Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib 

Cəmiyyət 20 May 2026, 10:35

320

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Günü münasibətilə Kamerunu təbrik edib.

Citypost.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Milli Gün münasibətilə Kamerun Hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik.

Milli Gününüz mübarək, Kamerun!", - paylaşımda bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib 

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin mayın 22-də Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Nazirlikdən Citypost.az-a bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

20 May 2026, 11:00

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxiində zəruri tədbirlərin görülməsini davam etdirir. Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı...

20 May 2026, 10:16

Bakıda bu yollarda tıxac var 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. "20 Yanvar" dairəsində;8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro...

20 May 2026, 08:30

Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib 

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.Elm və Təhsil Nazirliyindən  verilən xəbərə görə, görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri...

19 May 2026, 20:31

Kaliforniyada Azərbaycan icması ilə görüş keçirilib 

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kaliforniya ştatının San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev iştirakçıları səmimi salamlayaraq, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə danışıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan sədr müavini...

19 May 2026, 17:52

Heydər Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşdü

Cari ilin 18–19 may tarixlərində Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının mənzil-qərargahının yerləşdiyi Niderland Krallığının Haaqa şəhərində Assosiasiyanın Baş katibi Roel Dona və qurumun digər vəzifəli şəxsləri ilə görüşüb.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Görüş zamanı Roel Dona Azərbaycan ilə Assosiasiya arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, Azərbaycan Prokurorluğunun Assosiasiyanın fəaliyyətinə verdiyi töhfə və göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin 2024-cü ildə Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının yüksək səviyyədə təşkil olunduğunu və digər üzv qurumlar üçün nümunə hesab edildiyini qeyd edib.Heydər Məmmədov isə Baş prokuror Kamran...

19 May 2026, 17:28