinə və rahat yaşayış mühitinin formalaşdırılmasına xüsusi önəm verdiyini bir daha dünyaya nümayiş etdirir.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərsalma ənənələrinə xüsusilə diqqət çəkib. Belə ki, təkcə Bakı deyil, ölkəmizin bir çox qədim şəhərləri öz tarixi, memarlıq irsi və mədəni zənginliyi ilə seçilir. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində VIII əsrdə inşa edilmiş dünyanın ən qədim məscidlərindən biri yerləşir. Naxçıvan şəhəri böyük memar Əcəmi Naxçıvaninin yaratdığı XII əsrə aid Möminə xatun türbəsi ilə tariximizin və memarlıq məktəbimizin əzəmətini nümayiş etdirir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan Gəncə bu gün həm inkişaf edir, həm də tarixi görkəmini qoruyub saxlayır. Qəbələ və Şəki kimi qədim şəhərlərimizdə yerləşən tarixi abidələr xalqımızın zəngin mədəni irsinin göstəricilərindəndir. Şəki yaxınlığındakı Kiş kəndində yerləşən qədim kilsə və Lahıcın yüzillərlə qorunub saxlanılan unikal infrastrukturu əcdadlarımızın uzaqgörənliyinin, mühəndislik bacarıqlarının və zəngin sivilizasiya irsinin parlaq nümunələrindəndir.
Azərbaycanın şəhərsalma tarixində ən böyük layihələrdən biri bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlət başçısı vurğulayıb ki, bu ərazilər təxminən 30 il işğal altında qalıb və həmin müddət ərzində tamamilə dağıdılıb, məhv edilib. Beynəlxalq müşahidəçilərin Ağdamı “Qafqazın Xirosiması” adlandırması da dağıntının miqyasını açıq şəkildə göstərir. Şəhərlər, yaşayış məntəqələri, tarixi və ictimai obyektlər məqsədli şəkildə məhv edilmişdi.
Azərbaycan bu gün təkcə dağıdılmış şəhərləri bərpa etmir, həm də gələcək nəsillər üçün yeni yaşayış məkanları formalaşdırır. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Son beş il ərzində onlarla kilometr uzunluğunda tunellər, yüzlərlə körpü, elektrik stansiyaları, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, dəmir yolları və üç beynəlxalq hava limanı inşa edilib. Bu miqyaslı layihələr qısa müddətdə həyata keçirilən nəhəng quruculuq prosesinin göstəricisidir.
Cənab Prezidentin çıxışında vurğuladığı digər mühüm məqamlardan biri də Böyük Qayıdışın yalnız tikinti ilə məhdudlaşmamasıdır. Artıq 85 mindən çox insan keçmiş işğal olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır. İnsanların doğma torpaqlarına qayıdışı təkcə yaşayış evlərinin inşası ilə deyil, eyni zamanda məşğulluq imkanlarının yaradılması ilə daha dayanıqlı xarakter alır. Bu məqsədlə yaradılan sənaye zonaları və iqtisadi layihələr yüz minlərlə insanın öz yurduna dönüşünə mühüm dəstək verir.
Şəhərsalma yalnız binaların inşası demək deyil, eyni zamanda ətraf mühitin qorunmasını və insanların rahat yaşayışının təmin edilməsini də özündə ehtiva edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Bakı uzun illər ərzində neft hasilatı nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdi. Lakin bu gün vaxtilə çirklənməsi ilə tanınan Qara şəhərin müasir və ekoloji şəhərsalma nümunəsi olan Ağ şəhərə çevrilməsi Azərbaycanın inkişaf modelinin ən uğurlu nümunələrindən biri hesab edilə bilər.
Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən şəhərsalma layihələri və BMT Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir. Azərbaycan bu gün təkcə öz şəhərlərini yenidən qurmur, həm də tarixi irsi qorumaqla gələcəyin müasir şəhər modelini formalaşdırır.
Zaur Şükürov
Millət vəkili
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir
Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...
15 İyun 2026, 09:49
Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun
Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...
15 İyun 2026, 09:45
Ədalət Verdiyev: Saziş İranı çətin vəziyyətə sala bilər
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Livana endirdiyi zərbələrdə mümkün fasilə və ABŞ ilə İran arasında İsveçrədə gözlənilən sazişlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livana hərbi əməliyyatları müvəqqəti dayandıracağı təqdirdə, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında çərçivə sazişinin imzalanması ehtimalı yaranır. Bildirilir ki, nəzərdə tutulan sənəd əsasən çərçivə xarakteri daşıyacaq və yaxın iki ay ərzində icra planının hazırlanmasını əhatə edəcək.Ədalət Verdiyev qeyd edib ki, sazişin bütün bəndləri ictimaiyyətə tam şəkildə açıqlanacağı halda, İran cəmiyyətində ciddi narazılıqlar yarana bilər. Onun fikrincə, bu, müharibə dövründə itkilərin və daxili siyasi-hərbi proseslərin fonunda ölkə daxilində məyusluğa səbəb ola bilər.Ekspert...
15 İyun 2026, 09:43
Azər Qismət o tarixi görüşdən yazdı
Jurnalist Azər Qismət Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Ermənistanın ikinci prezidenti Robert Köçəryan arasında 1999-cu ildə Sədərəkdə keçirilən görüşlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Azər Qismət bildirib ki, həmin görüşün videogörüntülərini izləmək onda hər zaman xüsusi hisslər oyadır:“Həyatda iki səhnəyə baxa bilmirəm. Biri “Ölsəm, bağışla” filminin final səhnəsi, digəri isə 1999-cu ildə Heydər Əliyevlə Robert Köçəryan arasında keçirilən görüşdür”.Jurnalistin sözlərinə görə, Sədərəkdə baş tutan görüş zamanı Robert Köçəryanın davranışları diqqət çəkir:“Köçəryanın jestləri, gülüşü və laqeyd görünən davranışları onun danışıqlara həvəssiz yanaşdığını göstərirdi. Onun baxışları sanki işğal altında olan torpaqların taleyi ilə bağlı aparılan müzakirələrin nəticə verməyəcəyinə işarə edirdi”.Azər Qismət qeyd edib ki,...
15 İyun 2026, 09:36
E.Şahinoğlu: Sülhün gecikməsi Kremlin maraqlarına xidmət edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edəcək. Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla iki ölkə arasında münasibətlərin hazırki durumu ilə yanaşı Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılması ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib. Moskva son zamanlar bu formatı fəallaşdırmağa çalışır. Bunun sadə səbəbi var. Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanların getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu...
15 İyun 2026, 09:26
Heydər Oğuz: Körfəzin “xüms”ü Vaşinqtona gedir
Kimin dərdi daha böyükdür: “Qara qızların”, yoxsa “sarı oğlanların”? – Trampın “xüms” qurbanlarıTəkcə qara qızınmı dərdi var?ABŞ prezidenti Donald Trampın "The New York Times" qəzetinə verdiyi açıqlamasından aydınlaşır ki, yox; “sarı oğlanlar”ın dərdi qara qızların dərdindən daha böyük imiş.Tramp açıqlamasında deyib: “İranla nüvə razılaşmasına nail ola bilməsən, ABŞ-ı 20% gəlir müqabilində Yaxın Şərqin keşikçisinə çevirəcəyik”.O, xəbərdarlıq edib ki, İranla yekun nüvə razılaşması əldə olunmasa, Tehrana qarşı hərbi hücumlar yenidən başlayacaq və Vaşinqtonu regionun gəlirlərinin 20 faizi müqabilində “Yaxın Şərqin keşik çəkəcək”. Yəni dünyanın ən zəngin ərəb ölkələrinin qazancının beşdə biri müqabilində ABŞ Yaxın Şərqin jandarmı rolunu oynayacaq. Yeri gəlmişkən, məncə, Tramp...
15 İyun 2026, 08:52